Al Paçino  Papa XIV Leb ilə görüşdü
Tarix: 17-06-2025, 14:28
Google+ Paylaş
Tumblr Paylaş

Al Paçino Papa XIV Leb ilə görüşdü

17-06-2025, 14:28


Əfsanəvi Hollivud aktyoru Al Paçino Vatikanın yeni başçısı Papa XIV Leo tərəfindən qəbul edilən ilk tanınmış amerikalı kino ulduzu olub.

Al Paçinonun "İnstagram" hesabında paylaşım edilib.

Aktyor Romaya Nyu-Yorkdan şəxsi təyyarə ilə gəlib və pontifikin qəbulunda italyan prodüser Andrea Yervolino ilə birgə iştirak edib. Görüş zamanı onlar Mazerati avtomobil markasının yaradıcılıq tarixindən bəhs edən bioqrafik dram layihəsini təqdim ediblər.

Film "Mazerati qardaşları" haqqında çəkilir və Al Paçino ilə yanaşı, Cessika Alba, Endi Qarsiya və Mişel Morron kimi tanınmış aktyorlar da ekran əsərində yer alıblar.

Görüşün təşəbbüskarlarından olan prodüser Andrea Yervolino bildirib ki, bu an dərin mənəvi və mədəni ilham daşıyır: “Katolik kilsəsinin və bu filmin təbliğ etdiyi əsas dəyərlər – ailə birliyi, sevgi, şəfqət və ümumi mənafeyə xidmət – eyni istiqamətə yönəlib”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ