Meksikada fəaliyyət göstərən Diplomatların Həyat Yoldaşları Assosiasiyasının (ACD) təşkilatçılığı və paytaxtın məşhur Migel İdalqo regionu bələdiyyəsinin dəstəyi ilə Mexiko şəhərində xeyriyyə məqsədli diplomatik yarmarka keçirilib.
Azərbaycanın Meksikadakı Səfirliyindən məlumata görə, yarmarkada Meksikada akkreditə olunmuş 20-dən çox ölkənin diplomatik nümayəndəliyi milli mədəniyyət nümunələrini, o cümlədən mətbəxini, musiqisini və rəqs nömrələrini təqdim edib.
Mexiko şəhərinin sakinləri tərəfindən böyük maraqla qarşılanan bu tədbirdə Azərbaycanın milli mədəniyyət nümunələri, o cümlədən milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri və ənənəvi təamlar təqdim olunub. Ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti və milli mətbəxi barədə ətraflı məlumat verilib, müxtəlif çap materialları paylanılıb. Azərbaycan stendi geniş maraq doğurub və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirin açılışında Migel İdalqo bələdiyyəsinin başçısı, ACD-nin prezidenti, Meksikanın digər rəsmiləri, paytaxt sakinləri, turistlər, diplomatik korpusun nümayəndələri və yerli media təmsilçiləri iştirak ediblər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi