Dekabrın 3-6-da Ukraynanın Truskavets şəhərində keçiriləcək dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan III Beynəlxalq Vokalistlər Müsabiqəsinin seçim mərhələsi start verilib.
Müsabiqə Truskavets şəhər meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. Müsabiqədə 16-40 yaş arası peşəkar müğənnilər iştirak edə bilər. İştirakçılar noyabrın 15-dək onlayn müsabiqədə iştirak edəcəklər. Daha sonra dekabrın 3-6-da müsabiqə iştirakçılarının qalibləri münsiflər heyəti tərəfindən seçiləcək. Qaliblər pul və bahalı hədiyyələrlə mükafatlandırılacaq.
Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Müslüm Maqomayevin sənəti, istedadı sərhəd tanımadığı üçün onun işığına yığışanlar qürur hissi ilə beynəlxalq tədbirlərdə iştirak edirlər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi