Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çərçivəsində “Çahargah" muğamı təqdim olunub.
Konsertdən əvvəl BMM-nin direktoru Əməkdar artist Sahib Paşazadə layihə haqqında danışıb. Bildirib ki, məqsəd klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsidir: “Layihədə təqdim edilən muğamlar və dəstgahlar haqqında ifalardan əvvəl qısa xülasə verilir. Bu da muğamla ilk tanışlığı olan dinləyicilərdə həmin dəstgah haqqında dolğun məlumat yaradır. “Çahargah” dəstgahı öz əzmkarlığı və mərdanəliyə səsləməsi xüsusiyyəti ilə seçilir. Bizim ən vacib missiyalarımızdan biri əcdadlarımızdan bizə miras qalan muğamlarımızı gələcək nəslə ötürməkdir. "Muğam dəstgahları" layihəsi də məhz bu amala xidmət edir”.
Sonra “Muğam” televiziya müsabiqəsinin laureatı Vüsal Qasımov, xanəndələr Anar Quliyev və Sadiq Qasımov “Çahargah” dəstgahını ifa ediblər. Onları Kamal Nuriyev (tar), Oqtay Şərifov (kamança), Məryəm İslamova (qanun), Rafael Əsgərov (balaban) və Amil Mustafayev (nağara) müşayiət ediblər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi