69-cu Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan adından xalları məşhur ifaçı Safura Əlizadə elan edəcək.
Müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.
Safuranın bu dəfə xal təqdimatçısı qismində Avroviziya səhnəsinə qayıdışı onun bu müsabiqə ilə bağlarını və sənət yolunda sabitliyini nümayiş etdirir. Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2010 və 2012-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.
Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində “Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.
Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir. Final mərhələsi 17 may 2025-ci ildə keçiriləcək və milyonlarla tamaşaçı bu həyəcanlı anlara canlı şahid olacaq.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi