“Cinex” (Azərbaycan) və “Non-stop prodakşn” (Rusiya) kinoşirkətlərinin birgə çəkdiyi “Balıqçının qızı” bədii filmi oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kinofestivalının (MMKF) əsas müsabiqəsinin proqramında iştirak edəcək.
Forpost.az xəbər verir ki, rejissor İsmayıl Səfərəlinin quruluş verdiyi “Balıqçının qızı” filmi Abşeron yarımadasında yerləşən kiçik bir kənddə yaşayan balıqçının həyatından bəhs edir: “Günlərin birində balıq ovuna gedən balıqçı itkin düşür və balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Saranın ailəsi və kənd sakinləri formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdırlar. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara üsyan edir və ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur və hadisələr bundan sonra cərəyan etməyə başlayır”.
Filmin ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli, Rüstəm Məmmədov, rejissoru İsmayıl Səfərəli, operatoru Şandor Berkeşi, quruluşçu rəssamı Sergey Zaykovdur. Rollarda Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Rasim Cəfər, Fərid Aslanov, Elnur Nəcəfov, Qurban İsmayılov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi