Parisin 15-ci rayonunda ənənəvi “Assosiasiyalar Forumu” mədəniyyət tədbiri keçiriləcək. Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) bu Forumda iştirak edəcək.
Forpost.az xəbər verir ki, akademik ilin başlanğıcında ənənəvi olaraq “Assosiasiyalar Forumu” mədəniyyət tədbiri sentyabrın 12-də 15-ci rayonun meriyasının qarşısında təşkil olunacaq.
Tədbirdə müxtəlif assosiasiyalar iştirak edərək, qarşıdan gələn il ərzində planlaşdırdıqları mədəniyyət proqramların təqdim edir, eləcə də müxtəlif mədəniyyətlərlə bağlı Fransa paytaxtının sakinlərini məlumatlandırırlar.
Fransada fəaliyyət göstərən ADFA bu il forumda iştirak edəcək və Azərbaycan mədəniyyəti haqqında ziyarətçilərə məlumat verəcək.
Forumda mədəniyyətimizin təşviqi istiqamətində nəşr edilmiş kitab və broşüralar vasitəsilə ziyarətçilər Azərbaycan mədəniyyəti ilə tanış olacaq, milli musiqi və rəqs nümunələrini seyr edəcək, eləcə də ADFA-nın il ərzində həyata keçirəcəyi mədəniyyət tədbirlərinin proqramını əldə edə biləcəklər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi