Ayla Qafqazlar
_______________________________________
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze Festival”ının (BCB) bir hissəsidir.
Tədbirdə 8-ci “DokuBaku” Beynəlxalq Film Festivalı, 7-ci “ANIMAFİLM” Beynəlxalq Animasiya Festivalı, “Cinemo” kimi tanınmış festivallar iştirak edir.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Bu il Festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11: 00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.
15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn Festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki, festivalın Beynəlxalq müsabiqəsində debüt tammetrajlı bədii və qısa filmlər yarışır.
Festivalın Yerli müsabiqəsinə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Müsabiqə çərçivəsində tələbələr ayrıca nominasiyada yarışmaq imkanı qazanırlar. Ümumilikdə yerli müsabiqədə 25 ekran əsəri yarışır.
Qeyd edək ki, festivalın açılış mərasimi oktyabrın 5-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi