Dünya İrs Şəhərləri Təşkilatının Cənubi Avropa və Aralıq dənizi ölkələri üzə Regional Katibliyi “Mobillik və Mədəni irs” mövzusunda növbəti kitabçasını yayımlayıb. Kitabçada hər kəs üçün əlçatanlıq və rahat hərəkət baxımından Avropanın ən yaxşı təcrübəyə malik 13 tarixi şəhəri seçilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, həmin 13 şəhərdən biri də İçərişəhərdir.
İdarə tərəfindən İçərişəhərin sakinləri və ziyarətçiləri üçün rahat hərəkətin və məkanın əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər barədə oxuculara 4 dildə (ingilis, fransız, ispan və portuqal) məlumat verilib.
Qeyd edək ki, “Mobillik və Mədəni irs” layihəsi 2014-cü ildən Dünya İrs Şəhərləri Təşkilatı tərəfindən başladılıb. Bu layihənin əsas məqsədi mədəni irsin qorunub saxlanması istiqamətində tarixi abidələrin insanlar üçün rahat və əlçatan olması məqsədilə yerli orqanlara dəstək verməkdir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi