Azərbaycan Turizm Bürosunun iştirakı ilə sentyabrın 11-də Moskva şəhərində keçirilən “MICE4U” tədbirində ölkəmizin işgüzar turizm potensialı tanıdılıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətini genişləndirməkdir.
Rusiyanın işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssis və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 501 min 417 nəfər səfər edib. Bu da 2023-cü ili eyni dövrü ilə müqayisədə 18 faizdən çox artım deməkdir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi