Qırx ildir " Moskva göz yaşlarına inanmır"(!!!)
Tarix: 25-02-2020, 20:41
Google+ Paylaş
Tumblr Paylaş

Qırx ildir " Moskva göz yaşlarına inanmır"(!!!)

25-02-2020, 20:41

Vladimir Menşovun məşhur “Moskva göz yaşlarına inanmır” filminin premyerasından düz 40 il ötür.

“Moskva göz yaşlarına inanmır” filmi 1980-ci il fevralın 11-də prokata çıxıb. Valentin Çyornıxın “İki dəfə yalan danışmış qadın” adlı ssenarisi əsasında çəkilmiş film 1981-ci ildə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına və SSRİ Dövlət mükafatına layiq görülüb.

Vladimir Menşovun dediyinə görə, melodrama janrında olan bu ssenaridən əvvəlcə imtina etmək istəyib, lakin ssenaridə baş qəhrəmanın zəngli saatı quraraq yatağa uzanması və 20 ildən sonra zəngin səsinə yuxudan oyanması məqamı ona çox maraqlı gəlib. V.Menşov sonralar etiraf edib ki, filmdə onun və xanımı, baş rolun ifaçısı Vera Alentova üçün müəyyən avtobioqrafik notlar olub. Belə ki, filmin qəhrəmanları kimi, onlar da yataqxana həyatı yaşayıblar və Moskvanı fəth ediblər.

Vladimir Menşov Bakıda anadan olub. O, Rusiyanın Xalq artisti, tamaşaçıla

r tərəfindən çox sevilən bir çox filmlərin, o cümlədən “Məhəbbət və göyərçinlər”, “Şırli-mırli” və s. filmlərin rejissorudur.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ