Milli-mədəni və tarixi-siyasi yaddaşımızın mühüm tərkib hissəsini, yeni və müasir tariximizin parlaq səhifələrini təşkil edən ən böyük hadisələrdən biri XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla
Tarix: 15-01-2024, 11:53
Google+ Paylaş
Tumblr Paylaş

Milli-mədəni və tarixi-siyasi yaddaşımızın mühüm tərkib hissəsini, yeni və müasir tariximizin parlaq səhifələrini təşkil edən ən böyük hadisələrdən biri XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla

15-01-2024, 11:53



Bu fikri açıqlamasında Yeni Azərbaycan Partiyasının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli qeyd edib.

1982-ci ilin yanvar ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışının olduğunu xatırladan şöbə müdiri vurğulayıb ki, muzey-məqbərə kompleksi Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilmişdi. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi. Eyni zamanda, Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin il 29 iyul - 3 avqust tarixlərində Şuşada həmin tədbir keçirilmişdi. Bu poeziya bayramı həmin tarixdən etibarən hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırdı. Bütün bunlar milli-mənəvi dəyərlərə hörmət, milli irsə sahib çıxmaq və gələcək nəsillərə böyük miras buraxmaq idi.

“Heç şübhəsiz, Heydər Əliyev olmasaydı, bütün bu işlər görülməsəydi, xalqımızın mənəvi-mədəni dəyərlərinin, ictimai yaddaşımızın və tarixi keçmişimizin aşınmaya məruz qalması qaçılmaz olacaq, milli ləyaqətimizin bərpasından söhbət belə getməyəcəkdi. Və tarix təkrarlandı - Prezident İlham Əliyev müharibədən sonra ilk dəfə Şuşaya 2021-ci il yanvarın 14-də gəldi. Təbii ki, bu tarix təsadüfən seçilməmişdi, səfərin böyük siyasi, mənəvi əhəmiyyəti, rəmzi mənası var idi. Bu tarixdən 39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı. Prezident İlham Əliyev qüdrətli Lider və Sərkərdə kimi ata vəsiyyətini yerinə yetirərək həm doğma Qarabağı, həm əziz Şuşanı, həm də Molla Pənah Vaqifin ruhunu əsirlikdən xilas etdi. Dövlət başçısı Vaqifin məqbərəsinin bərpa edilməsi barədə göstəriş verdi. 2021-ci il avqustun 29-da isə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu. “Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək”, - deyən, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyevin vədi öz təsdiqini tapdı. 2021-ci il avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Dövlətimizin başçısının “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır”, - deyə ifadə etdiyi fikir isə tarixin yaddaşına əbədi həkk olundu”, - deyə N.Qələndərli bildirib.

Tarixin rəqəmdən, təqvimdən ibarət olmadığını və təsadüfən təkrarlanmadığını vurğulayan şöbə müdiri söyləyib: “Heç şübhəsiz, Prezident İlham Əliyev olmasaydı, Heydər Əliyevin yazdığı, yaratdığı tarix əsla təkrar olunmazdı! İndi həm müdrik dövlət xadimi Heydər Əliyevin, həm də Molla Pənah Vaqifin ruhu şaddır - Azərbaycan xalqının isə üzüağ, alnıaçıqdır. Çünki dediyimiz kimi, qürurumuz - ləyaqətimiz bərpa olunub”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ