14-12-2023, 11:11

“Rus qışı” festivalı çərçivəsində Bakıdakı Rus evində dekabrın 20-də Yeni il qabağı estrada musiqisi konserti təşkil olunacaq. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən " "

bildiriblər ki, konsert proqramında Azərbaycan, rus və xarici estradalarının tanınmış müasir hitləri və artıq klassikaya çevrilmiş vokal və instrumental əsərləri səsləndiriləcək. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Əlyar Əliyev, beynəlxalq müsabiqələr laureatı Emil Malıqin, BMA-nın məzunları Əminat Əhmədova və Nərgiz Məmmədova musiqi şlyagerlərinin bayram abu-havasını hiss etməyə kömək edəcəklər.

Konsertin aparıcısı və layihənin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakinadır.

Tədbir saat 19.00-da başlanacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ