Parisdə UNESCO-ya üzv ölkələrin milli komissiyalarının 10-cu regionlararası iclası keçirilib
Tarix: 12-11-2023, 14:30
Google+ Paylaş
Tumblr Paylaş

Parisdə UNESCO-ya üzv ölkələrin milli komissiyalarının 10-cu regionlararası iclası keçirilib

12-11-2023, 14:30

. UNESCO Baş Konfransının 42-ci sessiyası çərçivəsində təşkil olunan iclasda təşkilatın rəhbər heyəti və nümayəndələri, UNESCO üzrə milli komissiyaların baş katibləri iştirak ediblər.

İclasda 2022-ci il ərzində UNESCO üzrə milli komissiyalar tərəfindən həyata keçirilmiş layihələrə və fəaliyyətlərə dair illik hesabatların təqdimatı keçirilib, ikitərəfli və çoxtərəfli əməkdaşlıq təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb. UNESCO üzrə milli komissiyaların təşkilatın layihə və fəaliyyətinə verdikləri dəstək xüsusi qeyd edilib.

İclas çərçivəsində UNESCO tərəfindən nəşr edilən “UNESCO üzrə Milli Komissiyalar” adlı illik hesabat jurnalının təqdimatı keçirilib. Hesabat jurnalında Azərbaycanın UNESCO üzrə Milli Komissiyası tərəfindən 2022-ci il ərzində həyata keçirilən layihələr və fəaliyyətlər barədə ətraflı məlumat verilib. 2022-ci il avqustun 26–dan sentyabrın 5-dək Bakı və Şuşa şəhərlərində müxtəlif ölkələrdən olan 16 gənc rəssam üçün həyata keçirilmiş “Gənclər üçün incəsənət düşərgəsi” layihəsindən bəhs olunub. Həmin il dekabrın 7-dən 8-dək 10 müxtəlif ölkədən gəlmiş 20 ekspertin iştirak etdiyi “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq konfransdan söz açılıb.

Hesabatda ADA Universiteti və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə Afrikanın 14 ölkəsinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və nümayəndələri üçün təşkil edilmiş təlim proqramına geniş yer verilib.

Həmçinin bildirilib ki, 2022-ci il noyabrın 3-də UNESCO-nun Parisdəki mənzil-qərargahında bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı haqqında geniş məqalə yayımlanıb.

Eyni zamanda, ötən il Mərakeşin paytaxtı Rabatda keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası çərçivəsində “Pəhləvanlıq mədəniyyəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş” adlı milli nominasiyanın və “Çay mədəniyyəti – kimliyin, qonaqpərvərliyin və sosial qarşılıqlı əlaqənin rəmzi”, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi”, “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” adlı çoxmillətli nominasiyaların Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi barədə məlumat verilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ