8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb
Tarix: 10-11-2023, 07:21
Google+ Paylaş
Tumblr Paylaş

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb

10-11-2023, 07:21

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Dənizkənarı Milli Parkın ərazisindəki Saat qülləsinin yanında təşkil olunmuş konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Paytaxtımızın minlərlə sakininin və qonaqlarının maraqla izlədiyi konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub, paytaxtın qaranlıq gecəsi al-əlvan rənglərə boyanıb.

19:24

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti keçirilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Qələbənin üçüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilir.

Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin üçüncü ildönümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Həmçinin prospekt və küçələrdəki binaların eyvanlarından ölkəmizin üçrəngli bayraqları dalğalanır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ