Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görüş
Tarix: 5-05-2023, 00:53
Google+ Paylaş
Tumblr Paylaş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görüş

5-05-2023, 00:53

“Əhməd haradadır?” filminin 60 illik yubileyi ilə əlaqədar filmdə baş rollardan birini ifa edən Əməkdar artist, rejissor Elxan Qasımovla görüş təşkil edilib. Görüş kitabxana ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Kitabxanadan bildirilib ki, tədbirdə elm və mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, aktyorlar, rəqqaslar, mətbuat işçiləri, Elxan Qasımovun sənətinin pərəstişkarları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq, millətimizin sevilən aktyoru olan Elxan Qasımovun müasir Azərbaycan kinematoqrafiyasının tanınan simalarından biri olduğunu, kino sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkar kimi sevildiyini, xalqın rəğbətini qazandığını bildirib. Bu gün Elxan müəllim kimi canlı korifeylərin iştirakı ilə təşkil edilən görüşlərin əhəmiyyətindən danışaraq, bu səpkili tədbirlərin məhz mədəniyyət ocağı olan kitabxanalarda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə Elxan Qasımov ilə olan şəxsi tanışlığından daim qurur duyduğunu, onun böyük sənətkar olması ilə yanaşı, gözəl dost, həmkar olduğunu da qeyd edib. 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən, ömrünün demək olar ki, yarıdan çoxunu bu sənətə həsr edən Elxan müəllimin filmoqrafiyasında 40-dan çox filminin olmasını, “Biz qayıdacağıq”, “Qocalar, qocalar” kimi filmlərə isə rejissorluq etməsi haqqında məlumat verib.

T.Əlizadə Elxan Qasımova “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin Fəxri fərmanını təqdim edib.

Əməkdar artist Elxan Qasımov 60 illik yubileyi qeyd edilən “Əhməd haradadır?” filminin onun ilk aktyor işi olduğunu qeyd edərək, 18 yaşında filmə çəkilmək üçün təklif aldığını bildirib. Ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Adil İsgəndərov olan filmdə bir sıra görkəmli sənət ustadları ilə yanaşı, gənc aktyorların da yer aldığını söyləyərək, çəkiliş zamanı baş verən maraqlı hadisələri, yaddaqalan xatirələri tədbir iştirakçıları ilə bölüşüb.

Xalq artisti Şamil Süleymanlı Elxan müəllimlə dostluq münasibətlərindən danışaraq, onun istedadlı həmkar, gözəl və etibarlı dost olduğunu qeyd edib.

Xalq artistləri, Dövlət rəqs ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə və Əməkdar artist Xanlar Bəşirov Elxan Qasımovun Azərbaycan milli rəqsinin bütün incəliklərinə bələd olan gözəl rəqqas, qayğıkeş müəllim, canlı əfsanə olduğunu qeyd ediblər.

Tədbir boyunca “Əhməd haradadır?” filmindən fraqmentlər nümayiş olunub.

Sonda Elxan Qasımov tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünüскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ