“Paramount” kinostudiyası baş rolu Rassel Krounun canlandırdığı məşhur "Qladiator" filminin növbəti bölümünün premyera tarixini açıqlayıb.
Hələ tam adı bəlli olmayan növbəti ekran əsəri 2024-cü il noyabrın 22-də ekranlara çıxacaq. Filmdə baş rolda “Günəşim mənim” filmindəki roluna görə 2022-ci ildə “Oskar” mükafatına namizəd olmuş Pol Meskal çəkiləcək.
Yeni layihə rejissor Ridli Skotun çəkdiyi, 11 “Oskar” nominasiyasına layiq görülərək, onlardan beşində qalib gəlmiş dünyaşöhrətli “Qladiator” tarixi dramının davamıdır. Növbəti ekran əsərinin də rejissoru və prodüseri Ridli Skot olacaq. “Qladiator 2” filminin çəkiliş cədvəli və tam aktyor heyəti hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, "Qladiator" öz dövründə dünya miqyasında 500 milyon dollardan çox qazanc əldə edərək kommersiya filminə çevrilib. Rejissor Ridli Skot “Qladiator 2”nin hazırlanmasına çox vaxt sərf edib, səbəb isə mükəmməl bir davam filmi çəkmək idi. Nöqsanları aradan qaldırmaq üçün ssenari, həmçinin bütün layihə üzərində ciddi işlər görülüb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi