Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Macarıstana səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyinin rəhbəri Yanoş Hovari ilə görüşü olub.
Forpost.az xəbər verir ki, görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın Türkiyənin Macarıstandakı səfirləri, həmçinin Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Görüşdə türk xalqları tərəfindən əsrlərdən bəri yaşadılan dəyərlərin mühafizəsinin və tanıdılmasının müasir dövrdə türk dünyası üçün önəminə toxunulub. Türk Əməkdaşlıq Təşkilatlarının geniş miqyaslı beynəlxalq fəaliyyətində Macarıstanın da aktiv rol oynadığı bildirilib. Ölkə ilə türk dünyası arasında günü-gündən daha da güclənən qarşılıqlı əlaqələrin inkişafına yönəlmiş mümkün birgə layihələr haqqında müzakirələr aparılıb.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Yıldız Sarayı Fotoşəkil Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” sərgisinin albomlarını diplomatik nümayəndəliklərin rəhbərlərinə hədiyyə edib.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstanın “M5” mədəniyyət kanalına Fond ilə təşkilatın müşahidəçi üzv ölkəsi Macarıstan arasındakı münasibətlər, eləcə də ümumtürk mədəni irsinin təbliği yönündə həyata keçirilmiş layihələr haqqında müsahibə verib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi