“Kənd namusu” Opera və Balet Teatrında
Tarix: 13-01-2023, 10:46
Google+ Paylaş
Tumblr Paylaş

“Kənd namusu” Opera və Balet Teatrında

13-01-2023, 10:46

Yanvarın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı

nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, operanı Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və Xalq artisti, professor Yalçın Adıgözəlovun idarə etdiyi simfonik orkestri müşayiət edəcək.

Xronometrajı 1 saat 50 dəqiqə olan səhnə əsərinin əsas qəhrəmanları öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın İtaliya xalq mahnılarının əsasında qələmə alınmış musiqisi əsərin kəskin süjet xəttinə uyğun olub, qəhrəmanların xarakterinin daha aydın şəkildə açılmasına yardım edir.

Qeyd edək ki, “Kənd namusu” operasının ilk tamaşası 1890-cı ildə Romanın “Konstants” teatrında keçirilib. Bu opera son dərəcə gözəl musiqisi, eləcə də kəskin dramatik süjeti ilə fərqlənir və P.Maskanyi yaradıcılığının ən uğurlu əsərlərindən biri hesab edilir. Səhnə əsəri bu günə kimi bir çox dünya teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Kənd namusu” operası 2015-ci ildə almaniyalı rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyularaq, repertuara daxil edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ