"Pir Həsən" ziyarətgahı: mənəvi rahatlığın söykənc yeri
Tarix: 3-03-2024, 08:56
Google+ Paylaş
Tumblr Paylaş

"Pir Həsən" ziyarətgahı: mənəvi rahatlığın söykənc yeri

3-03-2024, 08:56

C. Dəniz
-----------------------------------


Xalqımızın min illərin daş yaddaşından süzülüb gələn mənəvi-əxlaqi dəyərlərinin söykənc yerlərindən biri də, onun bərk, qayım-qədim, hər zaman ehtiramla yad, ziyarət edilən toxunulmaz İnanac Yerləridir.


Azərbaycan xalqı doğurdan da onun üçün zamanın ən çətin, sıxıntılı, keşməkeşli, tarixin ən dar vədəsində, təhlükələrin ağzında qaldığı dönəmlərdə belə heç zaman dinindən, mənəvi-əxlaqi dəyərlərindən, inancından uzaq düşməmiş, onu unutmamış, əksinə daha da bu dəyərlərə sadiq qalmış, qorumuş, qorxunc sovet rejiminin təqiblərindən, yad ideoloji sistemlərin təsirlərindən dipdiri çıxarıb günümüzə kimi gətirib çıxara bilmişdir.


Azərbaycan müstəqliyini qazandıqdan sonra, xalqımız bir daha öz inancına qovuşmuş, milli - mənəvi dəyərlərinə sahib çıxmış, ona olduğu kimi təzədən yeni milli ruhda nəfəs vermiş, insanların yüz illərdən üzü bu yana yaddaşlarına hopmuş ziyarətgahlarının qapılarını onların üzünə taybatay açılmasına nail olmuşdur.

Bu tip müsbət tendensiya, Azərbaycan xalqının dəyərlərinə necə bağlı olduğunun, ona hörmət və ehtiramın təcəssümündən doğan doğmalığın təşnəsi kimi bu gün bir daha özünü göstərməkdədir.

Azərbaycanın başdan- başa Övliyalar, Kəramət sahiblərinin məskəni olduğu, onların yurd saldığı müqəddəs yerlərlə zənginliyi məlumdur; bu üzdən də insanlarımızın da zaman-zaman bu sayılıb, seçilən, hörmət, ehtirama layiq müqəddəs məkanlara üz tutub, sıxıntılarının, çətinliklərinin aradan qalxması, nicat tapmaları üçün arzularının, istəklərinin çin olacaqları, dualarının qəbul ediləcəyi şövqü ilə gəlmələri artığ xalqımızın adətidir. Bu gün də insanlarımızın axın- axın bu ziyarətgahlara gəlməsi davam etməkdədir.

Xalq inancı, adət-ənənəsi, milli- mənəvi dəyərləri ilə baş- başa qalanda, onun rituallarını icra edəndə, bu onun həm mənəvi rahatlığı,həm də bu dəyər və inancların xalqın yaddaş tarixində gələcək nəsillərə ötrülməsi kimi də müsbət tendensiyalarla müşayət edilən hallarındandır.Bu üzdən də xalqın adət-ənəsinə, inancına, onun bu kimi dəyərlərinə toxunmaq, zədələmək, bir millətin əxlaqi dəyərlərinə hörmətsizlik kimi başa düşülən mənfi tendensiv amillərdəndir(!)


Bu gün biz Azərbaycanda tanınan çox məşhur ziyarətgahlardan biri, Mərdəkandakı "Pir Həsən" ziyarətgahından( buranı sadə insanlar daha çox "Çıldağ" kimi də tanıyır) söhbət açmaq istəyirik.

Bu məqsədlə də adıçəkilən ziyarətgah kompleksə baş çəkmək və komplekslə daha yaxından tanış olmaq istədik.

Kompleksin idarəçilik işlərinə rəhbərlik edən Mahir Cəlilovla görüşüb, ondan ziyarətgah haqqında daha ətraflı məlumat almaq istəyimizi bildirdik.

Mahir Cəlilov bildirdi ki, o bu kompleks- ziyarətgahda artıq 27 ildir çalışır. Bu illər ərzində sadə xalqa xidmət etmək onun ən ümdə, mənəvi- əxlaqi dəyərlər baxımından borc kimi boynuna düşən müqəddəs yük olub.

Bu missiyanın da öhdəsindən Mahir Cəlilovun dediyinə görə gəlməyə çalışmış və bu gün də həmin ağır, məsuliyyətli işi davam etdirməkdir.

Mahir Cəlilovla söhbətimizdən bu da bəlli oldu ki,Bakının Mərdəkan qəsəbəsində yerləşən "Pir Həsən" ziyarətgahında iki türbə var. Bunlardan biri üzərində qədim günbəz olan Pir Həsənə məxsusdur. Tarixi mənbələrə görə, əsli-nəcabəti imamlara gedib çıxan Pir Həsən XVII əsrdə yaşamışdır.


Türbənin əsas fasadında portaldakı qapı yerinin üstündə ikisətirlik ərəbcə kitabə yerləşdirilmişdir: "Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbas (Allah onun hökmranlığını əbədiləşdirsin) vaxtında Dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il" (1612-1613).


Ziyarətgahın ön tərəfində məşhur Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılmış, onun sağında isə türbə tikilmişdir. Türbənin mərkəzində tanınmış din xadimi Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, qızı Sara xanım Tağıyeva və repressiya qurbanı olmuş Zeynal bəy Səlimxanovun məzarları var.

2007-ci ildə Heydər Əliyev Fondunun ölkəmizdə tarixi dini abidələrin, o cümlədən məscid və ziyarətgahların tikintisi və bərpası sahəsində apardığı məqsədyönlü fəaliyyəti nəticəsində "Pir Həsən" məbədi əsaslı şəkildə təmir olunmuş, burada abadlıq işləri aparılmışdır. 2007-ci il dekabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Pir Həsən" ziyarətgahının açılışında iştirak etmiş, onun yeni görkəmi ilə tanış olmuş və xatirə kitabında ürək sözlərini yazmışlar.


Həmçinin Mehriban xanım Əliyeva, qızı Leyla xanımla dəfələrlə ziyarətgahda iftar süfrələri açmış və sadə, inanclı insanları da təşkil olunmuş bu məclislərə dəvət etmişlər.


44 günlük müqəddəs Vətən Müharibəsi günlərində də Mehriban xanım ziyarətgha baş çəkmiş, ordumuzun bu haqq savaşında zəfər çalması üçün çoxlu dualar etmişdir.


Beləliklə, Mahir Cəlilov bizi ziyarət komplekslə daha yaxından tanış etdi və bizə dolğun məlumat verdi.

Biz də həmçinin öz növbəmizdə xalqımızın bu inanc yerində olduğumuz müddətdə olduqca mənəvi rahatlq tapdıq və bir daha bu müqəddəs məkanı ziyarət etmək duyğusu, qürurverci hisslərlə ziyarətgahdan ayrıldıq.

Sonda onu da vurğulamağı özümüzə mənəvi borc bilirik ki, biz doğurdan da böyük və əzəmətli xalqıq.

Çünki bu Böyüklüyün içində daha Böyük Mənəvi, Əxlaqi Dəyərlər kimi bir Etalon daşıyırıq.

Bu Böyüklük,- min illərin daş yaddaşından göz yaşı kimi dupduru bir milli -mənəvi dəyərləri zamanın süzgəcindən dipdiri keçirib, bu günə kimi daşıyıb gətirə bilməyə özümüzdə Güc Tapa Bilməyimzdədir. Böyüklüyümüzə və Gücümüzə Salam olsun(!)

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ