28-12-2021, 13:07

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ç

ıxışlarda ölkəmizdə Nizami Gəncəvinin 880 illik yubileyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2021-ci ilin Nizami Gəncəvi İli elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə geniş qeyd edildiyi vurğulanıb. Bildirilib ki, dünya ədəbiyyatına böyük töhfələr verən Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında eşqin qüdrəti göstərilib, məhəbbətin dərin ictimai mənası şərh edilib. Poemanın insanlığa nümunə olan maraqlı məzmunu, Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roman olması vurğulanıb. Əsərin Sasani hökmdarı Xosrov Pərvizlə Bərdə hakiminin Vəliəhdi Şirin arasında məhəbbətdən bəhs edildiyi diqqətə çatdırılıb.

Sonra Şirvan şəhər Mədəniyyət Mərkəzinin həvəskar aktyorları tərəfindən Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında ssenarist, quruluşçu rejissor Elşən İsmayılın hazırladığı tamaşa təqdim edilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ