Fəaliyyətinin əsas missiyası Azərbaycan diaspor təşkilatlarına dəstək vermək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq olan Azərbaycan Diasporuna Dəstək Fondun maliyyə dəstəyi ilə “Azərbaycan musiqi inciləri” – “Music Pearls of Azerbaijan” adlı musiqi (not) kitabı nəşr olunub.
Azərbaycan Diasporuna Dəstək Fondundan
Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov və Aqşın Əlizadə kimi dəyərli Azərbaycan bəstəkarlarının əsərlərini özündə cəmləşdirən bu kitabın maraqlı cəhəti hər əsərdən əvvəl müəllif və onun bəstəsi haqqında, eyni zamanda Azərbaycan musiqi mədəniyyəti və bəstəkarlıq məktəbi barədə kiçik məlumatın verilməsidir.
Vurğulanacaq digər əsas məqam mətnlərin ingilis dilində tərtib olunmasıdır. Mətn dilinin bu qaydada seçilməsi tanıtım dairələrinin daha da geniş olmasına imkan yaratmış olacaq.
Təqdim olunan layihənin rəhbəri Türkiyədə yaşayan həmyerlimiz, musiqiçi Vüqar Qurbanov, kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsli, layihənin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur. Kitabın dizaynı Kamran Nəcəfova, əsərlərin kompüter yığımı Yavər Nemətliyə aiddir.
“Azərbaycan musiqi inciləri” Azərbaycan Diasporuna Dəstək Fondunun vasitəçiliyi ilə dünyanın bir çox ölkələrində fəaliyyət göstərən musiqi təmayüllü təhsil müəssisələrinə və kitabxanalara hədiyyə ediləcək.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi