İran Azərbaycanın sərhədləri boyunca başlatdığı "Xeybəri fateh "( Xeybər fatehləri) təlimləri ilə İsrail və onun bölgədəki geosiyasi və geostrateji "dost "larına hansı mesajları vermək istəyir(?!)
Tarix: 8-10-2021, 11:16
Google+ Paylaş
Tumblr Paylaş

İran Azərbaycanın sərhədləri boyunca başlatdığı "Xeybəri fateh "( Xeybər fatehləri) təlimləri ilə İsrail və onun bölgədəki geosiyasi və geostrateji "dost "larına hansı mesajları vermək istəyir(?!)

8-10-2021, 11:16

Elşad M.Turan
-----------------



İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Naxçıvanla həmsərhəd bölgəsində başladığı hərbi təlimlərə "Xeybəri fateh "(Xeybər fatehləri )adının verməsi heç də təsadüfi deyil; İslam tarixində, hicrətin 7-ci ilində müsəlmanların apardığı 9 müharibədən birinin adı da Xeybər döyüşü adlanır. Beləki o zamanlar Məkkə və Mədinə arasındakı əsas strateji və ticarət yolu kimi tanınan, həmçinin müdafiə və təhlükəsizlik baxımından olduqca irili, xırdalı doqquz güclü qaladan ibarət Xeybər məntəqəsi yəhudilərin əlundə idi. Müharibəyə səbəb isə Mədinədən qaçan yəhudilərin Xeybər yəhudiləri ilə birləşməsi, ardınca bəzi ərəb qəbilələrini də müsəlmanların üzərinə qaldırması olmuşdu. Üstəlik Xeybərin varlığı müsəlmanların gələcək maraqları üçün də çox maneə yaradırdı. Çünki bu məntəqə digər ərəb coğrafiyaları ilə əlaqələrin qurulması istiqamətində çox böyük və aşılmaz sədd kimi yadda qalan idi. Bu üzdən də yəhudilərin müsəlmanlara qarşı düşmənçilik və təhrik edici hərəkətləri Xeybər mühairbəsinin başlanması və bu strateji məntəqəni ələ keçirmək üçün İslam ordusuna fürsət vermiş olur. Və həmin tarixdə müsəlmanlar Xeybər qalasını ( qalalarını) ələ keçirir, yəhudiləri təslim olmağa məcbur edrilər.
İranın bu ad altında hərbi təlimlər keçirməsinin məqsədi(səbəbi) də, 44 günlük II Qarabağ döyüşlərində İsrailin fəallığı və bu döyüşlərdən dərhal sonra ermənilərdən geri alınmış Azərbaycan torpaqlarında, xüsusi ilə İranla həmsərhəd məntəqələrindən sayılan və strateji əhəmiyyəti ilə seçilən Zəngilanda İsrailin projesi kimi daha çox diqqətçəkən "Ağllı kənd"lərin qurulması planına adekvat cavab tədbirləri kimi təhlil ediləndir. İran adıgedən bu hərbi doktrina formatında dolayısı ilə və ya bir başa İsrailə və İsrailin dostlarına Barmaq Silkələyir, tarixdə müsəlmanların yəhudilərə "Xeybər Qulaq Burması" verdiyini bir daha xatırladır, ardınca da onun burnunun ucunda Ağıllı Kənd Qurmaqdansa, daha ağıllı olmağın messajını həm İsrailə, həm də İsrailin dostlarına siyasi-hərbi messaj kimi ötürür.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ