İranın tarixi "Azərbaycan məsələsində ",- şiəlik və narkoticarət zəif bənd kimi
Tarix: 8-10-2021, 10:38
Google+ Paylaş
Tumblr Paylaş

İranın tarixi "Azərbaycan məsələsində ",- şiəlik və narkoticarət zəif bənd kimi

8-10-2021, 10:38

Elşad M.Turan



İranın Azərbaycanı daim təsir və nüfuz dairəsində zəif bənd kimi saxlamaq üçün təhlükəli iki tip siyasəti daim diqqət çəkən və narahat edicidir; dini təmayülün( qatı şiəlik, rafizlik) və ardınca da narkotikin icracı(ixracatı)(sürətlə yayılması, aludəçiliyi), bu yönü genişləndirmək planları, bu aspektdən daha inandırıcı və düşündürəndir.
Beləki Azərbaycan suverenitet bayrağını qaldıran illərdən üzü bəri İran bu çirkli planlarının miqyasını daim artırmağın qayğısına qalıb və bu gün adıgedən planlar Azərbaycanda tam olmasa da, müəyyən kəsim aspektindən işə yarayanlığını çılpaq göstərən şərtlər kateqoriyasındandır. Adıgedən planın daha çox İran mənşəli və fars dilli, üstəlik cinayət və kriminala meyilli etnik qrupların vasitəsi( vasitəçiliyi) ilə həyata keçirilməsi , İran üçün daha təkamül, mümkün və məqsədə yarayandır. Bu üzdən də 90-cı illərin ortalarından bu yana İranın Azərbaycanda dini kəsiminə( şiələrə) ianələr şəklində yardımlar göstərməsi, məktəb və mədrəsələrin açılması( xüsusilə Azərbaycanın İranla həmsərhəd cənub zolağında), İranın iri dini mərkəzlərinə dini savad almaq məqsədiylə(adıyla) ilə azərbaycanlı gənclərin dartılıb aparması, həmən dini təhsil verən hövzələrdə beyinyuma texnologiyalarıyla təhsil almağa gedən gənclərin təhsillərini başa çatdırdıqdan sonra Azərbaycana dolayısı ilə İranın xarici maraqlarına xidmət edəcək emissarlar şəklində qayıtmaları, bu gün inkaredilməz faktorlar silsiləsindəndir. Ardınca və birbaşa İranın dövlət maraqlarında gizli və olduqca təhlükəli mənfi iş əmsalıyla ehtiva edilən narkoticarətin Azərbaycan vasitəsiylə sürətlə yayılmasını təşkil etmək. İran tərəfdən bu işə qoşulanların İranın xüsusi xidmətlərinin agentləri olması və Azərbaycan tərəfdən narkokuryerliyə cəlb edilənlərin həmən xüsusi xidmət planlarının sözssüz icraçılarına çevrilmələri də, bu amillər kateqoriyasındandır. Bu üzdən də bu gün Azərbaycanın cəza evlərində cəza çəkən məhbusların 80 faizi məhz narkotik vasitələrin alışı, satışı,daşınması, yayılması maddələri ilə həbs edilən Azərbaycan vətəndaşlarıdır. Azərbaycan tərəfinin hüquq mühafizə orqanlarının narkotik vasitələrin İrandan Azərbaycana taranzit vasitə olaraq keçirilməsində və iştirakında həbs edlən iranlıları isə İran tərəfi az müddət ərzində alıb aparır və guya girov müqabilində də öz cəza evlərindən açıb sərbəst buraxır. Əvəzində isə Azərbaycan insanını bu çirkli işlərə bulaşdıran İran, növbəti qurbanları üçün narko emissarlarını təzədən işə salmağın qayğısını çəkir.
Dini təmayül yanaşmasından isə vəziyyət yenə də ürək açan görünmür; ölkədəki hazır sosial vəziyyətin qənaət bəxş hesab edilməməsi, insanların sosial səbətini istədikləri kimi doldura bilməməsi, umudsuzluğun girdabında çabalaması, onları günlərin bir günü din dəllallarının ucuz bazarlığının qurbanına çevrilməsi faktoruna aparıb çıxarır. İnsanlar real gerçək təsəvvürlərdən dini təsəvvürlərin vakkumuna düşür(salınır) və bu boşluqdan çıxmağa sonradan nə gücləri. nədəki maraqları olmur, əvəzində onların məscid və minarələrdən onsuz da yoxsulluq və səfalətdən korşalmış beyinləri, növbəti məzhəbçi və təriqətçi ovçuların düşdükləri torunda zəhərlənir. Ardınca da bu tip zəif elektorat çox keçmədən azğın qaragüruha çevrilir, milli kimliyindən, milii tarixi maraqlarından könüllü qoparılb İranın əmmaməli lotularının baş gicəlləndirici. xumarladıcı moziə və xütbələrində bütün varlığlarını itirməyə yuvarladılır və manqurtlaşırlar. Sonra da bu tip ziddiyyətli məqamlarda Ocaqnejad kimi şarlatanın fitvalarını sanki Allahın Hökmi kimi qəbul edir, etirazçı və qiyamçı şəkil alır, qabaqlarına çıxan bütün tarixi və milli dəyərləri göz qırpmadan uçurub, İran kimi şeytanın maraqlarının xidmətçisinə çevrilmələrini və həmən maraqları çox rahatca təmin və icra etmələrini məqbul sayırlar..скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ