Yardımlıda meşə terroru davam edir; mühüm dövlət orqanları bəs hara baxır(?!)
Tarix: 2-08-2021, 23:00
Google+ Paylaş
Tumblr Paylaş

Yardımlıda meşə terroru davam edir; mühüm dövlət orqanları bəs hara baxır(?!)

2-08-2021, 23:00

Azərbaycanın təbii sərvəti sayılan, ETSN Masallı regional meşə təsərrefatı mərkəzinin bir başa nəzarətində olan cənub meşələri, xüsusilə Yardımlı rayonu ərazisindəki meşə zolaqları bir qrup cinayətkarın, fırıldaqçının, kələkbaz, oğru dələduzların inhisarındadır.
Forpost.az saytı olaraq artıq üçüncü dəfədir bu temada həyacan təbili çalırıq, respublikanın mühüm dövlət orqanlarının adıgedən mövzuya, meşələrimizi bilərəkdən, qəsdən, qazanc məqsədi ilə məhv edən cinayətkarların əməllərinə diqqət ayırmalarımı tələb edirik.
Ölkənin cənub ərazisindəki meşə genefondu dağıdılır, cənablar!!! Tədbir görün. Dünənə kimi yaşıl meşə zolaqlarını kəsib, doğrayanlar, indi də həmin meşələrə od vurub yandırırlar ki, daha asan yolla ağacları cılğz maraqlarına uyğun qazanc mənbəyinə çevirsinlər.
ETSN Masallı regional meşə təsərrüfatı mərkəzinin direktoru, meşəçiliyə tamamilə heç bir aidiyyatı olmayan Adəm Adil oğlu İsmiyev və onun cinayətkar bandası Yardımlı meşələrini bilərkdən talan edirlər, bu gün isə aşkar Yardımlı meşələrinə od vurub yandırmaqdan belə çəkinməmişlər. Bu meşə yanğınını heç də təbii hadisə kimi qiymətləndirmək olmaz. Hadisə bir başa meşə talanları ilə məşğul olan cinayətkarların işidir. Bunu dövlət orqanları ciddi araşdırıb, qanuna uyğun müvafiq tədbirlər görlməli, cinayətkarlar tapılıb, qanun qarşısında cavab verməlidir.
ETSN Masallı regional meşə təsərrüfatının fəaliyyəti ciddi araşdırılmalıdır. Mərkəzin direktoru Adəm Adil oğlu İsmiyevin və onun tabeçiliyində olan meşə nəzarətçilərinin işi yoxlanmalıdır. Yardımlı meşələrnin yanması( yandırılması) təsadüfü deyil. Bu yanğın hadisəsi adıçəkilən mərkəzin bir başa fəaliyyətinə adidiyyatı var. Yardımlı rayon Bərcan, Şıxlar, Çanaqbulaq, Gendərə kəndləri ərazisindəki meşə dolayalarına cavabdej olan Məhəmməd adlı nəzarətçiinin şübhəli əməlləri, meşə talanlarında adının aşkar keçməsi dövlətin mühüm orqanlarının nəzarətinə keçməlidir. Çünki bu tip şəxslərin meşələrə qənim kəsilməsi, araxlandıqları çirkli, gizli əllərə oynamaları, onların cəzadan uzaq qalmalarına gətirib çıxarır, üstəlik,

daha da böyük cinayətlər üçün addım atmalarına şərait yaradır.
Növbəti silsilə materialları təqdim edəcəyik. Bizi izləyin !



Forpost.az-
ın Təhlil Qrupuскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ