Meşə terrorunun başında Adəm İsmiyev dayanır:bəs aidiyyatı orqanlar milli sərvətlərimizi məhv edənləri niyə cəzalandırmır???
Tarix: 26-07-2021, 07:09
Google+ Paylaş
Tumblr Paylaş

Meşə terrorunun başında Adəm İsmiyev dayanır:bəs aidiyyatı orqanlar milli sərvətlərimizi məhv edənləri niyə cəzalandırmır???

26-07-2021, 07:09

Ötən anons xarakterli yazımızda Azərbaycanın cənub meşə zolaqlarında baş verən talançılq hadisələrindən, xüsusilə Ekologiya Təbii Sərvətlər Nazirliyi Masallı Regional Meşə Təssərrüfatı Mərkəzinin tabeçiliyində olan Yardımlı meşələrindəki ekoloji terrordan, meşə genefondunun bilərkdən, talançılıq, qanunsuz gəlir əldə etmək məqsədi ilə doğranmasından bəhs etmişdik.
Bu məsələlərlə bağlı adıgedən mərkəzlə bağlantı qurmaq istəsək də,lakin həmən mərkəzin direktoru, meşə təsərrüfatına heç bir bağlılğı olmayan, əlbəttə ki, hansısa qanunsuz vasitələrlə bu posta yiyələnmiş Adəm Adil oğlu İsmiyevin özbaşına ,etik normalardan uzaq davranışları, əyalət düşüncəsinə söykənən kobud məntiqi yanaşması, istədiyimiz sorğunu almağımıza maneçilik törətdi. Biz Forpost.az olaraq bu tip yanaşmanı düz və iti həndəsi bucaqların prizmasından qiymətləndirir, qarşı tərəfin də əyri və kor bucaqlar altından özlərinin aşağı statistik, uçuz, diletant maraqlarını Azərbaycanın milli və dövlət maraqlarından üstün tutmaları kimi dəyərləndiririk. Əgər əkilən bir ağacın imkişafı, onun meşələrimizin genefonduna daxil olması, təbii sərvətə çevrilməsi üçün illər laszım gəlirsə. ancaq həmin ağacın milli sərvətlərimizə düşmən mövqe tutan ləyaqətsiz kəslər tərəfindən qazanc məqsədi ilə kəsilib, doğranmasına dəqiqələr, saniyələr də kifayət edir. Bax acı reallıq, paradokssalq da bundadır!!!
Bəs maraqlıdır, gözə girən bu boyda qanunsuzluqlar qarşısında ölkənin cavabdeh, məsul orqanları sözügedən hallar üçün niyə cavab tədbirləri görmür, bu meşə talanlrının qarşısını almır, ekeloji terror ilə məşğul olanları qanunla cəzalandırmır?! Nədir bu susqunluğun gizlinləri, səs, səmirsizliyin, biganəliyin cavabsız sualları ?!!!
Adəm İsmiyev kimi milli və dövlət maraqlarından uzaq kəslərin nə zamana kimi qanunsuz əməlləri qırmızı, qara xətt kimi milli sərvətlərimizin üstündən meşə doğrayan mişarlar tək kəsib keçəcək. Nə zamana kimi bu xalqın sabahkı milli maraqları Adəm İsmiyev kimi meşə oğrularının kor bucaqlar altrındakı maraqlarına qurban veriləcək ?
Bu qanunsuz haqqı Adəm İsmiyev kimi şəxslərə görəsən kim verib ??? Gəlin həmən qara əlləri, gödək kölgəli vücudların axtarışına çıxaq; bəlkə bu xalqın milli və dövlətçilik haqqını qəsb edən Adəm İsmiyev kimi insanların pərdəarxası sahibləri bir gün peyda olacaq və biz də onları xalqa tanıdacayıq !!!(???)Əlbəttə ki, araşdırmalarımız davam edir. Daha geniş materialları faktlar şəklində təqdim edəcəyik.Bizi izləyin.



Forpost.az-ın Təhlil Qrupuскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ