Ekologiya və Təbii Sərvətlər Nazirliyi Masallı Regional Meşə Təssərrüfatı Mərkəzinin nəzarətindəki Yardımlıi meşələrində baş verən acınacaqlı mənzərələr, xüsusilə adıgedən rayonun Çanaqbulaq, Gendərə, Bərcan, Şıxlar kəndləri ərazisindəki yaşıl meşə zolaqlarının bəzi nəzarətçilər tərəfindən qəsdən, qanunsuz olaraq gəlir əldə etmək məqsədi ilə kütləvi kəsilməsi, sonra da qanunla kəsilməsi qadağan edilən ağacların həmin kəndlərin sakinlərinə satılması faktları olduqca diqqətçəkən məqamlardandır. Bu cinayət əməllərinə sözügedən mərkəzin direktoru Adəm İsmiyevin bilərəkdən göz yumması isə başa düşüləndir. Sözügedən məsələ tərəfimizdən araşdırılaraq, yəqin ki, geniş, təhlili material şəkilində aidiyyatı dövlət orqanlarının nəzərinə çatdırılacaq. Çünki meşələr Azərbaycan xalqının təbii milli sərvətidir! Ona qarşı hər hansı qanunsuz cinayət addımı atmaq, Azərbaycanın gələcək milli və dövlətçilik maraqlarına qarşı düşmən mövqe sərgiləməkdir. Yəqin ki, ETSN Masallı Regional Meşə Təssərrüfatı Mərkəzinin bu sahəyə heç bir aidiyyatı olmayan direktoru Adəm İsmiyev gec də olsa bunu düşünməyə məcbur olacaq!!! Axı bu xalqın milli maraqları hər şeydən üstündür ?! Daha geniş materialı araşdırma yazılarımzda oxuya bilərsiniz. Əlbəttə, əlahəzrət fakt bu məsələlərə etinasız, laqeyd qalanların, hansısa qara əllərin içində arxayınılq tapanların, gödək kölgələrdə daldalanıb daim milli sərvətlərimizə qarşı cinayət törətməyə can atanların əsl simasını, maskasını yırtacaq !!!Bizi izləyin!
Forpost.az
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi