ABŞ və Qərbin gizli xidmət mərkəzlərində Azərbaycana qarşı həyata keçirilən ekoloji və gen terroru
Tarix: 30-10-2019, 16:45
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ və Qərbin gizli xidmət mərkəzlərində Azərbaycana qarşı həyata keçirilən ekoloji və gen terroru

30-10-2019, 16:45

BU TERROR SİYASƏTİ, “TƏMİZ QAN“ QRUPUNA AİD CƏNUB ZONASININ İNSANLARININ GENİNİ DƏYİŞMƏK, HƏMİN GENİN DAŞIYICISI OLAN ƏHALİSİNƏ GÜCLÜ ZƏRBƏ VURMAĞA HESABLANMIŞDIR

«Vegetasiya» - latın sözü olub («vegetatio», oyanma, dirilmə, canlanma mənasında işlədilir. İnsan və təbiət, zaman və mühit anlamında «vegetasiya» həmişə yardımçı olub. Təbiətlə bağlı elmi araşdırmalarda, tədqiqat laboratoriyalarında «Vegetasiya» ilə bağlı xüsusi strateji proqramlar var. Araşdırmalarımıza görə, Afrika ilə Asiya, Avropa ilə Amerika... ərazilərinin böyük bir qismində eyni anda, eyni saat, mühitdə baş verən canlanmanın, oyanma, dirilmənin bir-birini təkrar edən «fotosintezi» var, yəni, oxşar çalarları var. Hətta, ölüm hallarında da eynilik təşkil edən məqamlar da çoxdur. Məsələn, 2010-cu illər ərzində RF-nin ərazisində eyni saatda, eyni anda, eyni gündə... və nəhayət, eyni motivlə öldürülən 141 nəfər iş adamı qeydə alınıb. Vaşinqtonda təkcə 2003-cü ildə eyni ilə bir-birinin təkrarı olan 67 ölüm hadisəsi qeydə alınıb. Motiv də eynidir. Belə bir paralellik Parisdə, Tehranda, Kölndə, Tokioda, Pekində... də qeydə alınıb. Məlumata görə, belə bir eynilik təbiətdə də özünü göstərib. Əldə etdiyimiz materiallardan aydın olur ki, RF-nin subyektlərini (89 subyekt) əhatə edən təbii fəlakətlərdən (sel, isti külək, meşə yanğınları, zəlzələ, qasırğa, tufan, dolu, yağıntı, misli görünməmiş şaxta, qar uçqunları, vulkan püskürmələri, torpaq sürüşmələri...) 186-sı eyni anda baş verib, eyni dərəcədə ziyan yetirib, eyni sayda insan tələfatı olub (2000-ci ilin məlumatı). Alimlərin, tədqiqatçıların bu yönümdə ciddi araşdırmaları davam edir. Azərbaycan isə belə ciddi beynəlxalq miqyaslı (London, Nyu-York, Moskva, Pekin... konfranslarını xatırladıram) yığıncaqlardan, strateji proqramlardan kənardır. Nə Nazirlər Kabinetinin, nə Səhiyyə Nazirliyinin, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin... bu istiqamətdə - «insan və təbiət» istiqamətində strateji proqramları yoxdur. Olmadığı üçün də Azərbaycanda baş verən fəlakətlərin, ictimai-siyasi mühitə təsir edən hadisələrin kökü araşdırılmır, təhlil edilmir (Məsələn, Bakıda baş verən zəlzələlərin, eləcə də, 2003- cü ilin15-16 oktyabr hadisələrinin kökü araşdırılmadı. Yəni, həm təbii fəlakətlərin, həm də qarışıq siyasi olayların kökünə gedən olmadı).

Halbuki, ən adi qarışqa ölümündən tutmuş, insan ölümünədək... hər şeyin səbəb və nəticələri var. Məsələn, 2004-cü il yanvarının 10-dan fevralın 5-dək olan məlumata görə, Gədəbəy rayonunun Söyüdlü, Şəkərbəy, Qaramurad yaşayış məntəqələrindəki ölüm halları ilə, Daşkəsənin Mollahəsənli, Əhmədli, Təzəkənd yaşayış məntəqələrində baş verən ölüm hallarının səbəb və nəticələri eynilik təşkil edir. Hadisələr üst-üstə düşür (Eyni qayda ilə Cəlilabad rayonunun Kövüzbulaq, Seyidbazar yaşayış məntəqələrini Lerik rayonunun Monidigah və Biləbənd yaşayış məntəqələrini müqayisə edirik). Nəticəyə görə: a)Gədəbəy rayonu ərazisi:
- Söyüdlü kəndində yanvarın 22-dən 23-nə keçən gecə üç nəfər saat 17.15-də (ola bil-
sin, 1 dəqiqə fərq etsin) ürək çatışmazlığından vəfat edib (48 yaşlı Ə.D.Qəribov, 71 yaşlı
Ə.Ə.Məmmədov, 62 yaşlı S.H.Dadaşov).
b)Daşkəsən rayonu ərazisi:
- Əhmədli kəndində yanvann 22-dən 23-nə keçən gecə saat 17.15 dəqiqədə ürək ça-
tışmazhğından vəfat cdib (28 yaşh S.O.Babayev, 41 yaşlı E.A.Həsənov, 31 yaşlı
L.S.Qasımov).
c) Cəlilabad rayonu ərazisi:
- Kövüzbulaq kəndində heç bir hadisə baş verməyib. Lakin, Seyidbazar yaşayış məntəqəsində kütləvi huşsuzluq (yanvarın 22-dən 23-nə keçən gecə) qeydə alınıb. Məlumata
görə, 2003-cü il yanvarın 22-də əraziyə qarla birlikdə sarı, qırmızımtıl isti yağış yağıb.
Mal-qaranın, ev quşlarının, bağ,bağatın məhv olması qeydə alınıb.
ç) Lerik rayonu ərazisi:
- Biləbənd kəndində yanvarın 22-də (2003-cü il) üç dəqiqə yarım qarla birlikdə sarı, qırmızımtıl isti yağış yağıb. Mal-qaranın, ev quşlarının, bağ,bağatın məhv olması qeydə alınıb. Monidigah kəndində yaddaşların ani olaraq itməsi ərazidə çaşqınlıq yaradıb.
Qeyd: Demək olar ki, Azərbaycanın Cəlilabad, Lerik... yaşayış məntəqələrinin İranla sərhəd zolaqları təqribən 2 dəqiqə öz gücü ilə mühafizə olunmayıb (?). Məlumata görə, İran MN-nin strateji proqramında 1 dəqiqə 12 saniyə ərzində hər hansı sərhədin 47 kilometrlik zolağını dağıtmaq, pozmaq... gücünə malik olan «Çevikqrupu» var.
Martın 5-də saat 17.17 dəqiqədə Cəlilabad rayonunun Iranla sərhəd yaşayış məntəqələrində və Tovuz rayonunun Ermənistanla sərhəd yaşayış məntəqələrində güclü torpaq sürüşməsi baş verdi.
Cəlilabad rayonunun Sadatlı, Incilli, Kövüzbulaq, Əsədli, Şatırlı kəndlərində torpaq sürüşməsi nəticəsində 140 evin sütunlarında çatlar yarandı. Torpaqda həm cənubdan, həm şimaldan, həm şərqdən və həm də qərbdən nəhəng yarıqlar əmələ gəldi. Əldə olunan başqa bir məlumata görə, dörd istiqamətdə əmələ gəlmiş yarıqların hər birinin uzunluğu 112 metr, eni isə 6 sm olub.
Tovuz rayonunun Əlibəyli, Bayramlı, Vahidli, Əsrik ərazilərində də torpaq sürüşməsi nəticəsində 145 evin sütunlarında eyni qaydada çatlar yaranıb. Yer səthində yaranmış yarıqların dörd coğrafi istiqamətdə hər birinin uzunluğu 112 metr, eni isə 6 sm olub. Bir-birinə istinad edən «İran» (İran) və «Azq» qəzetləri (Ermənistan) 2004-cü il, martın 8-də məlumat verirlər ki, Cəlilabad və Tovuz rayonlarında 3,5 bal gücündə zəlzələ baş verdi, torpaq zərbə dalğasına tab gətirmədi.
İnsan və təbiət problemlərini tədqiq edən ingilis tədqiqatçısı Q.Uayt 1970-ci ildə Moskvada rus dilində nəşr etdirdiyi kitabında göstərir ki, Azərbaycanın cənub və qərb regionlarında «... millətin ən sağlam gen bazası var... Allahın hökmü ilə bu ərazilərdə yüz illərlə nə bir zəlzələ olub, nə torpaq yarılıb, nə də tufan, çovğun və qar uçqunları baş verib. Burada təbiətlə insan arasında güclü balans və tarazlıq var. O vaxt bu yerlərdə qarışıqlıq olacaq ki, onda bu tarixi və təbii balans pozulmuş olsun... Apardığım uzunmüddətli tədqiqatlara uyğun olaraq bildirmək istərdim ki, bu balans Allah tərəfindən və yaxud təbiət tərəfindən pozulmayacaq. Tarazlıq pozularsa, onun səbəb, nəticələrini insan əqlində və kəşfində axtarın. Bunu isə arzulamıram...».
Professor A.Vajinov (RF) öz meteoroloji araşdırmalarında iddia edir ki, Azərbaycanın Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı ərazilərində baş verən normadan artıq (və yaxud süni surətdə törədilmiş) təbii hadisələrin araşdırılması ötəri olmamalıdır. Hər kəndin, meşə zolağının, keçid və gədiklərin, ərazinin durumuna müqayisəli şəkildə nəzər salmaq lazımdır. Professor yazır ki, məsələn təbii hadisədən (tutaq ki, çovğundan) sonra Qaraqullarda (Daşkəsəndə) qayalardan biri səmtini dəyişib yerindən qopursa, buna biganə qalmayın. «...bu, sabahkı fəlakətin başlanğıcıdır...». Başqa bir misal: «... tutalım mənim ata yurdum Şəkərbəydə (Gədəbəy) qayalardan biri qopub, dərəyə yuvarlanıb... 1963-cü ildə Gədəbəydə alim dostum Aleksandr Darginlə olarkən, o, bütün bunlara adi bir məsələ kimi baxdığını dedi. İki ildən sonra Qafqaz dağlarında tədqiqat aparan professor A.Dargin fikrini dəyişdi. Leninqrad Dövlət Univcrsitetində təşkil olunmuş clmi konfransda çıxış edərkən, barmağını mənə tuşladır. «Sən dedi, düz deyirsən, Aleksey... Sənin ata yurdunda (yəni, Gədəbəydə -R.N.) bir fəlakət gizlənib. O, yatır, yuxudadır. Ona toxunmasan, o ömrü boyu yatacaq, heç kəsə xətər yetirməyəcək. Toxunsan, qayıdıb səni udacaq...».
Azərbaycan ərazisində baş verən təbii fəlakətlərin, süni yer silkələnmələrinin (Əsasən İran, RF və Ermənistanın sərhəd zolaqlarında) nəticələrinin heç biri (1990-cı ildən 2002-ci ilədək Azərbaycanda 169 az və irimiqyaslı təbii fəlakət baş verib. Bunun 86 faizi dövlət tərəfindən qeydə alınmayıb). Elmi cəhətdən araşdırılmayıb, təhlil edilməyib. Adamlar «bütün bunlar nədən baş verir sualına cavab tapa bilmirlər...».
Maraqlı bir araşdırma materialı var. Məsələn, ekoloji araşdırmalar aparan tədqiqatçıların nəticələrinə görə, Lerik-Yardımlı rayonları iqlim və coğrafi quruluşuna görə İtaliyanın Triest, Pezaro yaşayış məntəqələrilə eynidir. Cəlilabad, Astara... isə Yunanıstanın Saloniki, Yaponiyanın Tokiosu ilə eyni iqlimə malikdir.
Daşkəsən rayonunun təbii mühiti Milanın cənub yamacları ilə, Gədəbəy rayonunun iqlimi Xorasan vilayətinin iqlimi ilə, Tovuz rayonunun iqlimi və coğrafi quruluşu ABŞ-ın Missuri ştatının bir hissəsilə eynidir.
2000-ci ilin yanvar, fevral, mart aylarında... nə Triestdə, nə Pezaroda, nə Salonikidə, nə Tokioda, nə Milanda, nə Xorasanda, nə də Missuridə... göydən alov yağıb, sürüşmələr və yanğınlar, uçqunlar baş verib. Məlumata görə, aerokosmik çəkilişlər baş verə biləcək təbii fəlakətlərin, ilkin zəlzələ və dağıntıların həcmi haqqında, ərazilərdə baş verəcək iqlim dəyişikliyilə bağlı məlumatların toplanmasında aktiv rol oynayır. Bu işi Azərbaycanda Milli Aerokosmik Agentliyin əməkdaşları görürlər. Təəssüflər olsun ki, bu günədək mərkəz süni peyk inibrmasiyalarını qəbul edə bilmir. Fikrimizcə, bu istiqamətdə aerokosmik çəkilişlər aparılsaydı, regionlarda baş verə biləcək və olmuş təbii və süni fəlakətləri əvvəlcədən bilmək şansı qazanırdıq. Yəni, tutalım, Daşkəsən, Gədəbəy və Lerik... yanğınlarından əvvəlcədən xəbər tutmaq mümkün olardı. Bir aerokosmik çəkiliş isə cəmi 5 min dollara başa gəlir (Vurulan ziyanların ümumi həcmi milyard manatlara doğru gedir). Bu istiqamətdə ciddi araşdırmalar və tədqiqatlar aparan professor Rüstəm Rüstəmov «Эхо» qəzetində verdiyi açıqlamada qeyd edir: «... с экономической точки зре¬ния Азербайджан не в состоянии заниматься космическими исследованиями в оди¬ночку... необходимым объединение усилий стран с переходной экономикой (Кавказ¬ский регион, Центральная Азия, восточноевропейские страны, Турция) в единое Ев¬разийское космическое агентство... В Азербайджане пет специализированной стан¬ции приема спутниковой информации. В Азербайджан эта информация поступает1 от зарубежных партнеров...»
Xarici «partnyor»lar isə Azərbaycana heç vaxt düzgün və dürüst məlumat verməyəcək. Məsələn, Lerik yanğınları haqqında rayon icra hakimiyyətində fövqəladə hallara nəzarət edən yerli məmur iddia edir ki, hər şeyin mənbəyi söndürülməmiş çoban tonqalıdır. Yəni, tonqaldan qalxan çınqıl, Lcriki yanğına bürüyüb. Məlumata görə, həmin vaxt Lerikə qar və yağış yağıb. Buradan da belə çıxır ki, təbiət bilavasitə mərhəmət göstərərək, çobanların yandırdığı tonqalı söndürüb. Beləliklə, həmənəyalət məmurunun iddiası iddia olaraq qalır. Araşdırmalarımıza görə, həm Lerikin, həm də Daşkəsənin üzərində güclü şəkildə yandırıcı dalğalar görünüb. Əgər, Lerikdə bu dalğaların arasındakı məsafə 10-12 sm idisə, Daşkəsəndə bu odlu dalğaların arasındakı məsafə 7-8 sm arasında olub. Yandırıcı dalğalar Lerikdə 40 dəqiqə, Daşkəsəndə isə 54 dəqiqə... özünü göstərib (2004-cü il, 5-6 mart) (Bütün bunları Allahın bəlası kimi qəbul edənlər var. Bu da təbiidir. Çünki, Quranda «Nur» surəsinin 24-cü ayəsindən 35-ci ayəyədək «Alovsuz yanma»dan, yandırıcı dalğalardan bəhs olunur).
Təhlil olunması mümkün olmayan və yaxud bilərəkdən unudulan bu kimi hadisələr ekoloji terror kimi qəbul edilir. Hesablamalara görə, son yanğınlarda və dağıntılarda Gədəbəydə əhalinin 79,6, Daşkəsəndə 83,7, Lerikdə 91,6, Cəlilabadda 43,3, Tovuzda 51,8 -faizi stress və qorxu keçirib. Bu istiqamətdə İsrailin genetiklərinin maraqlı açıqlamaları var. İsrail həkimləri isbat edirlər ki, stress və qorxu insan genini dəyişir. Bu barədə Yerusəlimdəki Yəhudi İnstitutunun və Ben-Qurion Universitetinin alimləri açıqlamalar verib. Alimlər qeyd edir: «... İnsan orqanizmi əsəb hüceyrələrindən - neyronlardan özünə «tor qurub». Onlar beyin mərkəzinə baş verən hər hansı bir qıcıqlanma haqqında xəbər verir. Həmçinin beyin mərkəzindən orqanizmin əzalarına ağrı siqnalı verilir. Neyronların normal funksiyaları üçün orqanizmdə xüsusi ağ qan (cisimcikləri) hüceyrələri olur. Onlar da əsəbləri təmin edir. O vaxt ki, insanın gözü qarşısında, tutalım, hər hansı yanğın, dağıntı... terror aktı baş verir, onda onun genində dramatik dəyişkənlik, zədələr baş verir...».
(Adətən, bu kimi hadisələrdən sonra ərazilərdə doğum, yəni, artım azalır. Yaxud doğulan uşaqların hər üç nəfərindən ikisi anormal olur. Onlarda beyin çəkisi normadan az olur, qan dövranı yaxşı işləmir, boyu balaca olur. Məlumata görə, məsələn, 2015-cü ilin altı ayından sonra dünyaya gələn uşaqların təqribən 81,5 faizi xəstə olacaq.
Araşdırmalarımızın nəticələrindən biri kimi Daşkəsən-Gədəbəy-Tovuz ərazisinə yaxın olan (söhbət əsasən Gəncə-Qazax zonasından gedir) Qəbələ RLS-in törədiyi mümkün fəsadlara da nəzər salmaq maraqlı olardı. Məsələn, Vaşinqtondakı Strateji və Siyasi Araşdırmalar İnstitutunun elmi əməkdaşı Vladimir Sokor «The Wall Stre-et Journal» mətbuat orqanında yazırdı: «... NATO-nun hərəkətləri RF-ni düşündürür. Moskva Azərbaycandakı analitik mərkəzini (Qəbələ RLS) genişləndirir. Buna görə də NATO-nun siyahısında Qəbələni öyrənmək kimi məsələ dayanır...».
Bakıda səfərdə olmuş NATO - generalları (əsasən general Çak Uold) Qəbələ RLS-nin fəaliyyəti ilə ciddi maraqlanmışdı. Göründüyü kimi, sadaladığımız faktlar bir-birini təsdiqləyir. Rusların analitik mərkəzi kimi qeydə alınmış və istifadə etdikləri Qəbələ RLS-in elektromaqnit dalğalarının sınma bucaqlarından biri illərlə Lerik-Yardımlı-Cəlilabad zonasına düşürdü. Bu strateji-hərbi mərkəz 2012-ci ilədək fəaliyyət göstərsə də, onun gətirdiyi və törətdiyi fəlakətlər, Azərbaycan xalqının həyatında hələ bundan sonra, uzun zaman kəsiyində də özünü göstərməyə davam edəcək. Lakin belə bir mərkəz RF-yə XXI əsr boyu gərək olacaq, Çünki, Qəbələ RLS-in dünyada hələ ki, analoqu yoxdur.

R.Vəliyevскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ