Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı hazırlanmış 49 gizli xəritə, 3 məxfi atlas, hansı  qaranlıq məqamlardan xəbər verir?!
Tarix: 30-10-2019, 16:39
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı hazırlanmış 49 gizli xəritə, 3 məxfi atlas, hansı qaranlıq məqamlardan xəbər verir?!

30-10-2019, 16:39

YAXUD GİZLİ XÜSUSİ XİDMƏT HESABATLARINDA BU GÜN AZƏRBAYCANI, KONQOYA, MOZAMBİKƏ, NİGERİYAYA DAHA ÇOX OXŞATMAQ,HANSI MARAQLARINA XİDMƏT EDİR ???

ÜSTƏLİK, GİZLİ XÜSUSİ XİDMƏT LABORATORİYALARINDA AZƏRBAYCAN İNSANININ PSİXOLOGİYASINI VƏHŞİ CƏNGƏLLİK QANUNLARI İLƏ YAŞAYAN AFRİKALILARIN DÜŞÜNCƏSİNƏ UYĞUNLAŞDIRMAQ SİYASƏTİ, SABAH BİZİ HANSI DƏHŞƏTLƏRİ YAŞAMAĞA MƏCBUR EDƏCƏK !!!

İsrailin Rusiya və Şərqi Avropa ölkələrini tədqiq edən Kamminqa Mərkəzi («The Cummings Center for Russian East Europcn Stııdies») Vaşinqton alimlərinin bu istiqamətdə apardıqları tədqiqatın nəticələrinə istinadən qeyd edir ki, yaxın 15-30 il ərzində dünyada əlavə 100 yeni dövlət yaranacaq. Bu hadisə o zaman baş verəcək ki, insanlar və bütöv nəsillər əsl qan yaddaşlarını unudub, ali hisslərdən məhrum olacaq. Kiçik nəsillərdə, qrup və birləşmələrdə yerliçilik, «süd yaxınlığı» fikri ifrat dərəcədə baş qaldıracaq. Hamı özünü dövlət daxilində dövlət kimi aparacaq.
Millətin və dilin... məhv olması, bütöv bir dövlətin parçalanması üçün elə bu, bəs edər. Ətrafımızda baş verənlərin kökündə insanın qan qarışığının çoxalması, təbiət «külünün göyə sovrulması» dayanır... (ABŞ fizioloqu Panayotis Zavos).
Məntiqə görə, bu gün milli azadlıq hərəkatı dalğası ilə parçalanan, işğal olunan ərazilər bir neçə ildən sonra müstəqil dövlət kimi tarixə düşəcək. Strateji Mərkəzin fikrincə, 2025-ci ildə RF parçalanıb, dağılacaq. Onun ərazi bölgüsü aşağıdakı kimi olacaq:
l.Altı müstəqil respublika yaranacaq (Qərbi Rusiya, Ural, Qərbi Sibir, Şərqi Sibir, Uzaq Sibir, Şimal Ərazisi).
2.Etnik Mərkəzlər (Tatarıstan, Başqırdıstan, Şimali Osetiya, Çeçenistan).
3.Kareliyanın ayrılması.
4.Ayrı-ayrı rayonlar (Kalininqrad vilayəti, Tuva, Buryatiya, RF-nin keçmiş ədliyyə naziri P.Kraşennikov açıqlamasında iddia edir ki, 20015-ci ildə ölkənin hərbi qurumunda xidmətə çağrılacaq gənclərin hər üç nəfərindən 1-i yararsız olacaq. Səbəb demoqrafık sistemin pozulması və ərazidə narkotik maddələrdən istifadə amillərinin geniş yayılmasıdır (24 milyon nəfər narkoman var. Bunun 10 milyonu gənclərdir). Rusiyada 160 milyon əhalinin cəmi 115 milyonu ruslardır. Qırx beş milyon nəfər isə qeyri-rus millətindən olanlardır. Bunun da 43 milyon nəfəri təqaüdçülərdir. 12 milyon nəfəri şikəst və yaxud əmək qabiliyyətini itirənlərdir. Ölkədə cəmi 43 milyon nəfərin əmək qabiliyyəti var...
Rusiyada dini etiqad məsələsi də ölkənin ümumi inkişaf planlarına ağır zərbələr vurub. Məsələn, ölkə əhalisinin 5 milyon nəfəri müxtəlif zərərli dini qurum və icmalarda aktiv rol oynayır. Təkcə, Privoljsk ərazisində 1500 radikal dağdıcı dini təmayül şəklində islam mərkəzləri var. Sverdlovsk vilayətində 20 min gənc artıq bu icmaların girovuna çevrilib...
RF üçün xaricdən idarə olunan bu strateji və məqsədli proqramın bütövlükdə Orta Asiya və Cənubi Qafqaz istiqamətində də dağıdıcı qolları var.
Pentaqon analitiklərinin 2014-cü ilin payızında ayında başa çatdırdıqları «2015-2025-ci illər arasında dünyada və ayrı-ayrı regionlarda baş verəcək ciddi dəyişikliklər haqqında hesabat» çox maraqlıdır. Şübhəsiz, fikir və təhlillərimizin mərkəzində Azərbaycan Respublikası dayanır.
Bilavasitə, ABŞ-ın maraqlarına xidmət edən və Milli təhlükəsizlik aspektindən bu maraqları qoruyan, hesabat müəlliflərindən olan professor Piter Şvarst və Dudlas Rendall iddia edirlər ki, xüsusən Avropa və Asiyaya strateji dəhlizləri olan ölkələr bir neçə istiqamətdə əzab və əziyyətə düçar olacaq. Məsələn:
- 2015-ci ildən başlayaraq, Avropa Birliyinə daxil olan ölkələri amansız quraqlıq bürüyəcək.
- 2015-ci ildən Avropa Birliyinə üzv olan ölkələr arasında münaqişələr, silahlı çarpışmalar başlayacaq.
Uzunmüddətli bu çarpışmalarda 102 milyon nəfərin ölümü ehtimal olunur. Avropa üzrə
- 2018-ci ildən etibarən Avropa dünya ölkələrinin ən böyük enerji təminatçısı olacaq.
- 2020-ci ildən İspaniya və İtaliyaya Almaniya və Niderlanddan güclü axın olacaq. Ycr kürəsində kütləvi su qıtlığı başlanacaq.
- 2022-ci ildə Fransa ilə Almaniya arasında ciddi toqquşmalar olacaq.
- 2025-ci ildən Avropa Birliyi parçalanacaq. Avropalıların təqribən 10 faizi digər regionlarda məskunlaşacaq.
Asiya üzrə:
- 2015-cu ildən Hindistanla Çin arasında münaqişələr dərinləşəcək.
- 2015-ci ildən Yaponiya daxilində regional parçalanmalar başlanacaq.
- 2015-ci ildən Sibir və Saxalin enerji resursları uğrunda Yaponiya,Rusiya arasında münaqişələr baş verəcək.
- 2018-ci ildən Çin tərəfdən Qazaxıstanın neft kəmərlərində güclü dağıntılar və terror aktları törədiləcək.
- 2020-ci ildən Cənub Şərqi Asiya regionlarında güclü və qanlı toqquşmalar baş verəcək.
- 2025-ci ildən Çinin daxilində vəziyyət kəskinləşəcək.
- 2030-cu ildən Çinlə Yaponiya arasında RF-nın enerji resursları uğrunda qarşıdurmalar yaranacaq.
Amerika üzrə:
- 2015-cu ildən Kanada içməli su uğrunda Meksika ilə toqquşacaq.
- 2015-ci ildən ABŞ-ın cənub-şərqindən güclü insan axını olacaq.
- 2015-ci ildən avropalıların axını başlanacaq.
- 2016-cı ildən Avropa ölkələri arasında münaqişələrin sayı artacaq.
- 2018-ci ildən Şimali Amerikada parçalanmalar baş verəcək.
- 2020-ci ildən ABŞ-ın təhlükəsizliyi başlı-başına buraxılacaq.
- 2020-ci ildən Fars körfəzi və Xəzər dənizinin nefti bahalaşacaq, bu da, neft müharibələrinə gətirib çıxaracaq. Bəzi Xəzəryanı ölkələrin təhlükəsizliyi təmin olunmadığından dağılıb, viran qalacaq.
- 2025-ci ildən Səudiyyə Ərəbistanı uğrunda Çinlə ABŞ arasında qarşıdurmalar olacaq...Qeyd: Məlumata görə, belə bir proqnoz-hesabat 1995-ci ildə elə hazırlamnışdı və orada göstərilirdi ki, yaxın illərdə terrorçular Ümumdünya Ticarət Mərkəzinə təyyarə ilə hücum edəcəklər. Hadisə baş verdi. Vaşinqtonda, Pekində... belə bir strateji proqramlar da hazırlanıb: «...Gücdən düşən, parçalanan respublikaların taxılına, enerji resurslarına, digər sərvətlərinə sahib olmaq. Yaxşı beyinləri zəbt etmək... Pislər və gərəksiz adamlar arasında sınaq-təcrübə zonaları yaratmaq. Onları yazıqlar və qaçqınlar ordusuna çevirmək...».
Bütün bu deyilənlər aspektindən Azərbaycana nəzər salaq. Son üç ildə (2000-ci il martın 25-dəıı 2003-cü il martın 25-nə olan məlumat toplusu) kiçik bir qrupla aparılan tədqiqatın - araşdırmaların yekun nəticələrinə qayıdaq. Məlumat üçün deyək ki, tədqiqatda 112 nəfər baxıcı,münəccim, 71 nəfər din xadimi, 16 ekoloq, 9 bioloq, 14 fizik, 12 kimyaçı... 160 nəfər yaşı 75-90 arası olan şəxslər... iştirak edib. Yəni bu istiqamətdə ardıcıl sorğularımız olub. «İqlimin yer dəyişməsi, ulduzların itməsi» adı altında keçirdiyimiz bu tədqiqat,araşdırmanın birinci mərhələsi 2015-cıı ilədək baş verə biləcək hadisələri əhatə edir. Şübhəsiz ki, 149 səhifəlik (əlavə 57 səhifə) tədqiqatı tam açıqlamaq mümkün deyil. Məqsədimiz Azərbaycanın sabahkı taleyinə, milli maraqlarına, milli təhlükəsizliyinə yardımçı olmaqdır (bu sorğu mexanizminin əsasları da açıqlanmır).
Azərbaycanın şimal, cənub, şərq və qərb istiqamətində baş verən mənəvi-psixoloji aşınmalar, genetik dəyişmələr və yaxud gen kodlarının ölməsi, təbii mühitin eroziyaya uğraması, adət və ənənənin sıradan çıxması, kütləvi savadsızlaşma, bədxassəli xəstəliklərin artması... kimi halların çoxalmasında real və məqsədli səbəblər var. Hər şey təqribən 30 il bundan öncə hazırlanmış strateji proqramlar əsasında baş verir.
Araşdırmalarımıza görə, Azərbaycanın ABŞ-da, Rusiyada, İranda, Türkiyədə, Ermənistanda, Gürcüstanda parçalanma xəritələri hazırlanıb. Düşmən əli və baxışları altında hazırlanan parçalanma xəritələrində Azərbaycanın müstəqil heç nəyi qalmır.
Məsələn,
- ABŞ-da (MN-də çəkilən xəritə): 1948-ci il rəngsiz. Eni 80 sm. Uzunluğu 95 sm. Miqyas verilmir. Müəlliflər: E.Edisson, K.Sant.
- RF-də (MN-də çəkilən xəritə): 1954-ci il rəngsiz. Eni 60 sm. Uzunluğu 80 sm. Miqyas verilmir. Müəlliflər: pr. A.A.Frolov, D.K.İvanov.
- İranda (XİN-də çəkilən xəritə): 1961-ci il rəngsiz. Eni 75 sm. Uzunluğu 65 sm. Miqyas verilmir.
Müəlliflər: Tehran Universitetinin müəllimləri. Pr. E.Həmidi, S.Həmidi, O.Ziyayi.
- Türkiyədə (MN-də çəkilən xəritə): 1998-ci il rəngsiz.
Eni 80 sm. Uzunluğu 90 sm. Miqyas verilmir.
Müəlliflər: pr. Sərdar Əmirtac, Kamal (Tütünçii) Ərzirum.
- Gürcüstanda (Zaqafqaziya Sərhəd Qoşunları Dairəsində çəkilən xəritə): 1968-ci il rəngsiz.
Eni 60 sm. Uzunluğu 85 sm. Miqyas verilmir. Müəlliflər: Polkovnik S.Qavriaşvili, A.Aleksandrov.
- Ermənistanda («Krunk» təşkilatında çəkilən xəritə «Hayastan» cəmiyyəti vasitəsilə
erməni diaspor mərkəzinə paylanılıb): 1975-ci il rəngsiz.
Müəlliflər: pr. X.Arakclyan, N.Gevorkyan.
Başqa bir məlumatda bildirilir ki, Azərbaycanın bölünməsinə və parçalanmasına dair Türkmənistanda və Qazaxıstanda da xəritələr işlənilib. Araşdırmalarımıza görə, bütöv və güclü Azərbaycan əleyhinə 49 xəritə cızılıb, 11 səhifəlik 3 atlas hazırlanıb. Fikrimizcə, ölkəni həm daxildən, həm də xaricdən parçalamaq cəhdində olanlar üçün hələlik strateji-müdafiə konsepsiyası yoxdur (Nəticələrdən biri isə artıq məlumdur: - Dağlıq Qarabağın işğal edilməsi. Məlumata görə, bu gün dünyanın 38 ölkəsində hazırlanan xəritələrdə Dağlıq Qarabağ Ermənistan ərazisinə qatılmış şəkildə təsvir olunur). Bununla yanaşı, adları qeyd olunan ölkələrin hər birinin Azərbaycanın ictimai-siyasi mühitinə, əxlaqına, mənəviyyatına, genefonduna təsir edib, parçalayan, onu dağıdan və şikəst edən... strateji,dağıdıcı proqramı mövcuddur. Tədqiqatın nəticələrinə görə, bu proqram artıq bir neçə istiqamətdə özünü təsdiq edir (əsasən, bu proqramlar da islahat adı ilə həyata keçirilir).
Xarici ölkələrin elmi-tədqiqat mərkəzlərində, strateji araşdırma institutlarında , hərbi sənaye komplekslərində... kəşfiyyatın məxfi laboratoriyalarında hazırlanmış bu məqsədli proqramlar tədris və yaxııd tətbiq olunduqca əvvəllər az müşahidə etdiyimiz mənfi amillərin artımı qeyd edilir. Məsələn,
- Regionlarda doğum hallarının azalması.
- Vərəm və SPİD-in çoxalması.
- Qan xərçənginin və bəd şişlərin artması.
- Savadsızlaşma, elmə və ixtiralara marağın kütləvi şəkildə aşağı enməsi.
- Əxlaqın deformasiyaya uğraması. Adət və ənənənin sıradan çıxması.
- Narkomanlığın artıb genişlənməsi.
- Psixologiyanın ən çox Afrika regionlarının, meşə cəngəlliklərinin psixologiyasına uyğunlaşdırılması (Çünki son illər beynəlxalq institutlar öz tədqiqatlarında Azərbaycanı Konqoya, Mozambikə, Nigeriyaya... daha çox bənzədirlər).
- Bütün bu çərçivələrdə kütlə psixologiyası da öz məzmununu itirir. Kütlə bu gün «yaşıl çəmən, gen dərə» arzusundadır...
Əhalinin sayı sürətlə azalmağa doğru gedəcək. Dəniz heyvanları arasında kütləvi zəhərlənmələr baş verəcək. Səbəbi isə 2025-ci ildə açıqlanacaq. Talış dağlarında indiyədək məlum olmayan yırtıcı heyvan sürülərinin artması müşahidə ediləcək. İti caynaqlı, çox da böyük olmayan bu yırtıcılar əsasən Talış dağlarında baş verən güclü zəlzələdən və isti suların çoxalmasından sonra meydana gələcək. Bütövlükdə Cənub zonası ciddi bir təhlükə ilə üz-üzə qalacaq. 2015-ci ildən əhali üç əsas məsələdən çətinlik çəkəcək: İçməli sudan, taxıldan və artımdan. 2020-ci ildən Cənubda həyat normal qaydasına düşəcək. Bütövlükdə ərazini güclü bilik və savada malik, qurub yaradan şəxslər idarə edəcək (Bütün bunlara astroloji baxımdan yanaşıb, təhlil edə bilərik). Lakin, yaşlı baxıcının, ömründə ayağını də kənara qoymayan münəccimin nəticələri var. Məsələn, o məsləhət görür ki, bütün bu açıqlamalardan qorxub, geri çəkilmək lazım deyil. Sadəcə, dəniz suyu ildə dörd dəfə laboratoriya şəraitində tədqiq edilməlidir. Talış dağlarında elmi mərkəz (?) açılmalı, onun qatlarında gedən proseslər araşdırılmahdır. Dənizdə və dağların ətəklərində şüalanmanın həcmi müntəzəm ölçülməlidir. MN-nin hərbi laboratoriyalarında yerli mühitə,iqlimə uyğun zəhərlənmə əleyhinə vaksinlər hazırlanmahdır. Cənub zonası əraziyə daşınan yardımlardan birdəfəlik imtina etməyi öyrənməlidir. İqtisadi islahat adı ilə keçirilən layihələrdən imtina edilməlidir. Cənub zonasının adamları özlərini əxlaqi, mənəvi-psixoloji aşınmalardan qorumalı, mənəvi cəhətdən təmizləməlidirlər. Övlad-valideyn, insan-torpaq, əxlaq-cəmiyyət münasibətlərinə yenidən baxılmalıdır. Bununla bağlı 2025-ci ilədək Azərbaycan hökuməti Cənub bölgəsinin aparıcı ziyalıları ilə yeni bir quruculuq və yaxud inkişaf-dirçəliş proqramı hazırlamalıdır.
Azərbaycanın Cənub ərazilərində baş vcrən və yaxud məqsədli şəkildə aparılan eksperimentlər həm Kreml və həm də Vaşinqton tərəfdən «Süni peyk»lər vasitəsilə müşahidə edilir (bizim araşdırmalarımıza görə, Cənub sərhədləri boyunca İranın hərbi məqsədlər üçün fəaliyyətdə olan laboratoriyalarının, tədqiqat mərkəzlərinin də xəttini unutmaq lazım deyil).
Cənub zonasında baş verəcəyi ehtimal olunan hadisələrin əvvəlcədən proqnozlaşdırılması... tarixi, qədim bir ənənədir. Deyiləniərlə bu gün zonada baş verənlər arasında bir təmas xətti var. Lənkəran-Astara zonasında 70-ci illərdə tikilən Xanbulançay dəryaçasından sonra, ərazidə suyun buxarlanma həddi xeyli azaldı. Çay plantasiyaları və çəltik əkilmiş sahələrdə kütləvi quraqlıq başlandı. Çay kolları cılızlaşdı... Subtropik meyvələrin dadı, rəngi və ölçüsü dəyişdi... Səbəb bu idi ki, Masallıda Viləşçaya, Lənkəranda Xanbulançaya, Cəlilabadda Mişarçaya, Astarada Astaraçaya, Biləsuvarda Bolqarçaya, Salyanda Kürə... edilən «hücumlar» zonanın və zonaya yaxın olan ərazilərin həm iqliminə, həm də təbii sərvətlərinə ağır zərbələr vurub... Bizim tədqiqatımıza görə, 2015-ci ildən Lerikdə, Yardımlıda olan kiçik dağ çaylarının da: - Alaşaçay, Sərəçay, Konjavuçay, Şaratükçay... daşacaq. O çayların bir qisminin yataqlarında evlər tikilib. Bu çayların daşması nəticəsində 53 kənd su altında qala bilər. Bu yerlər indidən nəzarətə götürülməlidir. Dağların, təpələrin Sürüşməsi, çat verməsi torpağın qrunt sularının yerindən oynamasına gətirib çıxarır...
Cəlilabadda, Biləsuvarda, İmişlidə 90-cı illərdə doğulan uşaqlar 70-ci illərdə doğulan uşaqlardan fiziki və əqli cəhətdən, sifət quruluşu və boy cəhətdən, ayaqların ölçüsü cəhətdən xeyli fərqlənir. Zonada sağlam və comərd uşaqlar 70-ci illərdə daha çox doğulub, onların da - «genimizin gözəl, ölçülüb-biçilmiş dəstəsi»nin də böyük bir qismini (əsas fondunu) müharibə meydanlarına çəkib qırdılar. Xıdır baba iddia edir ki, yetişən nəsil üçün torpaq, vətən, hörmət, chtiram, sədaqət, haram, halal... anlayışları hələ ki, qaranlıqdır.
Nəticə etibarı ilə, Cənub regionlarındakı mövcud mühit, ictimai-siyasi zəmin sağlam gen kodlarını çürüdən başlıca amillərdəndir. Azərbaycanın iqtisadi inkişaf proqramında, demokratik islahatlar toplusunda, qrant,layihələrində... bu faktor yoxdur. Halbuki, olmalı idi. Məsələn, Fransanın, İsveçrənin, Kanadanın iqtisadi inkişaf proqramlarında «Milli qan» anlayışı var. Vaşinqtonda, bu istiqamətdə layihələr işləyən xüsusi mərkəz fəaliyyət göstərir. Bu mərkəz həm də ölkənin hərbi-sənaye kompleksinin tərkib hissəsi hesab olunur. Çünki, «Milli qan» strategiyası ABŞ-ın, Fransanın, İsveçrənin, Kanadanın... bütövlükdə millətin yaşaması üçün ən böyük faktorlardan biridir. Fikirlərimizi bir az da açsaq, görərik ki, Xıdır babanın «halal qan» ... anlayışı ilə, professor Maykl Oksfeldin 87 səhifəlik «Milli qan» strategiyası-proqramı (ABŞ) arasında üst-üstə düşən məqamlar çoxdur. Nəzərə alın ki, professor M.Oksfcldin nəzəriyyəsini dünya qəbul edir, onu öyrənməyə çağırır. Çünki, bu nəzəriyyə Vaşinqtonda «doğulub». Xıdır babanın fikirlərini isə dünya qəbul etmir (Heç özümüz də tam mənada qəbul etmirik),axı, bu ideyalar hansısa kiçik bir əyalət yerində Cəlilabadda «meydana gəlib». Halbuki, bizim cənab Maykldan qat-qat güclü olan Xıdır babamız var. Ona isə qulaq asmaq, öyrənmək iqtidarında deyilik. Çünki, Xıdır babanın «Akademiya»sı qrant paylamır...
Araşdırıcılar iddia edirlər ki, 2015-ci ildə Biləsuvar ərazisində torpaq qatlarının kütləvi şəkildə çürüyüb sıradan çıxması müşahidə ediləcək. Otlaqların sahəsi daralacaq, içməli su ehtiyatı tükənəcək. Biləsuvarda süni şəkildə formalaşdırılan qruplar Imişli rayonundan torpaq iddiasında olacaqlar. Arazboyu kəndlər uğrunda kiçik və böyük qarşıdurmalar yaranacaq. Aparılan tədqiqatın nəticələrində qeyd olunur ki, Azərbaycanın 17 rayonunda bu istiqamətdə iddialar var. Bu iddialarını baş qaldırması isə aparılan bütün islahatların ləngiməsinə, parçalanmaya, regionların gücdən düşməsinə... qanlı toqquşmaya səbəb olacaq. Bizim isə, bu istiqamətdə heç bir əməli nəticələrə söykənən proqramımız yoxdur. Məlumata görə, 2015-ci ildən başlayaraq, Lerikdən İmişliyədək olan 104 sərhəd kəndində bir-birinin ardınca ciddi torpaq sürüşmələri müşahidə olunacaq. Nəticədə, hesablamalara görə, 470 ev tamamilə dağılıb sıradan çıxacaq. Orta hesabla 53 min adam evsiz-eşiksiz qala bilər. Bütün bunları hökumətin nəzərinə çatdırırıq ki, illüziyalardan həqiqətə keçsin.Ancaq, qan qarışığı bizə imkan vermir ki, Xıdır babaları eşidək... Qan qarışığı vətənlə torpaq anlayışları arasında keçilməz bir sədd çəkib. Bu səddi keçmək üçünsə düşünüb-daşınmaq lazımdır. Sadəcə, gələcəkdə ölməmək, heç olmasa tarixdə yaşamaq üçün...

E.Muğanlıскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ