“QIZIL ŞƏFƏQ“(Qolden Dawn) ORDENİ
Tarix: 30-10-2019, 15:34
Google+ Paylaş
Tumblr Paylaş

“QIZIL ŞƏFƏQ“(Qolden Dawn) ORDENİ

30-10-2019, 15:34

Bizim ümumi dünyamızda neçə dünya mövcuddur? Bu dünyada cisimlərin nizamını həqiqətdə kim müəyyənləşdirir? Həqiqətdə «ümumdünya hökmranlığı» mövcudurmu və ora kimlər daxildir? Bu böyük təsirə malik beynəlxalq təşkilatın arxasında hansı şəxslər dayanır? Bu tarix «Qızıl Şəfəq» Ordeni üçün tamamilə məxsusidir.
Hamıya məlumdur ki, bəşəriyyət tarixinin çox vacib epizodlarında cəmiyyətin müxtəlif əsrarəngizliyi hakim rol oynamışdır. Buna misal olaraq Böyük fransız İnqilabını və ya Amerikanın müstəqilliyi uğrunda müharibəni göstərmək olar. Bu möhtəşəm tarixi hadisələr haqqında düzəldilmiş əsatirlər və əfsanələr həqiqətin bəzəyidir. Belə ki, heç kəs dünya tarixinin gedişində onların təsirini sual altında qoymur. Buna masonlar, rozenkreyserləri, «İllyuminatları», «Ku-kluks-klanı», «Qızıl Şəfəqi» («Golden Dawn»), «Tula cəmiyyətini», «Anenerbeni» (almanca, «Ahnenerbe» - «əcdadların irsi») və başqalarını aid etmək olar.
Bu cəmiyyətlərin hamısının xarakterik xüsusiyyətləri əsrarəngizlik və gizlilikdir. Onla-rın çoxunun təlimi siyasət, iqtisadiyyat, ezoterizm və metafizikanm qarışığından ibarətdir. Qeyd etdiyimiz cəmiyyətlərin sirri xülya, nağıl və ya böyüklər üçün oyun deyil - bu mürəkkəb fövqəladə mərasim olub, texniki dəqiqliklə yerinə yetirilir. Onlar əsasən tarixi bilgilər üzərində qurulduğundan, adi, hazırlığı olmayan adamlar üçün az anlaşılandır: bu cəmiyyətlərin üzvlərinin əllərində elə bir açar vardır ki, onlar insanlara və kainata bağlı olan gizli qüvvələri açırlar. Buradan aydın olur ki, bu cür mərasimlər və bilgilər insandan ən adi hərəkət və rəftar üçün deyil, tamam başqa ağıl tərzi tələb edir. Tez-tez insana tamam başqa planda danışıq münasibəti qabiliyyəti və dərrakədən istifadə etmək lazım gəlir. Məhz bu səbəbdən də gizli cəmiyyətlərin bütün mərasimləri və ayinləri ciddi məxfiliklə saxlanılır.
Albert Eynşteynin dediyi kimi, «kim ki, qalan adamların xeyrinə və ya pisinə qərar qəbul etmək hüququnu öz üzərinə götürür, o kriptokratiya tərtib edir».
1921-ci ildə Rene Qenon öz əsərində göstərmişdi ki: «Sufilik: bir yalançı dinin tarixidir» («Le theosophisme, histoire dune pseudo-religion»). Növbəti sualı belə qoyaq: «Bütün bu hərəkatların arxasında həmin təşkilatların rəhbərlərinə belə məlum olmayan, yüksək güclərin əlində sadə alətlər olan qorxunc bir şey durmurmu?». Sirrin pərdəsi açılır...
Bugünkü və gələcək dünyanı yaxşı dərk etmək üçün, həyatdan gizli cəmiyyətin örtüyünü açmaq lazımdır ki, kimin beynəlxalq münaqişələrin həllinə qarışmasından asılı olmayaraq tarixin müəyyən anlarında həlledici rol oynayır. Görək, hadisələr necə inkişaf edir. Keçmiş zamanlardan insanları idarə edən çar və fironlar öz varlıqlarını möcüzələrlə əhatə etmişdilər. Müxtəlif arxeoloji qazıntılar göstərir ki, Yer üzərində bütün xalqlara göndərilmiş bütün çarlar Allahın davamçılarıdır.
Qədim Yunan Olimpiyasının Aleksandr Makedonskinin anasının yuxusuna girmişdi ki, onu ilan udmuşdur. Epirdə Orakııl Dodon bu yuxunun gizlin sirlərini açmışdır: sənin həyata gətirdiyin oğlan Zevsin davamçısı olacaq və sadəcə ölməyəcək. Bu isə o deməkdir ki, sizin qanınız ilahidən insan qanı ilə qarşdırılmışdır.
Əsrin ortalarında özlərini «Yer üzərində Allahın davamçıları» kimi qələmə verən dindarlar öz xalqlarını idarə edir və hətta onların taleyini həll edirdilər.
Bir çox monarxlar yaxın keçmişdə hətta əmin oldular ki, hakimiyyət onlara yuxarıdan verilib. Sadə xalq isə öz krallarını Allah və yarım Allah kimi qəbul edir, qızıla,yumşaq geyimə bələnmiş kimi qəbul edirdilər. Böyük Fransa İnqilabından sonra hakimiyyət mücərrəd ideyalar yaymağa və öz varlığını gizlətməyə başladı! Bir tərəfdən xalqın müqəddəratını həll edənlər indi tabeliyində olanlardan seçilməmək üçün sadə xalqın arasına girirdilər, digər tərəfdən onlar həmişəlik idarəçiliyi özlərində saxlamaq istəyirdilər.
XIX əsrin ortaları və XX əsrin birinci yarısından başlayaraq, hələ bütün ölkələr dəqiq təyin edə bilmirdilər ki, kim onları idarə edir, kim onların taleyini həll edir, onlar kimə məxsusdurlar.
Müasir demokratik cəmiyyət imkan verir ki, hakimiyyətin kimə məxsus olması məlum olsun. Kimsə deyir ki, bütün Amerika böyük sənayeçilərin maraqlarına tabedir, yaxud Böyük Britaniya - Sitidən olan bankirlərin maraqlarına tabedir. Deyirlər ki, Səudiyyə Ərəbistanından gələn maliyyə dünyanın açarı rolunu oynayır, deyirlər ki, Fransanı fransız masonlar, Amerika Ştatlarını - maliyyəçi yəhudilər idarə edirlər.
Həqiqətən də bugünkü hakimiyyəti belə sirlər əhatə edir, praktiki olaraq dəqiqləşdirmək mümkün deyildir ki, «kim kimdir» və «kim qərar qəbul edir».
Demokratik hökümətlərin tam səlahiyyətlilərinin hakimiyyətdən düşmələrinin az şahidi olmamışıq. Bir sözlə, bu siyasətçilərin hamısı kağızdan düzəldilmiş dekorasiyalar arasında saplarla idarə olunan oyuncaqları xatırladır. Lakin həqiqi hakimiyyət həmişə kölgədə gizlənərək gizli və sarsılmaz qalır.
Məsələn, «Qızıl Şəfəq» cəmiyyəti Samuel Mazersin XIX-XX yüzilliklərdəki, daha dəqiqi 1887-ci ildəki fəaliyyətinə əsaslanmışdır. Bu cəmiyyətin (Mazers ordeni) yaradılması fikrinə əsası iyirmi il əvvəl mason yalanları magistrlərindən Robert Uentvort Littl tərəfindən qoyulmuş «ingilis rozenkreyserləri» cəmiyyəti ilham vermişdir. Cəmiyyətin tərkibinə 194 adam, o cümlədən «Pompeyin son günləri» əsərinin müəllifi Bulver-Litton daxil idi. Dahi erudit Littonun heç fikrinə də gəlməzdi ki, onun romanı onilliklərdən sonra Almaniyada bir neçə adamı millətçi təşkilatın müjdəçisi olan mistik cəmiyyətin yaradılmasına təhrik edəcəkdir. Buna baxmayaraq, «Gələcək irq», «Zanoni» (azərbaycanca «Xəyal») və başqa bir sıra əsərlərində Litton ruhi dünyanın reallığına xüsusi əhəmiyyət verərək infernal dünyanın varlığını da qeyd etmişdir. Bulver-Litton əsərlərində inamla göstərmişdir ki, yüksəkbəşəri qabiliyyətli insanlar mövcuddur və məhz onlar insan cildində ən yaxşı nümayəndələrini fövqəladə şəkildə «dəyişirlər».
«Ali Naməlumlar» ideyasına əməli olaraq Qərb və Şərqin qara mistik təlimlərinin hamısında rast gəlmək olar: onlar ya yeraltı sakinlərdir, ya da başqa planetdən gələnlərdir. «Qızıl Şəfəq»ə daxil olan başqa bir yazıçı - Lovkraft da Artur Meyçen kimi əsərlərində onları nəhənglər kimi təsvir etmişdir.
«Qızıl Şəfəqin» yaradıcısı Samuel Mazers özü təsdiq etmişdir ki, o, anası - filosof Anri Berqson və bacısı ilə birlikdə « Ali Naməlumlarla» əlaqədədir,üstəlık, onlarla təmas yaratmışdır.
Mazersin 1896-cı ildə yazdığı «İkinci Ordenin üzvləri» manifestində deyilir: «İkinci Ordenin yaradılması haqqında mənə müdriklik vermiş, mən tərəfdən xatırlanan Gizli Müəllimlər haqqında sizə heç nə deyə bilmərəm. Mənə, hətta onların yerdəki adları da məlum deyil. Mənə ancaq qismət olub ki, bir neçə dəfə onların fiziki bədənlərini görəm. Fiziki olaraq biz onlarla qabaqcadan şərtləşdiyimiz yerdə, qabaqcadan danışdığımız vaxtda görüşürük. Mənim fikrimcə, onlar Yerdə yaşayan insani varlıqlardır. Ancaq müdhiş, nəhəng və yüksəkbəşəri qabiliyyət nümayiş etdirirlər».
Rozenkreyserlərinki kimi hələ geniş təlim almayan «Qızıl Şəfəq» ədəbli magiya ilə, akkultizmlə məşğul olmağı, müxtəlif mason yalanlarında iştirak etməyi qarşısına məqsəd qoyaraq, bununla da gizli bilgilər və qabiliyyətlər əldə etməyə çalışdı. Ordenin ilk liderləri Vudman, Mazers və Binn Ucstkott oldular. Belə ki, onlar «Qızıl Şəfəq»in Rudolf Şteynerin və nasizmin çiçəklənməsinə qədər olan dövrdə cəmiyyətdə güclü nüfuza malik bəzi hərəkatların üzvlərinin antroposof təliminin tərəfdarları ilə sıx əlaqə saxlamasına nail olmuşdular.
Məsələn, ingilis rozenkreyserlərindən biri olan Robert Uentvort Littl nəinki «Qızıl Şəfəq»in yarandığı andan ona təsir göstərmiş, hətta alman rozenkreyserlərilə münasibət yaratmışdır. Onun Berlində «Parlayan loja» və ya «Bril Cəmiyyəti» adlanan gizli cəmiyyət yaratmış doktor Villi Leylə də əlaqəsi olmuşdur. «Loja» Ditrix Ekard, Alfred Rozenberq, Rudolf Hess və Adolf Hitlerlə biıiikdə «Tula Cəmiyyəti»nə daxil olan Karl Hauzhoferlə də əlaqələr yaratmışdı.
Sonralar «Qızıl Şəfəq»ə izi Almaniyada da müşahidə edilən neopaqanizmin ən tanınmış simalarından biri olan Elister Krouli başçılıq etmişdir.
Vudmanın ölümündən və Uckskottun getməsindən sonra «Qızıl Şəfəq»in dahi magistri bir zamanlar Parisdəki cəmiyyəti idarə etmiş və orada da təzəcə öz əmisi qızı ilə - filosof Anri Berqsonun qızı ilə evlənmiş Mazers oldu.
«Qızıl Şəfəq» Hermetik Ordeninə rəhbərlikdə Mazersi, bir müddət keçdikdən sonra ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş, şair Uilyam Batler Yets əvəz etdi. O, Nobel mükafatına «Yets dünyagörüşünü başa düşməyin açarı» adlanan «Qarabasma» əsərinə görə layiq görülmüşdür. Yets özünə «Frere Dcmon est Dcus lnvcrsus» adını götürmüşdi. Cəmiyyətin iclaslarına sədrlik edərkən Yets həmişə şotland kilti geyinər, sifətini qara yarımmaska ilə örtər və qurşağında qızıl xəncər gəzdirərmiş.
Yuxarıda xatırlanan Artur Mcyçen isə özünə «Filus Aquarti» təxəllüsünü götürmüşdü.
«Qızıl Şəfəq» Ordeni üzvlərinin arasında bir qadın da - teatr rejissoru və Bernard Şounun yaxın tanışı - Florens Farr da olmuşdur. Ondan başqa «Qızıl Şəfəq»in tərəfdarları arasında çoxsaylı yazıçılar da olmuşdur: Blekvud, «Drakula»nın müəllifi Brem Stoker, Saks Romer, şotland kral astronomu Pek, məşhur mühəndis Alan Bennet, kral akademiyasının prezidenti ser Cerald Kelli, pangermanizm və islam messianistliyi arasındakı xüsusi əlaqənin mövcudluğu haqqında açıqlamanın müəllifi Con Buçan, Herman Hesse və başqaları.
Hər cəhətdən kamil və ziddiyyətli nəzəriyyələrin birləşdiricisi kimi tanınan məşhur Jan Parvulesko, növbəti kifayət qədər gülməli və qəribə faktı bizə xəbər verir: «Hər hansı bir şübhədən kənar, «Qızıl Şəfəq» Hermetik Ordeni böyük təsirə malik ruhi ittifaq kimi qalmaqalda davam edir, xarici aləmin işlərinə gizli surətdə təsir göstərir. Böyük Britaniyada, bundan başqa Fransada da fəaliyyət göstərən bu ittifaq, xeyli dərəcədə XX əsrin dünya tarixinin bütün gedişatına gözə görünməyən təsir gücünə malikdir.
Doğrudan da, əgər «Qızıl Şəfəq»in imperatoru Samuel Mazers gizli düşüncələrinin dəmir əlilə Parisdən öz cəmiyyətini idarə edirdisə, burada ittifaqın «yuxarı rəhbərliyində» həlledici fiqur kimi - hətta Mazersin özündən də nüfuzlu məxfi alman Anna Sprengel («əsrin ən valehedici ünsürü» adlandırırdılar) idi. Hər şey belə cərəyan edirdi ki, guya Anna Şprengel «sonuncu biliklərin» yeganə daşıyıcısı idi, onun varlığının sirri isə «Ali naməlumlarla» mütəmadi əlaqədə olmasında idi...
Xarici kəşfiyyatın xidməti ilə, «Qalaktikanın» və «planetlərarası» miqyasın dahi müəllimləri ilə, bu dünyanın başa düşülən sərhədlərindən kənarda kainata kimin yerinə gəlməsi yerləşdirilir.
Ümumiyyətlə, gizli dostluğun mistik və ezoterix olmasım bir kənara qoysaq, nəzərə almaq lazımdır ki, müxtəlif zaman vaxtlarının bir-birinə çulğalaşdığı bir dövrdə müxtəlif tarixlər yazılmışdır.
Söhbət «paralel həyatda» baş verən «paralel tarixlərdən» gedir. Aşağıdakı faktı qeyd etmək lazımdır: Böyük Britaniya siyasi səhnədə birinci və ikinci dünya müharibəsində Almaniyanın əsas düşməni idi, ezoterik, metafizik və metapolitik planda bu ölkələr bir-biri ilə sıx bağlı idilər, hansı ki, onların tərəfində olan müşahidəçilər, onun aparıcı tərəfdarı idi.
Dünyanın siyasi arenasında iki geopolitik konsepsiya toqquşur: bir tərəfdən - «Atlantizm» - bunun əsas nümayəndəsi Böyük Britaniya: dənizin və ticarətin padşahı, o birisi tərəfdən isə - «Kontinentalizm» - onun başında keçmiş SSRİ indiki Rusiya durur.
İkinci Dünya müharibəsində Hitler elə dəhşətli bir səhv buraxdı ki, bunu indi də heç kim izah edə bilmir.
Sovet İttifaqı ilə bağladığı hücum etməmək haqqındakı müqaviləni pozduqdan sonra SSRİ ərazisinə alman qoşunlarını yeritdi. Stalin buna inana bilmirdi. Bu qərarı nə ilə izah etmək olardı? Ola bilər ki, biz bu sualın cavabını tapa bilmərik. Ancaq, o da mümkündür ki, Hitler «Qızıl Şəfəq»in təsirinə düşmüşdür. Deyilənə görə, Hitlerin alman rozenkreyserləri, «Tula cəmiyyəti» və «Anenerbe» tərəfdarları ilə sıx əlaqələri var idi. Hərçənd onların görüşlərində fürer bir dəfə də olsun iştirak etməmişdi.
Bütün dünyanın çiynində bu və digər məxfi qərarlar oturub, onlar cəmiyyətin sirlərindən yuxarıda yerləşir və bəşəriyyətin taleyinin həlli üçün aparıcı bir məxfi rol oynayırlar.
Keçmişdə və indi dünyada gözlərdən kənar gizli müharibə gedir. Simasızlıq indi bütün planetin gələcəyini təyin edir. Uzun illər hakimiyyəti öz əllərində saxlamış yarımallahlar bu gün milyonlarla insanların - kimin ölməyini, kimin yaşamağım həll edir.
Aktiv fəaliyyət göstərənlər və ya xəyali məxluqlar, öz aralarında əlaqəli və ya təcrid olunmuşlar, şaxələnmiş və ya şaxələnməmiş, böyük və ya kiçik olan bu sirli cəmiyyətlər çox və ya az şəkildə «başqa dünyanın» - «paralel dünyanın» varlığının, «başqa ölçülərin» mövcudluğunun əyani sübutlarıdır.

Turan Qafqazlar
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ