Elşad Mehdi
[email protected]
_____________________
Yaxın və uzaq tarixin geosiyasi düzəni müsətəvisində beynəlxalq aktorların qlobal geo-siyasi,geo-srateji və geo-iqtisadi maraqları,hər bir zaman toqquşan,kəsişən,ziddiyyətlər yaradan və kontrast dolu siyasi mənzərələrə qapı açan pərdəarxası planları mövcud olmuşdur.U.Çerill hələ zamanında deyirdi ki,tarixi bilməyənlər onu hər zaman təkrarlamağa meyilli olurlar.
Bu üzdən,zaman-zaman tarixdə dəfələrlə geosiyasi,geostrateji və geoiqtisadi bölünməyə məruz qalan dünyanın yenidən bölünməsi gündəmə gəlmiş(gətirilmiş,-E.Mehdi),bu gərgin,mənfi emosional,paradoksal fraza,müəyyən mərhələlərdə regional,qlobal münaqişə və beynəlxalq münasibətlər üçün dağıdıcı,təhlükəli dinamik tendensiv prosesləri özündə ehtiva etdirmişdir.Bu ampulada hegemon maraqlar,pərdəarxası planlarında qlobal dünyanın geo-siyasi,geo-strateji düzəni üzərində lokal və total (alovlandırılan,-E.Mehdi) münaqişələr formalaşdırmaq,eskalasiyalara yol açmaq,seperatizm,terrorizm kimi təmayül və cərəyanları işlək mexanizm vəziyyətinə gətirib, beynəlxalq hüquq və konvensiyalarla təsbit edilmiş müddəaları şkalanın sıfr həddinə salaraq, mövcudluğ ambisiyalarının seqmentinin əhatə dairəsindən belə kənara çıxmağa meyillənmişdir..
Məhz bu gün,hazırki real,köhnə,yeni dünyanın tərs-perpendikulyar müstəvisində cərayan edən mövcud kritik və risklərlə dolu proseslər,beynəlxalq münasibətlər arxitekturasının rəng palitrasında boz, bulanıq ştrix və detallarla müşahidə olunmaqdadır.
Fevralın 28-də Yaxın Şərq arealınının kor bucaq nöqtəsində ABŞ+İsrail-İran münaqişəsi,-növbəti kinetik eskalasiyaya yol açmaqla,dünyanın geo-siyasi və geo-strategi düzəninə kontrast dolu rəng qata bildi.
Tehranın növbəti dəfə qlobal siyasi,hərbi arenada daha çox təcrid olunmuş vəziyyətə düşməsi,ardınca da Ali Lideri Əli Xameneinin fiziki aradan götürülməsi,ABŞ-İsrailin davamlı bombardmanları,İranı böyük hərbi təzyiq altına saldı.
Bu üzdən tərəflərin qarşılğlı və dağıdıcı aqressiv davranışları hadisələrin ədədi deyil,həndəsi artan xətt boyunca mənfi inkişaf dinamikası üçün asimmetrik kor bucaq nöqtəsini formalaşdırdı, məzmun səciyyəsi almasına stimul verdi.
Bu tendensiya,Şərq-Qarb paralellərinin tərs-perpendikulyar müstəvisində Yaxın Şərq coğrafiyasını yeni esklasiyalar üçün hədəf seçməyə məruz qoydu.Tehranın bu təzyiqlərin qarşılğı olaraq,ABŞ-İsrail cütlüyünə cavab tədbirləri kimi hərbi doktrinanın arealını Yaxın Şərq seqmentindən kənara çıxarmağa sanki fürsət qazanması,münaqişəyə ehtiyatlı və təmkin nümayiş etdirməyə dayanan aktorları cəlb etmə taktikası kimi də qiymətləndirilir.
Məhz,İranın ABŞ-ın Körfəz ölkələrində yerləşən hərbi bazalarına,hətta,Kipr,Türkiyə,Azərbaycanı da raket və dronlarla belə hədəf alması,Tehranın təhlükəli və ən sərt,regionu uzun müddətli alovlar içində çabalaması üçün seçdiyi taktika kimi də diqqətçəkənliyi ilə yadda qalandır.
Əlbəttə,İran tərəfinin bu tip eskalasiya niyyəti,nəinki regional təhlükəsizliyə təhlükə yaradır,həmçinin qlobal enerji bazarlarında ciddi pozuntulara gətirib çıxarması ilə müşahidə olunan tendensiyalardandır.
Artıq günlərdir tərəflərin çəkinmədiyi dağıdıcı kinetik güc nümayişi nəticəsində,qlobal energi bazarının əsas beşdə birinin tədarük olunduğu Hörmüz boğazı hələ də münaqişə ucbatından riskli və kritik sahə olaraq qalmaqdadır.
Beləki,Körfəz sularında naviqasiya nizamının pozulduğu,neft infrastrukturunun hədəfə alınması,qlobal enerji bazarında qiymətlərin kəskin artmasına,qlobal iqtisadi düzənin,- tərəflərin bir-birinə qarşı risklərlə dolu kinetik eskalasiya vasitlərinin yaratdığı təhlüklərə qarşı həssaslığını üzə çıxarır.Qeyd etmək lazımdır ki,hazırki proseslər bu konteksdə cərəyan etsə də,İranın strateji tərəfdaşları Rusiya və Çin,-yaranmış böhrana daha kövrək və ehtiyatlı reaksiya verməkdədir.
Hələki Moskva- Pekin hərbi yardım göstərməkdən daha çox,ABŞ + İsrailin hərbi təzyiqini diplomatik olaraq tənqid etməklə kifayətlənirlər.
Adıgedən rəsmi tərəflərin proseslərə bu tip diplomatik yanşama taktikası,Tehranla tərəfdaşlığın pozulmasına gətirib çıxarması kimi yox,tərəflərin praqmatik və rasinonal təmkin nümayiş etdirmələri kimi qiymətləndirilir.
Çünki,Rusiya və Çin üçün münaqişəyə qoşulmaq və proseslərə qaynar fazada bir başa müdaxilə etmək,ABŞ ilə qarşıdurma riskini artırar,üstəlik, Körfəz ölkələri ilə porensial münasibətləri qeyri-sabit müstəviyə çıxara bilər.
Bu tip strateji paradoks,əlbəttə ki,qlobal geosiyasi və geoiqtisadi maraqları üzərində doktrinal planlar sərgiləyən hər hansı beynəlxalq aktorun strateji planları ilə üst-üstə düşməyən qeyri-rasional, asimmetrik düşüncənin məhsulu kimi başa düşüləndir.
Nəzərə almalıyıq ki,bu gün Putin Rusiyası üçün prioritet məsələ Ukraynada davam edən müharibədir.
Bunu da nəzərə almaq lazımdır ki,Kremlin Qərblə Şərq Cəbhəsi doktrinasında hərbi və diplomatik imkanları olduqca məhdud xarakter daşıyır.
Bu mənfi tendensiv amil,Moskvanı Vaşinqtonla yeni qarşıdurma üçün strateji və risklə dolu kök altına darta bilər.Çinin mövqeyi də hazırki cərəyan edən proseslər üçün ehtiyatlı davaranmaq üçün təmkin tələb edir.
Çünki,hazırda dünyanın ən böyük enerji idxalçısı və əsas ticarət gücü olan Pekin,həm İran,həm də Körfəzdəki rəqibləri ilə geniş iqtisadi əlaqələr saxlayır.
Bu üzdən Çinin münaqişəyə birbaşa müdaxiləsi, münasibətləri təhlükə altına qoyar və onun həyati əhəmiyyətli enerji təchizatına çıxışını təhdid etməyə əndişələnər.Hazırki böhran İranın geosiyasi tərəfdaşlığının mərkəzində olan bir paradoksu da üzə çıxarır.
Beləki,Rusiya və Çin daha çox Tehranla sıx strateji əlaqələr qurmaq,bu münasibətlərin davamlığı üçün iri sərmayələr qoymağa maraqlıdırlar.
Bunun ardınca da,Moskva-Pekin İranın arxasından geosiyasi və geostrateji təzyiq vasitəsi kimi Tehranı daha geniş anti-qərb koalisiyasının sütunu kimi də təqdim edirlər.Lakin,İran və onun hazırki rejimi onilliklər boyu bu vizonda ən ciddi hərbi çətinliklərə məruz qalarsa,Rusiya və Çin Tehran vasitəsi ilə anti-qərb doktrinasını davam etdirmək planlarını bir daha korrektə və redaktə etmək məcburiyyətində qalmalı olacaqlar.
Çünki,Moskva və Pekin strateji partnyor olaraq, İrana raketlər,hava hücumundan müdafiə sistemləri və digər hərbi texnologiyaların tədarükündə kömək etsələr də,bu tip texnoloji hərbi yardım birbaşa müdaxiləni özündə ehtiva etmir.Bu strateji jest,Rusiya və Çinin sadəcə tərəfdaşlığın asimmetrik təbiətini məzmun səciyyəsi kimi yox, formal olaraq əks etdirən detallarındandır.
Bu gün İran,-ABŞ-ın Yaxın Şərq seqmentində geo-siyasi və geo-strateji təsir arealına meydan oxumaqla,tərəfdaşlarına sanki özünün doktrinal dəyərini təmin edir.
Lakin,Tehranın ABŞ-ın Yaxın Şərq maraqlarını zədələyəcək dirənişi və hətta hücum doktrinası,həm Rusiyanın,həmçinin Çinin milli maraqları üçünVaşinqtonla hərbi qarşıdurmaya haqq qazandıracaq qədər inandırıcı görünmür.
Bu üzdən,hadisələrin dəyişən inkişaf mərhələsində belə Çinin təmkinli yanaşma strategiyası, onun daha geniş xarici siyasət doktrinasını özündə təcəssüm etdirir.
ABŞ-dan fərqli olaraq,strateji tərəfdaşları ilə münasibətləri təhlükəsizlik öhdəlikləri üzərində quran Pekin,daha çox ticarət, investisiya və silah əməkdaşlığına əsaslanan siyasəti inkişaf etdirir və bu strateji yanaşmaya üstünlük verir.Çinin bu strateji,doktrinal,modeli,Pekinə əsas təhlükəsizlik narahatlıqlarından uzaq,münaqişələrə cəlb olunmanın təsirini qoruyub saxlamağa imkanlar açır.
Çünki,hazırda Pekin üçün bu narahatlıqlar Şərqi Asiyada,xüsusilə Tayvan və Cənubi Çin dənizi ətrafında cəmləşdiyindən,Çin tərəfi daha uzaq sahillərdə onun strateji maraqlarını zədələyəcək və risk altına salacaq növbəti problemi yaşamaq istəmir.
Bu baxımdan Çin,hazırki münaqişənin ona qazandıracağı strateji üstünlükdən daha çox,ABŞ-ınYaxın Şərqə resurs və diqqəti ayırmasını, ardınca,Vaşinqtonun hərbi əməliyyatlarını,həmçinin imkanlarını real vaxt rejimində müşahidə etmək imkanını əldə etməklə,gələcəkdə Cənubi Çin dənizi, həmçinin Tayvanla yaranacaq böhran zamanı milli təhlükəsizliyinin qayğısına qalmağın strateji tərəflərini düşünür.
Bu münaqişənin qabarıq,sərt döngələrində katastrof təhlükələrlə müşahidə olunan gerçəkliyində,Çinin əsas zəif nöqtəsi Körfəz enerjisindən asılılğ əmsalıdır.
Neft idxalının təxminən 45%-i Hörmüz boğazından keçirən Çin tərəfi,gözlənilən eskalasiyanın kinetik təhlükəlrini az risklərlə qarşılmaq üçün strateji ehtiyatlar yaratmaqla,həmçinin artıq saxlanılan və ya tranzitdə olan böyük həcmdə İran xam neftini toplamaqla bu riski qismən azaltmağa nail olmuşdur.Kreml də qırmızı divarları arxasında bu münaqişənin potensial iqtisadi fayda gətirən planlarını steril etməyə vaxt qazana bilmişdir.
Beləki,Ukraynada davam edən münaqişə fonunda neft qiymətlərinin artması,Moskvanın enerji gəlirlərini artırmağa və müharibə rus iqtisadiyyatı üçün əlavə resurslar qazanmğa fürsət verir.Ancaq Kreml strateqləri,proseslərin fonunda uzunmüddətli strateji yanaşmanın İran rejiminin ayqda qalması planları ilə məzmun səciyyəsi almaqda elə də israrlı görünmür.
Çünki,Kreml tarixin bütün zamanlarında strateji müttəfiq olduğu rejimlərə sadiq qalmaqdan,daha çox həmin coğrafiyalarda təsir dairəsini qorumağı üstünlük vermişdir.Bu tip praqmatik yanaşma Suriyada özünü qabarıq forma və məzmunda göstərdi; Moskvanın Bəşər Əsədin devrilməsindən dərhal sonra Əhməd əl-Şaranın rəhbərliyi altında yeni rəhbərliklə tez bir zamanda əlaqələr qurması,Yaxın Şərqdə strateji mövqeyini qoruyub saxlaması yadda qalan incə detallardandır.
Həmçinin,İran ətrafında cərəyan edən hadisələrin fonunda da Kreml üçün fərq etmir,-Tehranda rejim dəyikliyi baş tutarsa və hansı qüvvələrin kimin hakimiyyətə gəlməsi(gətirilməsi,-Elşad Mehdi)reallaşarsa,əsas məqsəd Moskavının mövcud təsir dairəsini qoruması gündəlikdə duran planlardandır.Bir də bunu qeyd etmək yerinə düşəndir ki,hazırkı mövcud davam böhran,tez-tez anti-qərb ox kimi təqdim edilən yeni geosiyasi blokun arxitekturası kimi də qiymətləndirilir.
İran, Rusiya və Çin ABŞ-ın təsirinə qarşı çıxmaqda maraqlı olsalar da,birbaşa hərbi qarşıdurma mümkün olduqda onların strateji prioritetləri kəskin şəkildə fərqlənir.İran hazırda güclü rəqiblər koalisiyası ilə əsasən təkbaşına,baş-başa qalmışdır.
Moskva və Pekin isə ritorik ampuladaTehrana dəstəklərini qoruyub saxlasalar da,lakin,doktrinal hərəkətlilik qabiliyyətləri Vaşinqtonla münasibətlərin gərginləşməsi fonunda risk faizini sıfır təzyiqdə formalaşdırır.Bu tip tendensiv amil,mənfi dinamik dizayn, müasir dünyada bir çox geosiyasi tərəfdaşların böhran zamanı daha çox eskalasiyadan qaçma,srtateji özünü qoruma doktrinasının məzmun səciyyəsini aşıq göstərəndir.
Bəzən strateji həmrəylik,xüsuilə müdaxilənin xərcləri faydasından çox olduqda, mütləq hərbi tərəfdaşlığ imici yaratmır. Bu gün doğurdan da,İran ətrafındakı yaranmış böhran və onun gətirdiyi acılğların nəticəsi,son dərəcə həssas bir anda artan təcrid vəziyyətidir.
Amma,bu böhran fonunda Rusiya və Çin üçün müharibə,birbaşa müdaxilə,təhlükələrindən qaçmaqla yanaşı,gələcək dünya düzənində geosiyasi mövqelərini gücləndirmək,strateji,doktrinal planlarında yeni imkanlara fürsət verəndir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi