"Polad Qübbə" artıq Kiprdə: HİSAR-O və KORKUT bir arada
Tarix: 28-01-2026, 14:04
Google+ Paylaş
Tumblr Paylaş

"Polad Qübbə" artıq Kiprdə: HİSAR-O və KORKUT bir arada

28-01-2026, 14:04

BAKI, Forpost.az Milli Tədqiqatlar Mərkəzi
Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) hərbi gücünü artırması Kipr yunan Administrasiyasında (CKRA) ciddi təşvişə səbəb olub. Yunan mediası Türkiyənin adaya "HİSAR-O 100" hava hücumundan müdafiə sistemləri yerləşdirdiyini iddia edərək, bunun bölgədəki hərbi balansı tamamilə Ankara və Lefkoşanın xeyrinə dəyişdiyini bəyan edib.

"Polad Qübbə" artıq Kiprdə: HİSAR-O və KORKUT bir arada

Yunan hərbi eksperti, professor Dr. Yiannos Charalambides Türkiyənin adada qurmağa başladığı müdafiə şəbəkəsini analiz edərək etiraf edib ki, Türkiyənin "Polad Qübbə" layihəsinin hissələri artıq Şimali Kiprdədir. O qeyd edib ki, Türkiyə bölgəyə əvvəlcə "KORKUT", indi isə "HİSAR-O 100" orta hündürlükdə hava hücumundan müdafiə sistemlərini yerləşdirib.

"Yeni aldığımız helikopterlər istifadəsiz qaldı"

Rum professorun ən diqqətçəkən etirafı isə yunan tərəfinin yeni aldığı hərbi texnikanın Türkiyənin bu həmləsi ilə sıradan çıxması barədə olub:

"Girnədə qurulan sistem, Cənubi Kiprin yeni aldığı H145M helikopterlərini tamamilə istifadəsiz və təsirsiz hala gətirdi. Çünki bu helikopterlər maksimum 7 km mənzilli raketlər və 16 km mənzilli 'Spike ER2' raketləri daşıya bilir. Halbuki, Türkiyənin yerləşdirdiyi HİSAR-O sistemi 15, 25 və 40 km mənzilli raketlərlə bu hədəfləri havada məhv etmək gücünə malikdir. Üstəlik, bu sistemlər KORKUT və ŞAHİN sistemləri tərəfindən mükəmməl şəkildə qorunur."-deyə o bildirib.

Türkiyənin ŞKTC-də yerləşdirdiyi "Müdafiə Səddi":

Yunan ekspert Türkiyə Silahlı Qüvvələrinin (TSK) adada qurduğu sistemlərin siyahısını belə təqdim edib:

“Radarlar: TRS-22XX (500 km mənzil), STR 700-G (250 km mənzil), KALKAN-II (120 km mənzil) və STR 400-G (25 km mənzil).
Hücum və Müdafiə: HİSAR-O orta mənzilli sistem (40 km), KORKUT yaxın müdafiə sistemi (4 km).
Elektron Müharibə: VURAL REDET (Radar elektron dəstək və hücum sistemi) və PUHU 3-LT sistemləri”

"Türk ordusunun texnoloji üstünlüyü qarşısında acizik"

"Simerini" qəzeti və Charalambides vurğulayıblar ki, Türk Silahlı Qüvvələrinin texnoloji üstünlüyü və havadakı mütləq hakimiyyəti yunan tərəfi üçün ciddi operativ problemlər yaradır. Yunan rəsmiləri İsraildən gizlicə "Barak MX" sistemləri alaraq Limasol limanı vasitəsilə daxili bölgələrə yerləşdirsələr də, Türkiyənin "Kipr qalxanı" qarşısında bu həmlələrin yetərsiz olduğu vurğulanır.

Qəzetin iddiasına görə, Türkiyənin bu addımları bölgədəki strateji balansı tamamilə dəyişdirib və Cənubi Kiprin hərbi planlamalarını çıxılmaz vəziyyətə salıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ