Elşad M.Turan
[email protected]
_______________________________
Mərakeş sabit,stabil dayanıqlı iqtisadiyyat, innovasiyalar üçün transformasiyasının əhatə dairəsini genişləndirmək və sürətini artırmaqdadır.Bu tedensiv amil,ölkənin regional və qlobal müstəvidə artan nüfuzu,tərəfdaşlıq dinamikası üçün olduqca diqqətçəkən faktorlardandır.
Beləki,2020-ci ildən başlayaraq Krallıq,ölkəyə yaşıl enerji istehsalı üçün təxminən 40 milyard dollar sərmayə cəlb etməklə,dünyanın ən yaxşı alıcıları sırasında aparıcı yerlərə sahib olmağı bacarmışdır.
2012-ci ildən bu günə kimi Mərakeşin avtomobil firmaları bu sahəyə 8 milyard dollardan artıq sərmayə yatırmaqla,dünyanın aparıcı ölkələrinin avtomobil kompanyalarını geridə qoymağa müvəffəq ola biliblər.
Bu rəqəm,xarici sərmayədarların ümumi investisiyasının 4/1-ini təşkil edir.Maraqlı və diqqətçəkən detal və arqumentdir.
2024-cü ildə Mərakeş,dünyada ən nəhəng avtomoil ixracatı və sənayesi üzrə inkişaf etmiş Çin və Yaponiyanı geridə qoyaraq ,Avropanın ən böyük avtomobil və hissələrinin tədarükçüsünə çevrilmişdir.
Bu yüksək iqtisadi performans,istehsalda güc nümayişi,sənayedə daha da möhkəmlənmək,öz yerini qoruma qabiliyyətinin tempini artırmağın qayğısına qalmaq deməkdir.
Bu tip sürətli və dinamik inkişaf tendensiyası,regionda liderlik statusunun qazanılması rasionallığı,əlbəttə,Mərakeşin sənaye ölkəsi kimi qabaqcıl və modern infrastruktura malik olması ilə bağlıdır.
Bu təməl prinsipi,Əlahəzrət Kral VI Məhəmmədin Milli Strategiyasının uzaq hədəflərə hesablanmış konseptual və fundamental sağlam düşəncəsinin məhsulu kimi,Qlobal İqtisadi Nizamın formalaşması və məzmun səciyyəsi alması üçün ən doğru, doktrinal,inkaredilməz arqumenti kimi də ağlabatandır.
Əlahəzrət Kral VI Məhəmmədin birbaşa rəhbərliyi ilə hazırlanıb inşa edilən Tanger Med liman kompleksi,nəinki ölkənin Kral Atlantik Vizyonunu(RAİ) özündə əks etdirən ən modern və innovativ layihə,həmçinin qlobal müstəvidə təqdirə layiq hadisədir.
Bu layihə,dünyanın ən yaxşı beşliyi arasında yer alan nəhəng komleks kimi özünün möhtəşəmliyi və mükəmməliyi ilə paralel,həm də Avropa,Afrika və daha geniş Atlantik coğrafyası arasında əsas əlaqələndirici,ən unikal və iqtisadi cəhətdən olduqca əlverişli,geosiyasi və geostrateji əhəmiyyətə malik tikilidir.
Üstəlik,Tanger Med-i tamamlayan Kasablanka Liman Kompleksi də həmçinin,şəhərin iqtisadi və turizm mərkəzi rolunu gücləndirmək,hərəkət qabiliyyətini artırmaq istiqamətində düşünülmüş möhtəşəm layihə kimi, Krallığın Daxili Vizyonuna Estetik və Gözəllik qatır .
Əslində,Mərakeşin Milli Strategiyasının tərkib hissəsi olan bu nəhəng,modern və innovativ komplekslərin inşası,Kasablankadakı liman və onun ətrafını kontinental logistika və maliyyənin sınır mərkəzinə çevirmək məqsədi daşıyır.
Bu üzdən,nəqliyyatın modernləşdirilməsi məsələsi də,analoji transformasiya məntiqinin davamı kimi yadda qalır.
Bu yaxınlarda Kasablankanın Hay Hassani rayonunda Əlahəzrət Kral VI Məhəmmədin,ölkənin dəmir yolu şəbəkəsini təkmilləşdirmək məqsədi ilə 96 milyard MAD (9,2 milyard dollar) dəyərində milli strategiyanın bir hissəsi olan 20 milyard MAD (1,9 milyard dollar) dəyərində qabaqcıl dəmir yolu layihələri paketini elan etmişdir;bu strateji layihə,Mərkeşin bundan sonra da regionda liderlik statusunu qoruyub saxlayacağına,beynəlxalq aktorlarla əməkdaşlıqda sabit,stabil tərəfdaş olmağın doğruluğununun göstəricisidir.
Həmçinin,ölkənin indiki və gələcək milli maraqlarının daimiliyi və təhlükəsizliyinin qaranatı,qorunması,daha da möhkəmləndirilməsi istiqamətində ağıllı,düşünülmüş diqqətçəkən plan kimi yadda qalandır.
Əlahəztət Kral VI Məhəmmədin bu Strateji Planı, Kenitra,Rabat,Kasablanka və Marrakech arasında yüksək sürətli xətləri genişləndirən və qabaqcıl dəmir yolu istehsalı üçün sənaye bazası qurmağa da fürsət verən detallardandır.
Axırıncı liman layihələri üçün qoyulan sərmayələr də,Mərakeşin bundan sonrakı regional əlaqələrdə inkişaf dinamikasının düz və iti baxış bucağını özündə ehtiva edir.
Rəsmi Rabatın Əlahəztət Kral VI Məhəmmədin Strateji, Doktrinal Planları ilə həyata keçirdiyi bu möhtəşəm, real və düzgün uzaq hədəflərə düşünülmüş layihələr,dünyanın bir sıra dəniz sularında loqistik işlər həyata keçirən şirkərlərin maraq dairəsinə düşüməkdədir.
Beləki,mərkəzi ofisi BƏƏ-nin Dubay şəhətində yerləşən DP World şirkəti, artıq Mərakeş limanlarını London və Antverpen ilə birləşdirən yeni “Atlas” dəniz xidmətinə başlayıb .
Bununla paralel,Rabatın Kral Atlantik Vizyonu (RAI),həmçinin Sahel dövlətlərinə Mərakeş limanları vasitəsilə qlobal ticarət yollarına çıxış təklif edir.Bu inteqrasiyanı təhlükəsizlik və insan alverinin qarşısını almaq səyləri ilə əlaqələndirir.
Təklif olunan əməkdaşlıq,gələcəkdə Mərakeşin iqtisadi yüksəlişini Qərbi Afrika seqmentində daha da inkişaf etdirmək,monolitliyini qlobal müstəvidə təmin etmək baxımından da olduqca əlverişlidir.
Həmçnin,regionda Mərakeşin modernləşmə təşəbbüsü təkcə fiziki inteqrasiya ilə deyil,həm də süni intellekt və alqoritmlərin sürətli tətbiqi,rəqəmsal sahədə ölkəni Afrika regionunun öndə gedənlərindən birinə çevirməyi bacarmasıdır.
2023-cü ilin sentyabrında Əlahəzrət Kral VI Məhəmməd,ölkədə innovasiyalar vasitəsilə sosial-iqtisadi inkişafı sürətləndirmək üçün“ Rəqəmsal Mərakeş 2030 ” strategiyası planını irəli sürdü.
Bir il sonra, BMT-nin 8-ci Baş Assambleyasında Rabat,BMT İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində Davamlı İnkişaf üçün Rəqəmsal Mərakeş (D4SD) təşəbbüsünü təqdim etdi.
Beləki,bu Proqram idarəetmə və məlumat idarəetməsini modernləşdirərkən Mərakeşi Afrika və Ərəb dünyası arasında rəqəmsal mərkəzə çevirməyə çalışır.
Bunun ardınca,Mərakeşin 2024-cü il üçün BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində dünya üzrə 90-cı və Afrikada 4-cü yeri tutması,rəqəmsal idarəçilik istiqamətində ölkənin real irəliləyişini özündə ehtiva edir.
Bütün bu strateji milli proqrm və layihələrin fonunda,Mərakeş həmçinin turizm ölkəsi kimi də inkişaf etməkdədir.
Qeyd etmək lazmdır,təkcə 2025-ci ilin ilk səkkiz ayında Krallığı 13 milyondan çox turist ziyarət edib.
Bu dinamika,Mərakeşin həm təyinat,həm də giriş qapısı kimi imicini möhkəmliyindən xəbər verir.
Bu da olduqca maraqlı strateji detallardandır ki, Fraser İnstitutunun 2024-cü il üzrə mədənçıxarma hesabatı,Mərakeşi ənənəvi Afrika mərkəzlərindən daha irəlidə yerləşdirmişdir.
Bu tip diqqətçəkən məqam,xarici investorların bu ölkəyə qarşı inamının müsbət göstəricisi kimi yadda qalır.
Bu gün Mərakeş Avropanın qabaqcıl ölkləri üçün inkişaf edən geosiyasi və iqtisadi tərəfdaşdır.
Avropadan və Çindən kapital axını,Mərakeşlə uzunmüddətli və geinş ticarət əlaqələri,onu ən böyük tərəfdaş kimi tanıdır.
Çin firmaları elektrikli avtomobillərə və akkumulyatorlara ən azı 10 milyard dollar sərmayə qoyublar ki ,bu da son iki ildə qlobal “Kəmər və Yol” xərclərinin təxminən 5%-ni təşkil edir.
Təkcə Çinli akkumulyator istehsalçısı Gotion Kenitrada yeni fabrikə 6 milyard dollardan çox investisya yatırıb.Bu diversifikasiya Mərakeşin sənaye bazasını gücləndir və onu Atlantik Vizyonuna uyğunlaşdırır.
Ardınca,ABŞ Mərakeşin strateji oriyentasiyasının mərkəzi sütunu olaraq qalmaqdadır.
Krallığın Vaşinqtonla tərəfdaşlığı uzunmüddətli və çoxşaxəlidir: Mərakeş NATO ilə hərbi təlimlərdə iştirak edir, terrorla mübarizədə ABŞ ilə sıx əməkdaşlıq edir və Amerikanın F-35 gizli döyüş təyyarələrinin alınmasında maraqlı olduğunu bildirir.
Bu strateji amillər,Rabatın iqtisadi əlaqələrini şaxələndirsə də,Qərblə təhlükəsizlik əlaqələrini də davam etdirmək maraqını özündə büruzə verir.
Bu üzdən,Mərakeş Aİ,ABŞ və Çinlə davamlı transatlantik öhdəliklərinin ekvivalenti olaraq, bütün tərəflərlə strateji tərəfdaşlıqı balans şəklində qoruyub saxlamağa çox önəm verir.
Mərakeşin modernləşdirilməsi,yüksək iqtisadi və innovativ inkişaf strayegiyası əlbəttə,Əlahəzrət Kral VI Məhəmmədin doktrinal sağlam düşüncəsi ilə baş tutmuşdur.
Bu üzdən,Kral Atlantika Vizyonu və Kral VI Məhəmməd tərəfindən ardıcıl infrastruktur açılışları milli yeniləşmənin mərkəzi kimi diqqət çəkir.
Strateji baxış və İdarəçilik Planlarının bu tip mərkəzləşdirilməsi şəkli, şübhəsiz ki, bundan sonra ardıcıllıq və davamlılığın qarantı kimi daim aktuallığını saxlayır.
Bu temp və inkişaf dinamikası,qlobal müstəvidə Mərakeşin tərəqqisi,onu Bey bəlxalq Aktorlar üçün getdikcə əvəzolunmaz tərəfdaşa çevirir.
Krallığın limanları və istehsal zonaları artıq Avropa tədarük zəncirlərinin,xüsusən də avtomobil,tekstil və bərpa olunan texnologiyaların ayrılmaz hissəsi kimi vacib strukturlardan hesab edilir.
Bu amil,Afrika coğrafiyasında Mərakeşin daxili trayektoriyası, onun regional liderlik statusunu qoruyub saxlamağa fürsət verən mühüm detal kimi yüksək qiymətləndirilir.
Beləki,Mərakeş Atlantik Təşəbbüsü və Nigeriya-Mərakeş Qaz Boru Kəməri kimi layihələr,rəsmi Rabatın eyni vaxtda irimiqyaslı investisiya və regional diplomatiyanı davam etdirmək qabiliyyətininin mövculuğunu bir daha gündəmə gətirir.
Krallıq müasir infrastruktur və artan xarici investisiyalarla dəstəklənən qlobal bazarlara bundan sonra da daha çox inteqrasiya olunmağa maraqlıdır.
Bu aspektdən də,sözügedən tendensiyaları nəzərə alaraq,Mərakeş bundan sonrakı ikişaf mərhələlərində qlobal inteqrasiyanı geniş və əsaslı idarəçilyə çevirmək üçün inklüziv strateji planlarını daha da artırmağın qayğısına qalmalıdır.
Əlbəttə,bu tip regional və qlobal məsələlərin həlli üçün Mərakeşin olduqca strateji və iqtisadi imkanları mövcuddur.
[u]Üstəlik,Əlahəztət Kral VI Məhhəmmədin Strateji Sağlam Baxışları,Mərakeşin Gələcək Milli Maraqlarına Hesablabmış Sosial,İqtisadi,Siyasi Planları,Beynəlxalq Sistemdə Qlobal Aktorlarla Düz-Perpedikulyar,Rasional,Paradiqmatik Müstəvidə Qurmuş Olduğu Münasibətlər Bunu Deməyə Bir Daha Fürsət Verir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi