Elşad M.Turan
[email protected]
_______________________________________
Yaxın və uzaq tarixin geosiyasi düzəni müsətəvisində qlobal aktorların iri maraqları müqabilində hər bir zaman toqquşan,kəsişən,ziddiyyətlər yaradan və kontrast dolu siyasi mənzərələrə qapı açan pərdəarxası planları mövcud olmuşdur.
U.Çerill hələ zamanında deyirdi ki,tarixi bilməyənlər onu hər zaman təkrarlamağa meyilli olurlar.
Bu üzdən,zaman-zaman tarixdə dəfələrlə geosiyasi,geostrateji və geoiqtisadi bölünməyə məruz qalan dünyanın yenidən bölünməsi gündəmə gəlmiş(gətirilmiş,-E.M.Turan),bu gərgin,emosional,paradoksal fraza,müəyyən mərhələlərdə regional, qlobal münaqişə və münasibətlər üçün mənfi dinamik tendensiv prosesləri özündə ehtiva etdirmişdir.
Dünyanın müxtəlif coğrafiyalarında lokal və total alovlanan(alovlandırılan,-E.M.Turan) bu tip münaqişə və ərazi iddiaları,seperatizm,hətta, terrorizmlə müşayət olunan hadisələr,beynəlxalq hüquq və diplomatiya,konvensiyalarla qəbul edilmiş müddəaları belə aşıb keçmiş,seqmentlərinin əhatəsi xaricində illərlə özünün beynəlxalq qanunlardan kənar mövcudluğunu qoruyub saxlamışdır.
1975-ci ildə İspaniya Qərbi Sahara torpaqları üzərindən “müstəmləkə əli“ni çəkdikdən və elə həmin ilin 7 -noyabrında Mərakeş Kralının bu torpaqlara Yaşıl Yürüşündən sonra,Əlcəzair tərəfindən Qərbi Sahara mübahisəsi(münaqişəsi) alovlanmağa vüsət götürmüş olur.
Beləki,Mərakeş Qərbi Saharanın 3/2-nə nəzarəti həyata keçirsə də,lakin,həmin ərəfələrdə Əlcəzairin məsələyə müdaxiləsi və dolayısı ilə hər cür dəstək verdiyi,bölgədə özünü Səhravi Ərəb Demokratik Respublikası elan edən tərəfin əsassız iddiaları ilə növbəti 50 il üçün davam edəcək münaqişənin yaranmasına gətirib çıxardır.
Əlli ildən artıq davam edən bu mübahisə,bölgədə sülh və əmin-amanlığın,regional sabitliyin,qarşılğlı əməkdaşlığın,dövlətlərarası münasibətlərin müsbət dinamik ikişafına mane olur.
Əvəzində,seperatizm və terrorizmin daha da vüsət almasına,xalqların mehriban qonşuluq və birgə yaşayış şəraitində yaşamaq prinsiplərinin pozulması ilə müşahidə edilir.
Lakin,bütün bu ədalətsiz,əsassız və yersiz ,heç bir beynəlxalq qanun və kovensiyaların müddəaları ilə üst-üstə düşməyən mübahisəyə baxmayaraq,Mərakeş və onun xalqı,Əlahgəzrət Kral VI Məhəmməd,bu gün də beynəlxalq aləmdə ölkənin Qərbi Sahara üzərində tam suveren və müstəqillik hüququnun bərpası uğrunda mübarizə aparmağı,gələcək Milli Müqəddaratın Qorunması və Saxlanması Missiyasının Milli Qürur və Şətrəfin Prinsip və Təməl Daşı olaraq Qəbul Edirlər.
Bu missiya,artıq Mərakeş xalqının haqlı tələbləri və beynəlxalq konvensiyalar çərçivəsində həlli məsələsi üçün prioritetə çevrilmşdir.
Bu gün Əlahəzrət Kral VI Məhəmmədin regional və qlobal müstəvidə dayanmadan apardığı məqsədyönlü diplomatik mübarizəsi,strateji baxışları,qlobal aktorlarla düzgün və iti baxış bucaqından qurduğu çoxşaxəli,həmçinin çoxgedişli münasibətləri,mötəbər beynəlxalq təşkilatlarda Mərakeşin Qərbi Sahara üzərində Muxtariyyət Planı Formatının bütün qanunlarla ekvivalent yarardığı qənaəti,nəhayət,bu mübahisəli,lakin,Mərakeşin haqlı tələbləri ilə uyğun olduğu prinsiplərini özündə real əks etdirən arqumentlər kateqoriyasındandır.
Son tendensiyalar,Əlcəzairin illərlə Mərakeşin Suvereliyinə və Sahara üzərindəki haqlı Muxtariyyət hüququna təhdid,həmçinin təzyiq vasitəsi kimi güclü dəstək verdiyi Polisario Cəbhəsinin artıq zəiflədiyi,hətta sonunun çatdığı qənaəti,artıq Qlobal Müstəvidə Mərakeş Saharasının onun tam hüquqlu ərazisi olduğu məsələsinin tam həllinə doğru atılan növbəti uğurlu diplomarik addımın,rasional düşünülmüş planın əsas tərkib hissəsi kimi hesab etmək daha düzgün olar.
Polisario-nun oyundankənar,seytnot vəziyyətinə düşməsi,Əlcəzairin beynəlxalq və regional müstəvidə tutduğu seperatizm meyilləri,qlobal aktorların maraqları,həmçinin geosiysi və geostrateji tendensiyaların inkişaf dinamikası üçün yaratdığı təhdidlər,Şimali Afrika və Atlantik SahilYanı coğrafiyada təhlükəli manevrləri və bu tip mənfi amillərin mövcudluğu ucbatından qarşılşdığı sərt cavab tədbirləri,adıçəkilən bu separatçı hərəkatın tənəzzülündən birbaşa xəbər verir.
Üstəlik,Polisaro kimi seperatist təşkiların eniş trayektoriyası,Əlcazairdən kifayət edən dəstəyi ala bilməməsi,gözlənilməyən qərar ya da hərbi güclə deyil,əksinə,Mərakeşə,həmçinin qlobal aktorlar tərəfindən regionun inkişafına,onların maraqlarına qarşı təhdid və təhlükə mənbəyi kimi qiyəmtləndirilməsi,Şimali Afrika coğrafiyasında seperatizm meyillərinin davam etməsi,Əlcəzair və onun tərəfdarlarına qarşı beynəlxalq müstəvidə bir sıra siyasi, təhlükəsizlik və diplomatik dəyişikliklər nəticəsində baş vermişdir.
Bu ampulada belə bir sual kök altından çıxaraq siyasi atmosfer yaratmağa meyillənir:Polisaro-nun süquta uğraması tendensiyasından asılı olmayaraq, görəsən hazırki real,köhnə,yeni dünyanın regional və beynəlxalq müstəvisində gedən proseslərin fonunda Əlcəzair və ounun tərəfdarlarının siyasi aləti rolunu özündə ehtiva edən bu təşkilat,gələcək perspektivlərini necə formalaşdıracaq(!?)
Çünki,1970-ci illərdə dəyişən qlobal beynəlaxlq sistemin dinamik inkişaf sexemində guya müstəmləkəçiliyə qarşı etrirazçı və qiyamçı kodunu daşıyan,ardınca,soyuq müharibədən sonrakı suverenlik tezisləri ilə çıxış edən,əslində qlobal oyunçuların maraqlarına xidmət edəcək Polisario-nun hazırki tənəzzül erası,sahiblərindən qopması və seqreqasiyası ilə müşahidə ediləndir.
Bu da maraqlı və diqqətçəkən faktorlardandır ki,Polisario, yerli dövlət orqanlarından daha çox Əlcəzairin xüsusi xidmət mərkəzi ilə iş birliyində olan, həmin mərkəzin xüsusi təlimat və göstərişlərini regionda icra etməyə öhdəlik götürən,xaricdən maliyyə-hərbi cəhətdən dəstək alan,əvəzində yerli bazası olmayan qrup statusu alaraq,siyasi təşkilata çevrilə bilməmişdir.
Bu ampulada Mərakeşin cənub əyalətlərindəki əraziləri üzərində nəzarətini bərpa etməsi,həmçinin,Polisario-nun seperatist hərəkət fəaliyyətini minimuma endirməsi,bu istiqamətdə təhlükəsizlik tədbirləri,üstəlik,infrastruktur,dəniz limanları,bərpa olunan enerji və təhsilə qoyulan investisiyalar vasitəsilə sosial və iqtisadi sektorlara yenidən inteqrasiyası,hər hansı bir ziddiyyətli siyasi motivə meyilli proseslərə fürsət verməməsi də.çox böyük rol oynayır.
Ardınca,regionda Əlcəzairin “liderlik” modelinin iflası atqumentinin qabarığlığı faktoru,Sahara münaqişəsi ilə bağlı qeyri-səmimi,qeyri-rasional asimmetrik siyasi mövqeyi,əksinə,Mərakeşə qarşı proksi qruplaşmalar formalaşdırıb, regionda sülh və sabitliyə təhlükə,təhdid yaratması,Qərbi Afrika və Atlantik okeanı boyunca guya sözdə “təsir pəncərələri” axtaran,əslində saxta “regional güc”obrazında qeyri-adekvat strateji kimliyinin üzə çıxması tende niyası, regional və qlobal düzəndə onun çəkisini büsbütün aşağı salmış və bu ciddi amillər Qərbi Sahara məsələsində Əlcəzairin təsir imkanlarını sıfıra endirmişdir.
Region dövlətləri arasında Mərakeşin ritorikadan uzaq,real doktrinal strateji platformaları,artan diamik xətt boyunca inkişaf edən güclü sənayesi,şəffaf enerji ilə formalaşan iqtisadiyyatı,artıq güc balansında rəsmi Rabatın digər qonşu ölkələrlə müqayisədə yüksəliş dövrünü yaşadığının göstəricisidir.
Əlcəzair iqtisadiyyatı isə ilk növbədə qaz və neft ixracından asılıdır; bu asılılığ, Əlcəzairi müttəfiqlərini,o cümlədən qiyamçı Polisario-nu dəstəkləmək istiqamətində qabiliyyətini əhəmiyyətli dərəcədə azaldan mənfi tendensiyalrdandır.
Bu üzdən,Əlcəzairin beynəlxalq qanun və konvensiyaların müddəlarını kobudcası na pozan siyasi addımları,regionda və qlobal müstəvidə geosiyasi və geostrateji düzənə xələ gətirəcək seperatizmi və terrora eyilli qüvələri maliyyələşdirməsi, artıq BMT kontekstində Əlcəzairin “öz müqəddəratını təyinetmə hüququ” arqumenti aktuallığını, ona qarşı diplomatik etimadın itirilməsinə gətirib çıxarmışdır.
Üstəlik,BMT Mərakeşin Qərbi Sahara üzərində tam hüquqlu,suverenlik aktının yeganə mümkün qətnaməsinin Muxtariyyət Planı olduğunu təsdiq etdikdən dərhal sonra, beynəlxalq müstəvidə Əlcəzairi dəstəkləyən bir sıra dövlətlərin (məsələn, Latın Amerikası və Cənubi Afrikadakı bəziləri kimi) prioritetlərinin dəyişdirilməsi,Qərbi Sahara məsələsinin artıq Əlcəzairin azadlıq mübarizəsi deyil,regional sülh və sabitliyin olduğu qənaətinə gəlmələri ilə siyasi mövqelərini dəyişdilər.
Bu akt,Mərakeş,onun xalqı, Əlahəzrət Kral VI Məhəmmədin beynəlxalq aləmdə həm öz suveren hüquqları uğrunda apardıqları mübarizənin zəfəri,həmçinin regionda və qlobal müstəvidə sülh və təhlükəsizliyin qaranatı olduqlarının nümunəsidir.
Bu diplomatik uğur əlbəttə,Əlahəztət Kral VI Məhəmmədin beynəlxalq müstəvidə həm regional,həmçinin qlobal proseslər üçün götürdüyü məqsədyönlü siyasi kursunun doğurdan da,uzaq hədəflərə hesablanmış düzgün strateji məntiqi ardıcılllğı ilə uzlaşan, iti bucaq nöqtəsi kimi diqqətçəkən,rasional,riyazi düz xətt boyunca doktrianaldir.
Əlahəzrət Kral VI Məhəmmədin bu çoxgedişli,ağıllı,rasional düşünülmüş strategiyası,beynəlxalq aktorlarla qurduğu sxematik sistemli münasibətləri ,Əlcəzairi özünü təcrid vəziyyətinə salmış,beynəlxalq triubnalardan sadəcə reallığı əks etdirməyən rəsmi bəyanatlardan başqa heç bir tərəfdarı olmayan quru iddianı müdafiə etməyə cəhd etməkdən savayı əlacı qalmamışdır.
Bu konteksdən,son iyirmi ildə BMT,həmçinin bir sıra böyük dövlətlərin siyasi baxışlarında regional münaqişələri idarə etmələri ilə bağlı aydın dönüş yaranmağa başlayıb;beləki,beynəlxalq sistemin söz sahibi olan iştirakçıları,mübahisəli və münaqişə tərəflərinin ideoloji məqsədlərini təmin etmək əvəzinə,daha çox sülh,sabitlik və təhlükəsizliyin təminatı məsələsinin həlli yollarını axtarmağa cəhd edirlər.
BMT-nin Pan Gi Mundan Antonio Quterreşə qədər olan ardıcıl Baş Katibləri,Mərakeşin Muxtariyyət Planının yeganə praktik və mümkün həll yolu olduğunu,Polisario-nun isə BMT daxilində dəstəyinin yavaş-yavaş itirməsinə gətirib çıxdığını dəfələrlə bildirbilər.
2020-ci ildə Avropanın aparıcı dövlətləri,- Böyük Britaniya,Fransa,İspaniya,həmçinin ABŞ kimi nəhəng bir ölkə,Mərakeşin Sahara üzərindəki suverenliyini tanıdı.
Hətta,bu ölkələrdə hakimiyyətə gələcək növbəti administrasiyaların belə Mərakeşin Suverenlik Aktının tanıyacaqlarını sttateji seçim kimi davam etdirəcəkləri məsələsi də, özünün aktuallığını qoruyub saxlamaqdadır.
Artıq, indi Avropa Birliyi Saharanı ticarət və kənd təsərrüfatı əlaqələri üçün Mərakeş ərazisinin bir hissəsi kimi hesab edir.
Beynəlxalq sistemin Afrikada bu tip dəyişiklik planı,Polisario-ya ciddi zərbə kimi qiymətləndirilir; çünki, onlarla dövlət “Səhravi Respublikası”nı tanımadı və Laayoune və Dakhladakı diplomatik konsulluqlarını yenidən açaraq,Mərakeşin suverenliyinə dəstək verən siyasi addım atdı.
[u]Ardınca,Polisarionun siyasi tənəzzülündən fərqli olaraq,Mərakeş Əlahəzrət Kral VI Məhəmmədin doktrinal strateji təşəbbüsünə söykənib,cənub əyalətləri boyunca üç mərhələyə əsaslanan,-real legitimlik,institusional legitimlik və ağıllı,düşünülmüş,sağlam diplomatiya yolu ilə inteqrasiya olunmuş inkişaf layihəsinin qurulmasına nail oldu.[/u]
Bu müsbət,dinamik,tendesiv amil,Mərakeşə Dakhla Atlantik dəniz limanı, Tiznit-Dakhla magistral yolu,elektrik və enerji əlaqələri kimi təşəbbüslər vasitəsilə Afrikanı Atlantik okeanına birləşdirmək,həmçinin Saharanı münaqişə zonasından investisiya və strateji layihələr sahəsinə çevirmək imkanı yaratdı.
Üstəlik,Mərakeş BMT-nin nəzarəti altında demokratik yerli və regional seçkilər keçirməklə,yerli qurumları suverenliyi gücləndirən qanuni təmsilçiliklə təmin etməklə,Saharanı özünün inzibati və siyasi strukturuna inteqrasiya etdi.
Bunula paralel,Əlahəzrət Kral VI Məhəmmədin ağıllı,strateji,doktrinal düşünülmüş diplomatiyası,-ABŞ,Fransa,İspaniya və Körfəz ölkələri kimi qlobal aktorlarla ittifaqlar yaratmağa imkanlar açdı və bu sağlam strateji, siyasi düşüncə,Mərakeşə Afrika İttifaqı daxilində öz mövqeyini bir daha möhkəmləndirməyə fürsət verdi.
Bu diplomatik manevr,Mərakeşin mövqeyini kontinental mərhələdə “konsensus”a çevirməklə,əsaslı müdafiə mövqeyindən fəal əlaqəyə çevrilməyə gəritib çıxarmışdır.
Polisario-nun sona çatmasının əsas səbəbləri beynəlxalq dəstəyin olmaması, legitimliyin itirilməsi,BMT-nin “siyasi mübahisə”dən “yekun həll”ə keçidi ilə diplomatik təcriddir.
Üstəlik,iqtisadi böhranlar və təzahürlər səbəbindən Əlcəzairin Polisario-ya dəstəyi strateji dəyərini azaldır.
Həmçinin,Mərakeşin suverenliyi,regional təhlükəsizlik üçün atılan addımlar, Saheldəki terrorizmə qarşı xüsusi diqqətin ayrılması,ritorikadan uzaq reallıq,Mərakeşin inkişafı,sabit geosiyasi xəritənin yaranmasına stimul verən amillər,rəsmi Rabata regionda yeganə liderlik statusu qazandırır.
Əlbəttə,Sahara münaqişəsinin beynəlxalq nizamda yuridik həlli,Şimali və Qərbi Afrikadakı geosiyasi mənzərənin rəng palitrasının dizaynını yenidən cızacaq.
Polisario-nun iflası,yalnız bir qurumun dağılmasını özündə ehtiva etmiri,həmçinin regional dinamik gücün əhəmiyyətini ifadə edir.
Bu tendensiya, rasional olaraq Mərakeşin Afrika seqmentində strateji əlaqəsini gücləndirir,enerji,ticarət və dəniz təhlükəsizliyi üzərində təsirini artırır.
Paralel olaraq,Əlcəzairin Qərbi Afrikadakı təsirini azaldır;ən çox da,Mərakeş Krallığına qarşı təzyiq vasitəsi kimi Saharada Polisarionu itirdikdən sonra geri çəkilməsi üçün rəsi Rabatın siyasi,iqtisadi,diplomatik gücünü artırır.
Bu tip sürətli inkişaf dinamikası,Məğrib daxilində münasibətlərin yenidən qurulması üçün imkanlar açır,münaqişənin aradan qalxması müqabilində strateji,iqtisadi əməkdaşlığın yenilənməsinə töhfə verir.
[b]BMT və beynəlxalq münasibıtlərin nizmlanmasında söz sahibi olan dövlətlərin yekun həll yolu,Mərakeşin Muxtariyyət Planına əsaslanır.
Kristofer Rossdan tutmuş Staffan de Misturaya qədər BMT nümayəndələri, Mərakeşin suverenliyindən kənar həll yollarının qeyri-real,irrasional və işlək olmayan mexanizm adlandırırlar.[/b]
Bu üzdən,ABŞ,- Mərakeşin Sahara üzərində suverenlik hüququna daimi dəstəyini saxlayır,Fransa və İspaniya rəsmi Rabatın Muxtariyyət Planını “ciddi və etibarlı əsas” hesab edirlər,Ərəb və Körfəz ölkələri isə Saharadakı sabitliyi ərəb və Afrika ərazilərində regional təhlükəsizlik üçün mühüm mərhələ kimi qiymətləndirirlər.
Bütün bu amil və atqumentlər,beynəlxalq müstəvidə bir daha Mərakeş dövləttinin və onun xalqının özünün suveren hüquqlarının bərpası uğrunda 50 ildən artıq apardıqları mübarizənin, doğurdan da ədalət və beynəlxalq hüquqa söykəndiklərindən xəbər verir.
Hüquq və Suverenlikləri uğrunda mübatizə aparan xalqlar sonunda qalib gəlirlər;Mübariz və Azadliq Sevər Mərakeş xalqı kimi..!
P.S.7 Noyabr,-Kralın Səhraya Yaşıl Yürüşünün 50 İlliyi Münasibəti ilə Mübariz Mərakeş Xalqını,Onun Dövlətini,başda Əlahəzrət Kral VI Məhəmmədi Təbrik Edirəm və bundan sonra da Mərakeşin Tam Hüquqlu Suveren Dövlət Olmasi İstiqamətində Tuduğu Mövqe,Regional,Qlobal İnkişaf Yolunda, həmçinin,Azərbaycan-Mərkeş Xalqlarının Mədəni,Siyasi,İqtisadi,Strateji,Dostluq,Diplomatik Əlaqələrində Sağlam Münasibətlər üçün Uğurlar Arzulayıram!
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi