MKİ-nin Xüsusi Xidmət Tələsi yaxud FSO kapitanı Qleb Karakulovun Qaçışının Qaranlıq Xüsusi Xidmət Məqamları
Tarix: 15-10-2025, 09:12
Google+ Paylaş
Tumblr Paylaş

MKİ-nin Xüsusi Xidmət Tələsi yaxud FSO kapitanı Qleb Karakulovun Qaçışının Qaranlıq Xüsusi Xidmət Məqamları

15-10-2025, 09:12

Düz üç il əvvəl Federal Mühafizə Xidmətinin (FSO) əməkdaşı və Rusiya prezidentinin xüsusi rabitə üzrə mühəndisi Qleb Karakulov iş səfəri zamanı Qazaxıstandan qaçmağa nail olub.

Alter Siyasi Elmlər Akademiyasında siyasi elmlər üzrə fəlsəfə doktoru Andrey Manoylonun rəhbərlik etdiyi “İnformasiya və Hibrid Müharibə” proqramı üzrə tələbələr bu işi təhlil edərkən, 35 yaşlı FSO kapitanını kimin işə götürdüyünü və nə üçün öz çevrəsində keçmiş kəşfiyyatçının mühüm fiqura çevrildiyini, Qərbin Rusiya üçün hansı strategiyanın oynadığını təhlil etməyə cəhd ediblər.

Beləki,2022-ci ilin 14 oktyabrında FSO kapitanı Qleb Karakulov, həyat yoldaşı və uşağı ilə birlikdə Qazaxıstandan qaçır.

2023-cü ilin aprelində isə Rusiyada qadağan olunmuş xarici agentlərin və təşkilatların internet saytlarında onunla müsahibə yayımlanır.Müsahibədə o,xidmət etdiyi müddətdə ailəsinin gedişini müstəqil şəkildə təşkil etməyə imkan verən motivləri müzakirə etməyə çalışırdı.

Rusiya Federal Hüquq Mühafizə Orqanları tərəfindənKarakulovun axtarışda olduğu məlumdur və onun haqqında məlumatlar Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında bugün də açıqdır.

Onun fotoşəkilinin "Dossier"* anti-Rusiya mərkəzinə videomüsahibə verən və özünü prezidentin xüsusi kommunikasiyalarına cavabdeh olan keçmiş FSO kapitanı kimi təqdim edən şəxsin görünüşü ilə eyni olduğu müəyyən edilib.

Videoda Karakulovun Astanada ezamiyyətdə olarkən vəzifəsini tərk etdiyi əks olunur.

MKİ-nin Xüsusi Xidmət Tələsi yaxud FSO kapitanı Qleb Karakulovun Qaçışının Qaranlıq Xüsusi Xidmət Məqamları

Maraqlısı da budur ki,Karakulovun qaçışı Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin payızında Qazaxıstana səfəri zamanı baş tutub. Defektorun sözlərinə görə, o, əvvəlcə Türkiyəyə, oradan isə başqa ölkəyə uçub.

Araşdırmalardan məlum olur ki,Karakulovu qaçış plaı əvvəlcədən ABŞ Xüsusi Xidmət Orqanları tərəfidən hazırlanıb.

Çünki Karakulovun bu tip xüsusi ilə mühüm fövqəladə əhəmiyyətli əməliyyat bacarıqları yox idi və o, belə gizli tədbirlərə öyrəşməmişdi.
Bu o deməkdir ki, qaçış əvvəlcədən planlaşdırıldı.

Bu işi təhlil edən Alter xəbər agentliyinin “İnformasiya və Hibrid Müharibə” proqramında tələbələrin təqdimatına əsasən Qleb Karakulovun qaçış planı üçün hazırlıq bir ildən çox çəkə bilərdi.

"Əməliyyatın aktiv fazası bir neçə həftə davam edir. Çünki,Karakulov qaçmaq üçün əlverişli məqam gözləyirdi. Karakulov xidməti ezamiyyətə gedərkən, ardınca,onun həyat yoldaşı və uşağı da Astanaya uçur.

Onlar hamının rəsmi pasportlarını təhvil verməli olduğunu elan edəndə o, təşvişə düşür.Qaçış üçün plan pozula bilərdi. Bu üzdən də Karakulov həyat yoldaşını və uşağını da Astanaya gətirməyə nail olur.

“Məlumat və hibrid müharibəsi proqramının rəhbəri Andrey Manoylo hadisəni belə şərh edir: “Mən istisna etmirəm ki,konkret olaraq ona işarə edən rəsmi məlumatın sızmaması mümkün deyil, lakin bu və ya digər şəkildə həyəcan təbili çalınıb”.

Mütəxəssis əmindir ki,kapitan hələ Rusiyada olarkən onu defektasiyaya inandırmaq üçün üzərində geniş iş aparılıb.

Onu çoxdan həvəsləndirmişdilər,ya da əməliyyatçıların dediyi kimi, “istiləşmişdilər”.

Çox güman ki,Karakulovun vətənə xəyanət motivini formalaşdırmaqda ona kömək üçün adamlar da gətirilmişdi.

Buradan belə təhlili qənaətə gəlmək olur ki,o, Xüsusi Əməliyyatlar Komandanlığı başlamazdan əvvəl işə götürülüb.

Bu o deməkdir ki, o, qaçmağa hazırlaşırdı və bütün bu müddət ərzində FSO-da işləyir,kiçik tapşırıqları yerinə yetirir,zabit yoldaşları ilə müəyyən mövzuları müzakirə edir və onların əhval-ruhiyyəsini yoxlayır.

Andrey Manoyloya görə, Karakulovla Mərkəzi Kəşfiyyat İdarəsinin Əməliyyatlar Müdirliyindən üç-dörd nəfərdən ibarət bir qrup məşğul olurdu.

Müsahibə zamanı keçmiş kapitan, müxalif Telegram kanalının rəhbəri Roman Protaseviç və Sofiya Sapiehanın olduğu təyyarəni endirən belaruslu aviadispetçer Oleq Qaleqovun qaçmasını da xatırladır.

Həmin hadisə 2021-ci ildə baş vermişdi; Rusiya və Belarus dövlət orqanlarının məlumatına görə Qaleqov da ailəsini əvvəlcə Gürcüstana tətilə göndərir,sonra özü onların arxasınca Gürcüstana uçur. Daha sonra onlarla əlaqə kəsilir.Qaleqov və ailəsinin Gürcüstandan başqa ölkəyə uçduqları məlum olur.

Professor Manoylo qeyd edir: "Söhbətdə bu əlavə yersiz görünür və açıq-aydın qürur duyduqları bu epizodun daxil edilməsini xahiş etmiş cinayətkarlar üçün bir növ reklam parçası, bir növ "etiket" ola bilər. Qaleqovun qaçması demək olar ki, Karakulov üçün təşkil olunmuş dəhlizlə eynidir".
O, özünün dediyi kimi hava limanına sadəcə taksi ilə gəlməyib, onu götürüb aparıblar.

Çüknki,ailəsi daha əvvəl başqa yolla getmişdi və orada da kimsə onları qarşılayır. Və üz qabığı mavi, daxili səhifələri mülki pasportdan fərqli rəngdə olan xidməti pasportla Qazaxıstandan uçmağın baş tutnması öz sözünü deyir.

Məsələ burasındadır ki, qrupdan kənar səyahət edən birinin daşıdığı bu sənəd, hava limanının işçiləri arasında inamsızlıq yaradardı.
Mavi pasport daşıyan şəxs tək uçmur.

Bunun baş verməsi üçün Qərb agentləri hava limanında iş başında olmalı,həbsdən qaçmaq üçün qaçan şəxsə pəncərə açmalıdırlar.
Professor əlavə edib ki, kapitan Qleb Karakulov,2015-ci ildən Qərb kəşfiyyatı üçün işləyirdi.
“İnformasiya və Hibrid Müharibə” proqramında tələbələrin linqvistik və psixoloji təhlilinə əsasən,Karakuolvun müsahibəsi orta,skeptik izləyiciyə yönəlmiş video kimi görünür.

Bununla belə, videonun əsas auditoriyası “dərin dövlət”, yəni dövlətə xəyanət haqqında pərdəarxası xüsusi xidmət planları olan təhlükəsizlik işçiləridir.

Video Türkiyəyə təxliyə ediləndən dərhal sonra lentə alınıb.

Proses uzun idi, çünki o, çoxsaylı redaktələri və müxtəlif böyütmə səviyyələrini əhatə edirdi.

Bu,lazımi görüntüləri toplamaq üçün çoxlu vaxt tələb edirdi.

Onlara onun sadəlövh və uşaq davranışını üzə çıxaran, emosiya və empatiya doğuran kadrlar lazım idi: “Siz bu böyüyən uşağa rəğbət bəsləmək istəyirsiniz”, tələbələr Manoylo proqramında qeyd edirlər.

Onların fikrincə,ideya, guya yalan danışa bilməyən yetkin uşaq obrazını inkişaf etdirmək məqsədi daşıyıb.
Ola bilsin ki,uzun çəkiliş müddəti məhz Karakulovun bu tərzdə danışdığı kadrların daha çox toplanması üçün olub.

İşə qəbul zamanı araşdırmalarda bir nəzəriyyə müzakirə olundu ki, Karakulov mənfi ailə üzvünə görə seçilib.
Çünki, onlar açıq-aydın onu yox, daha yüksək kimisə hədəfə alırdılar. Bununla belə, o, asan hədəf olduğunu sübut etdi.

Kapitan-mühəndis FSO-da 13 il xidmət edib, hərbi akademiyadan leytenant rütbəsində ona qoşulmuşdu.

"O, səkkiz il ilişib qalmışdı.

Uşaq təbiətini,həyat yoldaşı və qayınanasının güclü təsirini nəzərə alaraq, küskünlük onda çoxdan yaranmışdı", - deyə tələbələr yekunlaşdırıblar.

Andrey Manoylo hesab edir ki, Karakulova və ailəsi gələcəkdə Rusiyaya qarşı növbəti “saxta xəbərlər” və informasiya əməliyyatları keçirmək üçün istifadə olunacaq.



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ