Mərakeş:Gələcək strateji təhlükəsizlik üçün Əlahəzrət  Kral VI Məhəmmədin “su diplomatiyası “
Tarix: 18-08-2025, 07:17
Google+ Paylaş
Tumblr Paylaş

Mərakeş:Gələcək strateji təhlükəsizlik üçün Əlahəzrət Kral VI Məhəmmədin “su diplomatiyası “

18-08-2025, 07:17

Bu regional doktrinal platformanın düz və iti bucaq nöqtəsi, həmçinin yeni qlobal geosiyasi və geostrateji nizamın paradiqması kimi də qəbul ediləndir.


Elşad Mehdi
[email protected]
_____________________________________

Ötən yazılarımzda Əlahəzrət Kral VI Məhəmmədin düzgün,ağıllı,düşünülmüş,ritorikadan kənar,daha uzaq hədəflər üçün hesablanmış geosiyasi və geostrateji platformaları aspektindən Mərakeşin daim diqqət mərkəzində olduğu,beynəlxalq aktorların maraq dairəsinə düşdüyü,regional periferik gücdən qlobal nizam üçün brend siyasi görüşləri və gedişləri ilə fərqlənən ölkə kimi təqdim etmişdik.

Bu məqalədə isə,biz fərqli baxış bucağından Mərakeşin gələcək təhlükəsizlik konsepsiyası,bu konsepsiyanın memarı Əlahəztət Kral VI Məhəmmədin “su diplomatiyası “ və bu regional doktrinal platformanın düz və iti bucaq nöqtəsi, həmçinin yeni qlobal geosiyasi və geostrateji nizamın paradiqması kimi qəbul edilənliyinin aktual,aktiv,işlək mexanizminin məzmun səciyyəsini,labüd ,zəruri detallarını incələməyə cəhd edəcəyik.

Beləki,son zamanlar Mərakeş,həm quraqlıq,ardınca da əhali artımı,üstəlik iqlim dəyişikliyinin mənfi impulsiv təsirlərindən yaranan ciddi su çatışmazlığını qarşlmaqdadır.

Lakin,rəsmi Rabat yaranmış mənfi dinamik situasiyanın gərginliyi fonunda prosesləri sıfra endirmək,təzyiqi azaltmaq,tendensiv təhlükəli artan trayektorik ana xəttin sınma nöqtəsini tapmaq üçün,Əlahəzrət Kral VI Məhəmmədin strateji təşəbbüs və təkliflərini,proaktiv "su diplomatiyası"na yanaşmasını əsas götürərək,daxili su sektorunun yenidən təşkilinin həyata keçirilməsi vacibliyini qəbul etdi.

Əlahəzrət Kral VI Məhəmmədin bu tip paradiqmatik,ağıllı və düşünülmüş doktrinal yanaşması,gələcək strategi davamlılıq yaratmaq və regional tərəfdaşlıqları gücləndirmək üçün infrastrukturun təkmilləşdirilməsi,yeni texnologiyaların istifadəsi və daha yaxşı maliyyə planlamasının əlaqələndirilməsi konteksindən mükəmməl zəmin yaradandır.

Kral tərəfindən təklif etdiyi bu doktrinal, strateji,həyati əhəmiyyətli layihə,su anbarlarının genişləndirilməsi,suyun duzsuzlaşdırılmasının inkişaf etdirilməsi,həmçinin bu sahədə müasir beynəlxalq əməkdaşlığın inkişafı və daha effektiv idarə olunmasını əlaqələnirmək və s. kimi işlər daxildir.

Bu strateji təklif və təşəbbüs,həm Mərakeş, həmçinin Şimali Afrika coğrafiyası,ardınca da beynəlxalq geosiyasi və geostrateji müstəvidə bütün qlobal aktorların maraqlarını təmin edən vacib,labüd zəruri faktorlar silsiləsindən hesab ediləndir.

Kral VI Məhəmmədin bu tip müsbət tendensiv təşəbbüs və strateji manevri,yaxın gələcək və uzaq hədəflər üçün Şimali Afrika coğrafiyası ölkələri və xalqlarının kənd təsərrüfatını qorumaq,iqtisadiyyatını sabitləşdirmək istiqamətində olduqca gözəl,əlverişli,dinamik inkişaf tendensiyasını qazanmaq,həyata keçirmək fürsətidir.

Bu təşəbbüs,həmçinin Kral VI Məhəmmədin Şimali Afrika əməkdaşlığını təşviq etmək məqsədini özündə ehtiva edən ən möhtəşəm strateji xəttdir.

Əlahəzrət Kral VI Məhəmmədin regional əməkdaşlıq üçün səsləndirdiyi bəyanatları və təşəbbüsləri göstərir ki, Mərakeş suyu yalnız ekoloji problemlərə uyğunlaşmaq üçün ayrılmaz bir mənbə kimi deyil,həm də regionda strateji diplomatik vasitə kimi qiymətləndirir.

İndi Mərakeş planetin pozulan qlobal iqlim nizamının gələcək narahatlıqlarını deyil,məhz hazırki su çatışmazlığı problemini aradan qaldırmaq,ölkəni və xalqı bu mənfi,sress gətirən təsirlərdən xilas etmək,regionda aqrar və iqtisadi müsbət tendensiyanı qorumaq,region ölkələri ilə əməkdaşlığı təmin etmək,susuzluğun fəsadlarına yol açmamaq,bu təsirlərdən bacardıqca tez qurtulmağın strateji doktrinal həllinə nail olmağn qayğısına qalmaqdır.

Əlbəttə, su siyasəti bu gün Mərakeşin gələcək təhlükəsizliyi üçün ən vacib strateji doktrinal proqramdır.

Bu üzdən Mərakeş,indiyə qədər Kral VI Məhəmmədin müsbət,dinamik strateji layihələrinə cavab verən regional və qlobal əhəmiyyətli su bəndi infrastrukturu inşa edib;beləki,ölkədə təxminən 19,1 milyard kubmetr su saxlaya bilən 149-152 böyük bənd var.

Bütün bunlarla paralel,mövsümi dəyişikliklər,buxarlanma və yeddi quraq il kimi hallar çox vaxt su anbarının səviyyəsini aşağı salır və bu,xüsusilə cənubda,yalnız saxlanılan sudan asılılığın məhdudiyyətlərinə diqqəti çəkir.

Hökumətin 2024–2025-ci illər üzrə bəyanatı mövsüm və ildən asılı olaraq doldurma dərəcələrinin 20% ilə 50% arasında dəyişən bənd səviyyələrini göstərir.

Bu tendensiya,iqtisadiyyatı hidroloji şoklardan qorumaq üçün yalnız anbara güvənməyin kifayət etmədiyini açıq şəkildə risk altında qoyur.

Vəziyyəti kənd təsərrüfatında yüksək su istifadəsi,artan şəhər tələbləri və iqlim dəyişikliyinin təsirinə məruz qalan yağış nümunələri ilə daha da mürəkkəbləşdirir və su siyasətini Krallığın təhlükəsizliyi və gələcək inkişafı üçün əsas məsələyə çevirir.

Krallığın su ehtiyatlarının idarə edilməsinə yanaşması daha mürəkkəbdir.

Bütün bu halların fonunda,ölkənin su təchizatı üçün rəsmi Rabat,duzsuzlaşdırma təyinatlarını artırmaq,yeni su bəndləri tikmək və hövzələrarası köçürmə layihələrini qurmaqla mənbələrin diversifikasiyası üzərində fəal işlənməkdəir.

Hazırda bu istiqamətdə duzsuzlaşdırma qabiliyyətini əhəmiyyətli dərəcədə genişləndirilir,həmçinin bir neçə zavod artıq fəaliyyətdədir və yenisi həmçinin tikilməkdədir.

Qeyd edək ki,Aqadirdəki genişləndirmə kimi layihələr 2030-cu ilə qədər hasilatı əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.

Bu amil,Əlahəztət Kral VI Məhəmmədin Mərakeşin gələcək strateji təhlükəsizlik maraqlarından doğan strategiyasının əsas hissəsi kimi,suyun maya dəyərininin həcmini azaltmaqla,eyni zamanda karbon emissiyalarını da azaltmaq üçün duzsuzlaşdırma ilə bərpa olunan enerjinin inkişaf etdirməkdir.

Çünki bu istiqamətdə həyata keçirilən plana,xüsusi olaraq dəniz suyunun təmizlənməsini dəstəkləmək üçün uzun məsafəli elektrik xətlərin və bərpa olunan enerji layihələrinin tikintisi daxildir.

Bu, su istehsalını daha ekoloji cəhətdən təmiz və qənaətcil edir.

Həmçinin,burada məqsəd hökumətin göstərdiyi strateji səylərin prioritetliyini nəzərə alıb,damcı suvarma və dəqiq suvarma kimi suvarma təcrübələrinin modernləşdirilməsini də həyata keçirməkdir.

Bu tendensiya,məqsədli,düşünülmüş,strateji ana xətt,şəhər su şəbəkələrində sızmaların azaldılması və məhsulun rayonlaşdırılmasının təşviq edilməsi, quraqlığa meylli ərazilərdə su tələb edən əkinçilikdən həddən artıq asılılığın qarşısını almağa kömək edə bilər.

Bundan əlavə,bu parametrlər tullantı sularının təmizlənməsi və qeyri-içməli məqsədlər üçün təkrar istifadə proqramlarında da aparılır.

Bu məqsədlə Mərakeşin aidiyyatı üzrə dövlət qurumu,Kral VI Məhəmmədin irəli sürdüyü strateji,doktrinal konsepsiyanın əsasında ölkənin gələcək streteji təhlükəsizliyi üçün məqsədyönümlü islahatlar aparır,milli su planlarını yeniləyir,suyun səviyyəsini istiqamətləndirir,informasiya sistemlərini təkmilləşdirir və məqsədyönlü subsidiyalar təklif edir.

Bu tədbirlər həvəsləndirmələri yaxşılaşdırmaq və suyun bölüşdürülməsində şəffaflığı artırmaq məqsədi daşıyır.

Dünya Bankı kimi tərəfdaşlar bütün bu səyləri istiqamətləndirən uzunmüddətli milli su strategiyasının hazırlanmasına və həyata keçirilməsinə yardım edərək, bu təşəbbüsləri dəstəkləyir.

Rabat,ağıllı və düşünülmüş su strategiyasını əsas faktor kimi götürərək,paylaşılan çaylar üzərində klassik danışıqlar əvəzinə,su ehtiyatlarının idarə edilməsi üçün kommunal texnologiya transferi,layihələrin maliyyələşdirilməsi və dövlət-özəl tərəfdaşlıqlara diqqət yetirir.

Çünki Krallığın Qərb bölgəsi digər bölgələrlə müqayisədə su yollarının nisbətən kiçik payına malikdir.

Bu dinamika,beynəlxalq maliyyə institutları, onların təcrübəsini əxz etmək,inkişaf etmiş Avropa,Körfəz dövlətləri, beynəlxalq kreditorlar və özəl enerji sektorları, dünyadakı böyük təcrübəyə malik su təsərrüfatı sistemləri ilə sıx əməkdaşlıq etməyə bir daha fürsət qazandırır.

Bununla paralel olaraq,bəzi böyük eko-layihələr - məsələn, duzsuzlaşdırmanı dəstəkləyən bərpa olunan enerji təşəbbüsləri - iqlim məqsədləri,su təhlükəsizliyi və sənaye inkişafının bir-biri ilə necə əlaqəli olduğunu göstərir.

Bu səylər həm iqlim çağırışlarına qarşı dayanıqlılıq yaratmaq yolları,həm də diplomatik vasitələr kimi işləyir: onlar xarici investisiyaları cəlb edir,

Kral VI Məhəmmədin strateji düzgün düşünülmüş taktiki gedişləri,Mərakeşə regional təchizat zəncirlərinə qoşulmağa kömək edir və suvarma, duzsuzlaşdırma və suyun idarə edilməsi ilə bağlı bilik mübadiləsi üçün perspektivlər təqdim edir.

Əlbəttə,təqdim olunan doktrinal platformanın prioritetində üç əsas idarəetmə mexanizmi vacib şərtlərdən hesab ediləndir.

Bu üç detal nəticəyə təsir göstərə bilər.

Birincisi, resursların bölüşdürülməsində şəffaflıq vacibdir.Güclü, şəffaf qurumlara və güvənli sayğaclara malik olmaq,həm suyun bərabər paylanmasını təmin edir və hər hansı bir qrupun layihədən kənar hökmranlığının qarşısını alır.

İkincisi, maliyyə əsas maneədir. Duzsuzlaşdırma və yaşıl enerji infrastrukturunun qurulması əhəmiyyətli ilkin aktivlər tələb edir.

Bu strateji platformada Mərakeşin uğuru,gələcək təhlükəsilik planı,sosial,ekoloji və aqrar məqsədlərə kömək edən güzəştli kreditlər,qarışıq maliyyə niyyətləri və özəl investisiyaların təşkilindən asılı olacaq.

Üçüncüsü,sosial müdafiə həlledicidir - kiçik fermerləri və aztəminatlı ev təsərrüfatlarını su qiymətlərinin qəfil şoklarından qorumaq siyasi cəhətdən zəruri və hətta etik baxımdan vacibdir.

Beynəlxalq iqtisadi tərəfdaşlar və maliyyə sponsorları,məsələn,Dünya Bankı,ikitərəfli Körfəz sponsorları və Avropa iqlim fondları artıq Mərakeşin strateji gündəliyinin əsas dəstəkçiləridir.

İndiyə qədərki kritik problem ondan ibarətdir ki,vəsait yalnız infrastruktur və ya institutların gücləndirilməsi üçün ayrılır ki, hər kəsin suya ədalətli çıxışını təmin etsin.

Bu üzdən,Kral VI Məhəmmədin gələcək,azad,suveren,rifah və əmin-əmanlıqla dolu Mərakeşin təhlükəsizlik konsepsiyasının əsas vacib strateji ana xəttini möhkəmlik yaratmaq,ədaləti və regional sabitliyi saxlamaq,layihələri diqqətlə tərtib etmək,kənd təsərrüfatı üçün yenidən bölüşdürülmə planları üçün yalnız bərpa olunan enerji və təmiz su ilə duzsuzlaşdırma və çirkab suların təkrar istifadəsinə sərmayə qoymaq və bu yolla,iqtisadi səmərəliliyi və iqlimin qorunmasını təmin etmək siyasəti dayanır.

Həmçinin idarəetmə və şəffaflığın optimallaşdırılması,daha geniş miqyaslı ölçmələrin tətbiqi,açıq hövzə hesablarının yaradılması və icarə axtarışını azaltmaq üçün sudan istifadə edən qrupların genişləndirilməsi və şəhər,kənd sahələri arasında ədalətli mübadilələrin təkmilləşdirilməsini düzgün təmin etmək,məqsədli resurslarla kiçik təsərrüfatlara kömək göstərmək,suvarma, genişləndirmə xidmətləri,mikromaliyyə və şərti köçürmələr kimi səyləri birləşdirib,kiçik fermerlər dəyişiklik xərclərini ödəmədən məhsuldarlığın artırılmasından faydalanmalarına imkan vermək bu platformada öz əksini tapmaqdadır.

Qonşu dövlətlərə kömək etmək üçün qarışıq maliyyədən istifadə,asılılığın qarşısını almaq və əməkdaşlığı gücləndirmək üçün birgə monitorinqlə birlikdə aşağı gəlirli Şimali Afrika ölkələri üçün güzəştli kreditlər və potensialın gücləndirilməsi proqramlarını dəstəkləmək,regional forumların yaradılması,gərginliyi minimuma endirmək və əməkdaşlıqla bağlı gözlənilməz hadisələri planlaşdırmaq üçün Qərb səviyyəsində rəsmi su və iqlim platformalarının yaradılması,o cümlədən yeraltı suların birgə monitorinqi həyata keçirmək,Kral VI Məhəmmədin Su Straregiyasının əsas prioritet mexanizmi kimi yadda qalandır.

Mərakeşin gələcək təhlükəsizliyi üçün su stetegiyasına bu tip yanaşması,daxildəki yürütdüyü siyasəti,səyləri,əlbəttə daha çox regional və beynəlxalq əməkdaşlığı şərtləndirir.

Bu doktrina şəhərlərin su təchizatını təmin edə,dövlətlərin ixrac kənd təsərrüfatını dəstəkləyə və təmiz enerji istehsalını təkmilləşdirə bilər.

Bununla belə,gələcək Mərakeşin təhlükəsiz və suverenliyinin uğuru, yaxşı idarəetmədən,ədalətli maliyyələşdirmədən və şəffaflıqdan asılıdır.
Əlahəzrət Kral VI Məhəmmədin hazırki idarəçilik siyasəti qeyd edilən bütün detalları özündə ehtiva edəndir.

Əlbəttə,şəffaf resurs bölgüsü,həssas qruplara dəstək və strateji regional əməkdaşlıq olmadan texnoloji irəliləyişlər mürəkkəbliklərə və siyasi qeyri-müəyyənliklərə səbəb ola bilər.

Lakin,bu günMərakeş Kral VI Məhəmmədin doğru.düzgün,düşünülmüş strateji doktirinasına uyğun regional əməkdaşlıqdan beynəlxalq müstəviyə keçidin ən optimal formulunu qazanmış ölkədir.

Bu gün Mərakeş Kral VI Məhəmmədin strateji yanaşması və bütöv şəkildə həyata keçirdiyi iqlim siyasəti ilə Şimali Afrikada ağıllı inkişaf üçün potensial model rolunu oynayır.

Bu taktika,diplomatik düşüncə,ağıllı doktrinal manevr təkcə Mərakeş üçün deyil, həmçinin,qlobal nizamı sahmana salmaq yolunda regionda qarşılıqlı strateji mübadilə,birgə investisiyalar,regional təhlükəsizlik yaratmaq naminə atılan ən doğru addımdır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ