Qarabağ: Gizli erməni  bioloji labaratoriyalarının nəzarətsiz zonası
Tarix: 11-04-2020, 01:00
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağ: Gizli erməni bioloji labaratoriyalarının nəzarətsiz zonası

11-04-2020, 01:00

Dünya kütləvi qırğın silahları önündə acizdir. Məhz bu səbəbdən ABŞ-da
kütləvi qırğın silahları əleyhinə tədbirlər üçün yeni hərbi-strateji qurum yaradıldı.
«Hərbi-məxfi əməliyyatlar» adlı yeni quruma briqada generalı Bryus Loulor
başçılıq edir. Qurumun Baş Qərargahı isə Norfolke şəhərində (Virciniya ştatı)
yerləşdirildi. İllik büdcəsi 4 milyon dollar olan bu hərbi-siyasi təşkilatın 28 eksperti
var.

Fikrimizcə, bütövlükdə türk dünyasının irili-xırdalı xalqları artıq «Regional
Vahid Təhlükəsizlik Doktrinası»nın yaradılması uğrunda çalışmalıdırlar.
Maraqlıdır ki, ərəb ölkələri artıq belə bir birləşmənin istəyi ilə çıxış edir. Birləşmiş
Ərəb Əmirliklərinin generalı, BQ rəisi ġeyx Məhəmməd bin Zahid əl-Nahayyan
təklif edir: «...Təcili birləşmək vaxtıdır. Təhlükəsizlik doktrinasını yaratmaq
lazımdır. Xarici silahlı qüvvələr müvəqqətidir. Ərəblərin mənafeyi naminə İraqı da
bu birliyə dəvət etmək lazımdır... Birləşmək... Birləşmək... Birləşmək...»
Bu, dünyanın infrastrukturlarını neftlə hərəkətə gətirən ərəb aləminin
kütləvi qırğın silahları hazırlayan və ya istehsalı üçün düşünən xristian dünyasına,
məkrli düşmənə qarşı strateji proqramıdır.
Nefti, zəngin yanacaq resursları olan Xəzərətrafı ölkələrinsə belə bir strateji
proqramı yoxdur və sabah buna da şübhə etməyək ki, kütləvi qırğın silahları üçün
çalışan Ermənistan ayrı-ayrılıqda bu dövlətlərin (Xəzəryanı dövlətlərin) hər birinə
meydan oxuyacaq. Artıq Nyu-Yorkdakı Henri Stimson Araşdırmalar Mərkəzi
kimyəvi və bakterioloji silahlarla bağlı 20 dekabr 2000-ci ildə «Toksikoloji
Arxipelaq» adlı strateji hesabatının yeni variantını Ağ Evə təqdim edib və bu
hesabatın 14-cü səhifəsində - «MDB ölkələri» paraqrafında Ermənistanın adı
çəkilir. Göstərilir ki, Yerevan yaxın beş ildə bakterioloji və kimyəvi silahların
potensial bazasına çevriləcək.
Araşdırmalarımıza görə, nə qədər qəribə də olsa, Ermənistanın Naxçıvanla
sərhəd ərazilərində - Armaş, Rind, Zəritap, Aqdui, Kəcəran yaşayış
məntəqələrindəki quru qoşun birləşmələrində, sərhəd dayaq dəstələrinin tərkibində
9 xüsusi təyinatlı qrup kimyəvi və bakterioloji müharibədə təhlükəsizlik
məsələlərini icra edəcək (hər dəstədə 18 nəfər xidmət edir).
Moskvada belə bir ünvan var: Leninqrad prospekti, ev 80 (ora
radiocihazlarla bağlı saxta bir lövhə də vurulub). Araşdırmalar apararkən maraqlı
faktlardan biri də bu oldu ki, altı mərtəbəli bozumtul binada tam məxfi şəraitdə
kütləvi qırğın silahları, eləcə də radarların hazırlanması üzrə təcrübələr aparılır. Bu
qruplardan birinə doktor Ambarsum Georgiyeviç Muradyan başçılıq edir. 1988-90-
cı illərdə Ermənistan MEA-nın Toksikoloji İnstitutunda çalışan bu şəxsin
doktorluq dissertasiyasının mövzusuna fikir verin. «Qafqaz genlərində toksikoloji
proseslər və immunitetli preparatlar». Erməni tədqiqatçı bu istiqamətdə ilk
araşdırmalarını 1994-cü il iyul ayının 22-dən 1995-ci il iyunun 14-dək
Azərbaycanın işğal olunmuş ərazilərində, əsir düşərgələrində, xüsusən Şuşa
həbsxanasında saxlanılan azərbaycanlı dustaqlar üzərində aparıb. 1995-ci il iyulun
21-də A.Muradyan Radiocihazların Hazırlanması üzrə Elmi-Tədqiqat İnstitutunun
katibliyinə ünvanladığı hesabatında yazır: «...Mən sınaq təcrübələrimin ilkin
variantından razı qaldım. Mənim üçün ayrılmış sınaq palatasında altı nəfər
«könüllü»dən üçü preparatlara dözə bilmədi. Qalan üç nəfər isə artıq sağalıblar.
Özlərini yaxşı hiss edirlər. Sifətlərində müşahidə olunan səpgilər keçib. Qan
dövranları normaldır...».
Maraqlı cəhətlərdən biri də bu idi ki, institutun direktoru, general Boris
Vinoqradov bu hesabatı imza və möhürlə təsdiqləyib.
Araşdırma zamanı aydın oldu ki, mərkəzi bazası Vaşinqtonda yerləşən
Qafqaz İnvestisiya Bankının livanlı başçısı Adnan Haşoqqi tərəfindən erməni
aliminə 147 min ABŞ dolları dəyərində texniki avadanlıq yardım edilib.
Başqa bir erməni alimi Anastas Qurgenoviç Karpov isə 2002-ci ilin
sentyabr ayından başlayaraq, Tehrandakı Mikrobiologiya Elmi Tədqiqat
İnstitutunda öz təcrübələrini fars alimləri ilə aparmaq üçün dəvət alıb. Halbuki İran
İslam Respublikasında kimyəvi və bakterioloji silahlardan əziyyət çəkənlərə
yardım assosiasiyasının baş katibi doktor Abdulla Mazandarani 2001-ci il 3 dekabr
tarixli parlament hesabatında qeyd edir: «...İraqla müharibədə 25 min iranlı əsgər
və zabit kimyəvi və bakterioloji silahlardan ölüb. 65 min nəfər isə iflic
vəziyyətindədir». Digər tərəfdən, «Aştarak-2»-də çalışan (Ermənistan MEA-nın
ərazisi) erməni mikrobioloqlarından olan E.Aşkinazyan, D.Davidyan,
O.Ohanesyan ġimali Koreyada da sınaq təcrübəsində olacaqlar. Maraqlı və ciddi
məsələdir. Çünki Şimali Koreya dünyada məhz kimyəvi və bakterioloji silahların
hazırlanması və istifadəsi yönümündə ən böyük arsenala malikdir. Şimali
Koreyada gündə 15 ton kimyəvi-zəhərləyici maddələr və bakterioloji viruslar
hazırlamaq gücündə olan səkkiz müəssisə var. Ölkənin şimal-şərqindəki dörd elmi
tədqiqat mərkəzindən biri tam məxfi qaydada işləyir. Ölkədə altı müxtəlif anbar
var. Həmin «Umfi-3» tipli, tutumu 25 ton olan anbarlardan birinin 2003-cü ilin
ortalarında DQ ərazisində tikilməsi də artıq planlaşdırılıb.
Nyu-York politoloqu Cudit Millerin məlumatına görə («New York times»
qəzeti, 16 aprel 2000-ci il), Rusiyada «Noviçok» adlı yeni kimyəvi silah istehsal
edilib. İki kimyəvi element birləşərək, ölümsaçan silah yaradır. Həmin birləşmələr
mərmilərdə də istifadə edilir. 2001-ci il fevralın 2-də Moskvada çap olunan
«Sintez» jurnalında isə erməni alimi L.M.Teroyants qeyd edir: «...«Noviçok» adlı
silah «binar» silahıdır. Orada silahın istehsalında və hazırlanmasında mənim
xidmətimə qiymət verən rus alimlərinə minnətdaram. Biz əsəb sistemini iflic edib
«insanı əridən» bu silahı «ġuçe» poliqonunda sınaqdan çıxartdıq...».
Vaşinqtondakı Henri Stimson Mərkəzinin baş elmi işçisi Ami Smitson
göstərir: «Ruslar bu silahları heç vaxt könüllü məhv etməyəcəklər. Əksinə, öz
müttəfiqlərinə və partnyorlarına da satacaqlar. Amerika bu haqda ciddi
düşünməlidir». (ABŞ. Pentaqona hazırlanmış hesabat. 16 oktyabr 2001-ci il).
Yerevandakı Orbeli küçəsi 22-də yerləĢən əsəb sistemləri üzrə fiziologiya
laboratoriyası əməkdaşlarından V.A.Toqosyanın və A.V.Arşakyanın 1998-ci il
noyabrın 4-də DQ-a ezam olunmaları və orada bu laboratoriyanın filialını
yaratmaları nəzərdən qaçmamalıdır. Çünki alimlər ilk sınaq təcrübələrini də məhz
Qarabağda «Hayastan» Xeyriyyə Cəmiyyətinin dəstəyi çərçivəsində əsirlərimiz
üzərində aparıblar.
MDB ölkələrindəki bakterioloji və kimyəvi silahları ləğv etmək üçün ildə
18,6 milyon dollar lazımdır. Ermənistanda Azərbaycanın işğal olunmuş
ərazilərində 2001-ci ildə altı müxtəlif elmi-tədqiqat laboratoriyası tikilib. Məsələn,
2001-ci ilin martında Xankəndidə tikilən laboratoriya insan orqanizmi üzərində
fizioloji və ekoloji tədqiqatlar aparır. ġuşada isə professor Adamats Danisloviç
Qriqoryanın başçılıq etdiyi alimlər qrupu Biotexniki və Molekulyar Biologiya
institutunda genlərin öyrənilməsi, diferensial təsirlər, genetik nəsildəyişmələr
araşdırılır. Bilavasitə Ermənistan MN-nin «21504-A-VS-04» lisenziyası ilə ordu
üçün orqanizmin zəhərli maddələrdən qorunması fonunda preparatların
hazırlanması işi görülür.
Müşahidələrimizdən bu da aydın olur ki, MDB ölkələrinin hamısı həmiĢə
gözlənilən bioterrorizm qarşısında aciz və gücsüzdürlər.
Amerikanın Səhiyyə və Sosial Xidmət Nazirliyinin biotenorizm və kimyəvi
silahlar üzrə aparıcı mütəxəssisi Marqaret Xemberq yazır: «Bu, real təhlükədir. Bu
təhlükəni dəf etmək lazımdır».
Con Hopkins Universitetinin nəzdində əhalinin biomüdafiə problemlərini
öyrənən mərkəzin direktoru Con Henderson isə yazır: «Yaxın 10 ildə belə hücum
mümkündür. Bu hücum da ola bilsin İraq tərəfdən, Şimali Koreya tərəfdən, İran və
Livan tərəfdən olsun. Eləcə də MDB ölkələrindən birinin bu aksiyada iştirak
etməsi vacibdir».
Rusiyaya məxsus «Vektor» bioloji laboratoriyasının iki elmi-tədqiqat şöbəsi
işğal edilmiş Xocalı və Zəngilan ərazisində yerləĢir. Laboratoriya müdirinin
müavini, professor Sergey Netesovun 2000 və 2001-ci illərin əvvəllərində və
sonlarında Qarabağ ərazisinə ezam edilməsi, erməni alimlərindən olan
S.T.Petrosyan və ġ.O.Mikoyanla görüşməsi də maraqlıdır.
«Vektor»da dörd min adam işləyir və bu sayın 15 faizini milliyyətcə
ermənilər təşkil edir. Burada - «Vektor» mərkəzində 4-cü dərəcəli bioloji zəhərli
mikroblar öyrənilir, yeniləri hazırlanır. Mütəxəssislər bunu da öyrəniblər ki, bu
mikroblarla lazım olan ərazinin 50 faizini məhv etmək olar. Bunun da qarşısını ala
biləcək heç bir vaksin yoxdur. «Vektor»da laboratoriyaların 4-ü ölüm halları
yarada bilən mikroblar hazırlayır. Burada milliyyətcə erməni olan altı nəfər çalışır.
Bunun üçün də heç bir vaksin yoxdur. Məsələn, «Ebola» virusu haqqında
yeni nəticələr əldə edilib. «Elqefalit» virusunun yeni növləri hazırlanıb.
«Vektor»un bir nömrəli binasında çoxlu soyuducular var. Nömrələnmiş bu
soyuducular güclü enerji ilə təmin olunurlar və burada təqribən trilyon bakteriya
saxlanılır. ABŞ-ın bioloji silahlar üzrə mütəxəssisi, Vaşinqtondakı Beynəlxalq
Tədqiqatlar və Strateji Araşdırmalar Mərkəzinin eksperti Entoni Kordesman deyir:
«Ora girmək mümkün deyil. Hər tərəfdən yoxlanılırsan».
Ermənistanın toksikoloji sahə üzrə tədqiqatçısı, hərbi həkim Q.O.Babayan
isə Beyrut alimləri ilə (2001-ci ilin avqust müşavirəsi. Moskva. «Bioloji
məlumatların ən yenisi üzərində düşüncələr» mövzusunda) söhbətində vurğulayıb
ki, «təcrübə mübadiləsi üçün biz ora asanlıqla girib-çıxırıq». Araşdırmalarımız
zamanı bu da aydın oldu ki, Rusiyada 47 belə mərkəz var. Ermənistan ərazisində
isə 14 belə laboratoriya fəaliyyət göstərir. Ötən il noyabrın 21-dən başlayaraq,
«Vektor»dakı bakteriyaların qorunması, sınaq-təcrübə meydanlarında istifadəsi
üçün 4 soyuducu texniki nasazlıq adı ilə dayandırılmış və Qarabağa daşınmışdır.
Bu isə hər şeydən əvvəl nəzarətsiz qalan torpaqlarımızın başı üzərində dolaĢan
növbəti fəlakətdən xəbər verir. Həmin soyuduculardan ikisi Türkiyə sərhədinə, biri
Naxçıvanla sərhəd istiqamətinə, digəri isə Cəbrayıl rayonuna aparılıb. Soyuducular
əvvəlcə nəzərdə tutulmuş yerlərdə quraĢdırılarkən rus və erməni sərhədçiləri
tərəfindən xüsusi mühafizə dəstələrinə müəyyən texniki məsələlərdə ehtiyatlı
olmaq tapşırılıb. Bütün bu müşahidələrdən sonra Pentaqonun polkovniki Dennis
Deplanter hesabatında qeyd edir: «Biz hələ ki, öyrənməyə çalışırıq».
Erməni professoru V.S.Qevandyan isə Rusiyanın Mikrobiologiya və
Virusologiya İnstitutunda (Moskva vilayəti, Pokrov şəhəri) işğal olunmuş
Qarabağda, xüsusilə Zəngilan və Qubadlı rayonlarında təcrübə aparmaq üçün
mikrobioloji xəritə hazırlayır. Professor Varonik Qevandyan öz elmi işini əsasən
qarayara xəstəliyi ilə bağlı aparır.
2001-ci il noyabrın 3-də Londonun hərbi ekspertlərinin rəyinə əsasən belə
bir məlumat verildi ki, bir sıra ölkələrdə «etnik silah»ların ixtirası yönümündə işlər
tamamlanıb. Bu ölkələr sırasında İraq, İran, Rusiya və bir neçə MDB-yə üzv
ölkələrin adları çəkilirdi. Araşdırmalarımız zamanı məlum olur ki, bu silah növünü,
məsələn, Rusiya kimi ölkə üçün araya gətirmək elə də çətin deyil. Bu silahın
hazırlanmasında qırmızı şam ağacından istifadə olunur. 2000-ci ilin məlumatına
görə isə, Rusiyanın mülki geyimli qrupları Laçın və Kəlbəcər meşələrindən 12
hektarlıq cavan qırmızı şam ağacını kəsib aparmışlar (Dağlıq Qarabağda ekoloji
məsələlərlə məşğul olan qrupun üzvü, həkim-ekoloq Aruşan Ciqarxanyan.
Xankəndi. «Ararat» qəzeti, 4 dekabr, 2000-ci il).
Məlum olur ki, bu etnik silahların yaradıcılarından biri də Ermənistan
MEA-nın professoru Serj Hasakulyandır. Bu silaha qarşı da hələlik heç bir əksvaksinlər ixtira edilməyib. Artıq bu da məlum olub ki, Fars körfəzindən İraq
istiqamətində vuruĢan bəzi əsgərlər bu silahların yaydığı xəstəliklərə düçar olaraq
«sıradan çıxıblar». Nəticədə İngiltərə Səhiyyə Nazirliyi ölkənin baş nazirinə və
SQ-nin komandanlığına 2000-ci il oktyabrın 4-də göndərdiyi «N» nömrəli məxfi
hesabatlarda göstərir ki, belə bir virus var.
Araşdırmalarımız zamanı belə bir məlumat da əldə etdik ki, mikrobiologiya
üzrə tanınmı erməni alimlərindən olan doktor Burgen Aqurenoviç ġakaryan və
Artunen Saakoviç Artunen rus alimlərinin köməyilə qarayara virusu üzrə həm
Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində (Məsələn,
Qubadlı) xüsusi laboratoriyalar yaradıblar. Lakin təhlükəni hiss edən erməni
mütəxəssisləri 2001-ci il 2 iyul tarixində Yerevandakı laboratoriyanı Türkiyə
sərhədi istiqamətinə köçürürlər. Məqsəd də bu olur ki, onların tədqiqatlarının
nəticələrindən Ermənistanın Hərbi-Sənaye Mərkəzlərində bioloji silahların
hazırlanmasında istifadə olunsun. İşin bir maraqlı cəhəti də var: Həm Yerevanda,
həm də işğal olunmuş ərazilərimizdə bir nəfər tapılmadı ki, bu alimlərdən
soruşsun: Siz nə edirsiniz? Məqsədiniz nədir?..
2000-ci ilin aprel ayında B.A.ġakaryanın və elmi işçi S.O.Kaçayanın qonağı
olan Beyrut Bioloji Araşdırmalar Mərkəzinin əməkdaşı Feyzullah Yusif Livanda
nəşr olunan «Aztaq» qəzetində (May, 2000-ci il, 26-cı nömrə) dərc etdirdiyi
«Erməni alimlərinin axtarışları» adlı yol qeydlərində yazırdı: «Mən bir erməni
qardaşımın elmi laboratoriyasında oldum. Gördüklərim, elmi nəticələr haqqında
biz də fikirləşməliyik. Çünki Livan üçün də Ermənistan qədər bir təhlükə var».
2000-ci ilin aprelində müşahidə edilən, 2001-ci ilin fevralın 3-dən artıq
qarĢısı alınması mümkün olmayan qarayara xəstəliyinin virusları Ermənistan
ərazisində yayıldı. Lakin professor bu virusun ilk sınaq təcrübəsini Qarabağın işğal
olunmuş hissəsindən Azərbaycanın SQ-nin yerləşdiyi Tərtər, Goranboy, Ağcabədi,
eləcə də Naxçıvan istiqamətinə keçirmək niyyətində olub (Ermənistan MEA-nın
2000-ci il iyulun 21-ə olan hesabatı. Hesabat doktor O.D.Qalabekyanın imzası ilə
hazırlanıb. Toksikoloji nəticələr iclasının yekun sənədi, səh. 9).
Təbii ki, Azərbaycan istiqamətində bu məsələnin reallaşması şansı az idi.
Lakin erməni alimlərini qorxudan bu olub ki, Azərbaycan ərazisində əsən küləklər
tez-tez istiqamət və sürətini dəyişdiyindən hər şey əksinə alına bilər. Onları, nə
qədər də qəribə olsa, bu qənaətə Moskva Federal Elmi-Tədqiqat Mərkəzinin
(mikrobiologiya üzrə) professoru A.Proxorov gətirib. Yerevan Toksikoloji
Araşdırma Mərkəzinə bu addımın törədə biləcəyi əks-zərbələrin nəticəsini
açıqlayıb (həmin sənəd, səh. 21). Lakin artıq Yerevanda «Sibir xorası»nın, yəni
qarayara viruslarının oyanması üçün nəzərdə tutulan mexanizm «Akstark-2»-də
quruldu. Bu isə ediləcək cinayətlərin başlanğıcı olaraq qalır. Bilavasitə insan
orqanizmindəki «Sİ-Sİ-ER 2» və «Sİ-Sİ-TN 5» genlərini şikəst edən və insan
ömrünə balta vuran «Sibir xorası» - qarayara viruslarının Ermənistan ərazisində
olması, işğal olunmuş yurd yerlərimizdə elmi laboratoriyaların tikilməsi məsələni
daha da ciddiləşdirir.

Rövşən Cəlilabadlı
Genetik Araşdırmalar üzrə mütəxəsis
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ