Ermənilərin "Allahın ordusu" və "Vətən cəngavərləri terror təşkilatı ":Azərbaycana Qarşı Məxfi Genosid Planın gizlinləri !!!!
Tarix: 11-04-2020, 00:10
Google+ Paylaş
Tumblr Paylaş

Ermənilərin "Allahın ordusu" və "Vətən cəngavərləri terror təşkilatı ":Azərbaycana Qarşı Məxfi Genosid Planın gizlinləri !!!!

11-04-2020, 00:10

Araşdırma materiallarında qeyd olunur ki, erməni işğalçıları Azərbaycan
ərazilərində etdikləri terror əməlləri ilə bağlı dünya mətbuatı səhifələrinə çıxanla
biləcək ən kiçik informasiyanın yayınmaması üçün «Qaranquş» adlı xüsusi qruplar
yaradıblar. Təşkilatın üzvləri birbaĢa xarici ölkələrdə məskunlaşmış erməni diaspor
təşkilatları ilə, icma üzvlərilə, kilsə şurası ilə əlaqəyə girir. Qarabağ istiqamətində
məlum olan erməni cinayətlərinin ört-basdır edilməsində xüsusi canfəĢanlıq
göstərirlər.

Məsələn, erməni ideoloqları Los-Ancelsdə (ABŞ) Qarabağ
həqiqətlərinin qarşısını almaq üçün 2002-ci ildə 370 min, 2003-cü ildə 400 min,
2004-cü ildə 440 min, 2005-ci ildə 460 min ABġ dolları vəsait sərf ediblər.
Ümumiyyətlə, Yerevan Azərbaycan istiqamətində antiazərbaycan siyasətini
yürütmək üçün 2010-cu ilədək 19 milyon ABŞ dolları vəsait ayırıb. Bunun da 75
faizi İsveçrə, Kanada, Fransa, ABŞ-ın payına düşür (?).
Hələ 2000-ci ilin 25 iyununda Beyrutdakı Ümumerməni Kilsə ġurasınm
çıxardığı «Erməni üçün bərabər pay bölgüsü» qətnaməsinin girişində yazılırdı:
«Böyük Ermənistan torpağı uğrunda vuruşan və əsasən Dağlıq Qarabağda -
Artsaxda (Xankəndi) düşmənə qarşı azadlığı və vətən sevgisi üçün meydanlara
atılan «ASALA» ordusunun böyük əsgərlərinə hörmət və ehtiramla ayrılmış pay
bölgüsünü qurtardıq. «ASALA» bizim nəzərimizdə «Vartan cəngavərləri»dir.
«Vartan cəngavərləri» «ASALA»nm döyünən ürəyi və vuran əlidir. Düşünən
beyni, eşidən qulağı, görən gözüdür» (Livan. «Aztaq» erməni qəzeti.
Daşnaksütyun Partiyasının orqanı. 27 iyun 2000-ci il nömrəsinə əlavə, səh. 2).
2001-ci il fevralın 4-də isə ġuranın katibliyində beynəlxalq əlaqələrə baxan,
1964-cü ildən 1985-ci ilədək Sumqayıt şəhərində pasport qeydiyyatında olan
mühəndis Qurgen Matesxoviç Seraqanyan Roma İlahiyyat Akademiyasının üzvü
Xose Luisa ġaneyə göndərdiyi məktubda xahiş edir ki, «erməni mənəviyyatı və
əqidəsi uğrunda vuruşan» «Vartan cəngavərləri»nin katolik kilsəsinin məxfi ordusu
kimi qüdrət və güc sahibi olan «OPUS DEI» («Allahın ordusu») ordusu ilə
əlaqələrində yardımçı olsun. Onun fikrincə, «yer üzündə elə bir millət tapılmaz ki,
erməni milləti qədər atdığı addımlarda Allahın əmri və hökmü olmasın».
2001-ci il martın 9-da Livanın Sayda liman şəhərindəki Dini Mərkəzdə
Roma katolik kilsəsinin «Allahın ordusu» ilə «ASALA» erməni terrorçu hərbi
korpusunun bir qolu olan «Vartan cəngavərləri» arasında «Yardım aktı» imzalandı
və qəbul olunmuş müştərək bəyannaməyə əsasən qeyd olundu: «Biz ulduz kimi
parlamaq, yerə və göyə sahib olmaq istəyiriksə, heç kəsə inanmamalı, heç kəsi
özümüzə dost hesab etməməliyik. Qoy, hamı bizim dostumuz olsun.
Məhəbbətimizi və istəyimizi bildirmədən əqidə və torpaq uğrunda vuruşmalıyıq».
«Allahın ordusu»nun məxfi «İcmal» bülletenində isə qeyd edilir: «Bizim ən
böyük ambisiyalarımız özünü həyatın siyasi, dini, iqtisadi, mədəni sahələrində
daha qabarıq göstərir. Biz bütün məsələlərə sivil qaydada yanaĢırıq». (Yanvar,
2000-ci il. № 2, səh. 11).
Əslində «Vartan cəngavərləri»nin fəaliyyət prinsipinə Roma katolik
kilsəsində yaxşı bələd idilər. «Vartan cəngavərləri» artıq «ASALA»nın ən
möhtəşəm silahlı birləşməsi kimi özünü tanıda bilmişdi. Məsələn, Xocalıda həlak
olanların bir qisminin ayaqlarında, sinə və sifətlərində belə işarələr var idi: «B»,
«A», «S», «M». Bütün bu hərflərin küt erməni bıçaqları ilə bədənə «yeridildiyi hiss
olunurdu».
«Vartan cəngavərləri»nin «ASALA»nın bir qolu olması haqqında həm
MKİ-də (ABŞ), həm «Mİ-6»-da (İngiltərə), həm «MOSSAD»da (İsrail), həm
«MİT»-də (Türkiyə), həm «BND-5»-də (Almaniya), həm RTX-də (RF), həm «ETTELAAT»da (İran) kifayət qədər informasiya var. Buna baxmayaraq, Beyrutda və
Parisdə məxfi Baş Qərargahını yaradan (1986-cı il iyulun 4-də) «Vartan
cəngavərləri»nin - terrorçu bir qurumun imzası Ağ Evdə (ABŞ) göründü.
«Vartan cəngavərləri»nin Dağlıq Qarabağla əlaqədar ilk məktubu 1998-ci il
yanvar ayının 7-sində Prezident Bill Klintona təqdim edildi. Məktubu iş adamları
və diaspor nümayəndələri (O.Babayan, S.S.Soleymanyan, T.ġ.Badamçıyan,
Q.Qriqoryan, L.ġaqen, F.Petrosyan) imzalamışdılar. 2001-ci il martın 12-də isə
həmin məktub bir qədər təzələndi. Bu dəfə «Vartan cəngavərləri» eyni adlı və eyni
məzmunlu məktubu ABŞ Prezidenti Corc Buşa ünvanladılar. «Vartan
cəngavərləri»nin imzaladıqları məktub da əvvəlki kimi, bədnam «907-ci düzəliş»lə
bağlı idi. Üstündə əl gəzdirilmiş məktubda «cəngavərlər» yazırdılar: «Cənab
prezident! Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnun alternativi
yoxdur. Əsas hüquq - seçmək azadlığı olmadan möhkəm sülh ola bilməz. DQ xalqı
bu hüququ ağlasığmaz qurbanlar bahasına qazanıb. Birləşmiş ġtatlar bu əsas
hüquqdan dincliklə istifadə etməyə çalışan Qarabağ xalqının tərəfində durmalıdır.
Məhz həmin prinsiplə Birləşmiş ġtatlar köhnə xətt tutan, qonşulara qarşı
iqtisadi blokadanı genişləndirən və müntəzəm dəstəkləyən, birliyə kömək etməyən,
Ermənistan və Dağlıq Qarabağ xalqının başına olmazın müsibətlər gətirən, irqçilik
şüarlarından istifadə edən Azərbaycan hökumətinə haqq qazandırmamalıdır. ABŞ
Konqresi Azərbaycan hökuməti tərəfindən təcavüz siyasətinin əleyhinə olduğunu
bir sıra hallarda bildirmişdir. Hökumət konqresin tutduğu prinsipial mövqeyi
dəstəkləmir. Azərbaycana və regionun basqa ölkələrinə dentək lazımdır ki, Dağlıq
Qarabağın təhlükəsizliyi üçün yeganə təminat onun özgələcəyini seçmək
hüququdur».
Məktubun məzmunu yəqin ki, sizə tanışdır.

Terror təşkilatının Dağlıq Qarabağ istiqamətində nəzərdə tutduğu 28
səhifəlik strateji tədbirlər planına 1998-ci ildə 16 səhifə əlavə edildi. Terrorçular bu
dəfə işğal olunmuş Qarabağda öz məqsədlərini dörd istiqamətdə yekunlaşdırdılar:
l. Nüvə terrorizmi (Həsənli, Ağdaban, Kuropatkin, Xanabad)
2. Bioloji terrorizm (Kiş, Aşağı Veysəlli, İstisu)
3. Kimyəvi terrorizm (Havıslı, Vejnəli)
4. Kompüter terrorizmi (Şuşa, Xankəndi).
Nüvə terrorizmi ilə bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ekspertləri
Yaxın Şərq və Cənub Şərqi Asiya Komitəsinin belə bir məsələsini çatdırıblar ki,
Əfqanıstan, eləcə də MDB ərazisi narkobiznesin, silah alverinin, nüvə materialları
qaçaqmalçılığının «körpüləri»dir. Bu həyəcanlı çağırışa ABŞ prezidenti 13.129
nömrəli sərəncamla cavab verdi.
(Presidential Documents Executive Order 13.129. Property and Prohibitinq
Transactions With the Taliban - Federal Register. Vol. 64, № 13.129)
Nüvə terrorizminə 1986-cı ildən 1992-ci ilədək Yerevan Fizika institutunun
əməkdaşı olmuş fizika elmləri namizədi Stepan Baqdasaroviç Əmiryanın qrupu
başçılıq edirdi. Bioloji terrorizmlə isə kimya üzrə ixtisaslaşan və uzun müddət
Yerevandakı 4, 8, 12 nömrəli əczaxanalarda işləyən doktor Tamara Saatovna
Lеpardian məşğul oldu. Kimyəvi və kompüter terrorizmləri isə bilavasitə Dağlıq
Qarabağdakı ordu birləşmələrinin BQ-na keçirildi.
Qarabağ ərazisində yaradılmış və doqquz müxtəlif qrupa bölünmüş
«Yardımçı» silahlı dəstələrin üzvləri isə 1999-cu il avqustun 3-dən etibarən öz
silahlarını qondarma «respublika»nın «Müdafiə Nazirliyin»-də qeydiyyatdan
keçirdilər. Bu doqquz qrupun üzvləri də əsasən işğal olunmuş ərazilərdən
Azərbaycan istiqamətində fiziki, mənəvi və iqtisadi terror planlarının icrası üçün
təlimatlandırıldılar: Şuşadan təqribən 2 km aralı qərb istiqamətindəki Xəlifəli
yaşayış ərazisində, Cəbrayılın mərkəzindən 1,5 km aralıda yerləĢən Xorovlu
kəndində, Qubadlıda isə mərkəzdən şərq istiqamətdə.
Araşdırmalarımızdan bu da aydın oldu ki, 1999-2001-ci illərdə Atom
Enerjisinə və Nüvə Tullantılarına Beynəlxalq Nəzarət Agentliyinin yüksək çinli
məmurları dünyaya səs saldılar ki, MDB ölkələri ərazilərində «nüvə mafiyası»
yaradılıb. Tarixdə və siyasi həyatımızda ilk «nüvə ordusu» termini vətəndaşlıq
hüququ qazandı. MDB məkanında bu adı da qazanan, bu adla çağırılan Atom (bu
onun doğma adıdır) Abramoviç Melkonyan oldu.
1999-cu ildə ermənilər Kəlbəcərin Çaykənd yaşayış ərazisində rus
mütəxəssislərinin köməyi ilə nüvə tullantıları anbarını inşa etdilər. Qəribə idi ki, bu
anbara nəzarət 1999-cu il mayın 19-dan Ermənistan ərazisinə daxil olan bir qrup
Əfqanıstan və Pakistan vətəndaşına həvalə edildi. Əslində bu adamların
Ermənistana, oradan da işğal olunmuş Qarabağ ərazisinə «pənah gətirmələri»ndə
heç bir dolanışıq və iqtisadi məqsəd yox idi. 1999-cu il martın 27-də əfqan
qrupunda Ermənistana gələn və ölkənin fizika institutlarının birində təhsil almaq
üçün «Vətən» cəmiyyətinə müraciət edən Məhəmməd Murad Yerevan
Təhlükəsizlik Xidmətinin yüksək çinli məmuru tərəfindən «Armeniya»
(Ermənistan) mehmanxanasının 5-ci mərtəbəsinin 59-cu otağına söhbət üçün dəvət
edilir. Əfqan Məhəmməd Murad 1999-cu il sentyabrın 17-də «Wagt» («Zaman»)
qəzetinə (Lahorda nəşr edilir) verdiyi müsahibədə (səh. 3) Yerevan Təhlükəsizlik
Xidmətinin polkovniki Serj Samvelyanın adını çəkir və iddia edir ki, təhlükəsizlik
polkovniki nüvə materiallarının qeyri-qanuni satılmasında, qaçaqmalçılığında
adına «Yusuf oba» deyilən qrupla əlbirdir. 1989-cu ildən Əfqanıstanın Pişavər
yaşayış ərazisində əfqan ərəblərinin kəşfiyyat dəstəsində xidmət edən Məhəmməd
bunu da etiraf edir ki, o, öz yoldaşları ilə Ermənistana və Dağlıq Qarabağa məhz
nüvə materiallarından ötrü gəlmişdi. O, üç ay polkovnikin nəzarəti ilə «Yusuf
oba»nın qrupunda İrana, traqa tərkibində 239 izotopu olan nüvə birləşməsini -
plutoniumu aparıb.
«Əfqan ərəbi» bunu da qeyd edir ki, Yerevana bu nüvə materialı xüsusi
təyyarə marşrutlarında, kompüter dəstlərinin və hərbi sursatların arasında gətirilir.
O, müsahibəsinə belə yekun vurur: «Yerevanda «nüvə oğruları» deyilən bir dəstə
mövcuddur. Onların geniş əlaqələri və imkanları var. Bu nüvə oğrularının 1999-cu
il avqust ayının 28-dək baş qərargahları, məĢvərət ocaqları elə Yerevanın özündə
idi. Bütün qapalı söhbətlər və mənə edilən təkliflər MN-də, 14-cü otaqda baş
verirdi. 1999-cu il sentyabrın 4-dən bu məĢvərət ocağının bir hissəsi Artsax
(Xankəndi) mərkəzinə keçirildi. Vyanada baş tutan konfransda atom enerjisinə və
nüvə tullantılarına nəzarət beynəlxalq mərkəz belə bir bəyanat verdi: «Sənədlər
təsdiq edir ki, Üsəma bin Laden nüvə silahı üçün nəzərdə tutulan texnologiyaya və
materiallara malikdir».
Yerevan Təhlükəsizlik Xidmətinin polkovniki Serj Gevorkoviç Samvelyan
da «Vartan cəngavərləri»nin bilavasitə «nüvə terrorizmi» qrupuna başçılıq edən
Stepan Baqdasaroviç Əmiryanla eyni cərgədə, eyni siyahıda dayanırdı. Çünki
təhlükəsizlik polkovnikinin əli artıq Rusiya Federasiyasının nüvə anbarlarınadək
gedib çıxırdı.
Ermənistanda «nüvə məsələləri»lə (nüvə mafiyası ilə) məşğul olan şirkətlər
önündə «Razdanmaş», «Jak-Mak Metalz», «Arşavir», «Akopyan» (geyim istehsal
edən fabriklə qarışdırmayın), «Vartanoyl» şirkətləri gedir. «Jak-Mak Metalz»
(1947-ci ildən), «Akopyan» (1998-ci ildən) Qarabağda məxfi elmi-tədqiqat
laboratoriyaları da açıblar. Hətta «Vartanoyl» qrupunun Naxçıvan zonasında 2002-
2005-ci illər üçün nəzərdə tutduqları «Uran axtarışı proqramı» var.
«Jak-Mak Metalz» şirkəti işğal olunmuş Qarabağ ərazisində ötürücü və
yaxud əlaqələndirici rolu icra edir. Məsələn, şirkət 2000-ci il noyabrın 16-dan 20-
dək bu ərazidə Ukraynadan gətirilmiş və yaxud gizli yolla əldə edilmiş raket
texnologiyası üçün lazımlı olan 650 heroskopun, 146 ədəd hərəkət-uçuş mexanizmi
sistemində istifadəsi nəzərdə tutulan polad örtüyün və əyləclərin İrana və İraqa
yola salınmasında Zəngilan, Cəbrayıl sərhəd keçid məntəqələrinin köməyi ilə birgə
işləmişdir. Digər tərəfdən, Dağlıq Qarabağ ərazilərinə daşınmış «S-300» və
«Tayfun» raketlərinin modernləşdirilməsi yolunda da maraqlı üçtərəfli tədqiqatlar
aparılır. Bu raket texnologiyası istiqamətində 2000-ci il iyulun 23-də Moskva+
Pekin+Yerevan danışıqları da var. Bu istiqamətdə professor Kim Jen Sen +Viktor
Mixaylov + Ter-Avakyan (Ermənistan) qrupu da öz işlərini davam etdirir. Kim Jen
Sen Pekində nüvə tədqiqatları, eləcə də lazer istiqamətində araşdırmalar aparan
mütəxəssisdir, Çin Müdafiə Nazirliyinin ETM-də çalışır. Viktor Mixaylov Saratov
şəhərindəki nüvə mərkəzinin aparıcı elmi mütəxəssisidir. 2000-ci il iyulun 9-dan
12-dək İranın «şüa» sənaye konserninin əməkdaşları da Qarabağda, eləcə də
Yerevanda bu işlə məşğul olan şirkətlərlə iş birliyi qurmaq üçün bu regionlarda
göründülər. Çünki Yerevanı da, Moskva və Tehranı da lazerlər vasitəsilə güclü
enerjinin alınması məsələsi çox düşündürür. Onlar ABŞ mütəxəssislərinin «ABL»,
«Alrha», «Thel» raket texnologiyasında lazerdən istifadə proqramlarını araşdırdılar
və birlikdə «High-Power Lasers in Energy Engineering» («Lazerdən güclü
enerjinin alınması») proqramı irəli sürüldü, müĢtərək müqavilə imzalandı.
2001-ci ildə Xankəndidə Moskvadakı «VPK MAPO» - ETM-nin də filialı
açıldı və filial işlərini güclü proqramla həyata keçirmək üçün «Razdanmaş» sənaye
mərkəzilə əlaqələr qurdu. Xatırladaq ki, «VPK MAPO» mərkəzi reaktiv sərnişin
təyyarələrinin layihələşdirilməsi və reallaşdırılması istiqamətində işlər görür. Məhz
bu mərkəz ötən il Bağdadda reaktiv təyyarə mühərriklərinin istehsalı üçün 145
milyon ABŞ dollan dəyərində lisenziya satıb. Mühərrik raket texnologiyasında
geniş istifadə edilir. Hazırda DQ ərazisində ermənilərin yeni dərman fabrikinin
tikintisi məsələsi də meydana atılıb. Bu istiqamətdə hələ Ermənistan hökuməti
1996-cı ildə təkliflə çıxış etdi, lakin işlər yarımçıq qaldı. İşğal olunmuş ərazilərdə
smeta dəyəri 14 milyon 650 min ABġ dolları olması nəzərdə tutulan dərman
fabrikinin inşasında Yerevan+Tokio+Tehran əməkdaşlığı 2001-ci il dekabrın 24-
dən qüvvəyə mindi.




Rövşən Vəliyev

Milli Təhlükəsizlik məsələləri üzrə ekspert

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ