Genetik Məxfi Planlar:  və yaxud Genetik Çatışmazlıqlarla Nəticələnən Uşaq Doğuşlarının PərdəArxası Gizlinləri
Tarix: 10-04-2020, 21:43
Google+ Paylaş
Tumblr Paylaş

Genetik Məxfi Planlar: və yaxud Genetik Çatışmazlıqlarla Nəticələnən Uşaq Doğuşlarının PərdəArxası Gizlinləri

10-04-2020, 21:43

Ekoloji cəhətdən təmiz olan bahalı məhsullar qarşısında tərkibində genetik cəhətdən modifikasiya edilmiş orqanizm (GMO) olan ucuz məhsulların üstünlüyü və çatışmamasına dair mübahisələr uzun illərdir ki, səngimək bilmir. Amerikalı ekspert Rod Hanter (Rod Hunter) hesab edir ki, biotexnoloji bitkilər dünyada qida məhsullarına artan təlabat probleminin həllinin bir hissəsidir, lakin bir çox istehlakçılar ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarına görə daha pul çox ödəməyə hazırdırlar.

Avropa və ABŞ-da tərkibində GMO, kənd təsərrüfatı və qida kimyası olmayan məhsullar çoxdan populyardır. Təbii təsərrüfata kimyəvi gübrələr tətbiq edilmir. Ziyanvericilərlə mübarizədə bioloji və fiziki üsullardan istifadə olunur. Becərmə prosesi çox zəhmət tələb etdiyindən, təbii məhsullar, insan sağlamlığına təsiri hələ tam müəyyən edilməyən GMO məhsullarını qiymətdə üstələyir. Genetik Təhlükəsizlik Ümummilli Assosiasiyasının prezidenti Aleksandr Baranovun sözlərinə görə, ölüm göstəricilərinin artması və doğum göstəricilərinin azalmasının rekord həddə gəlib çıxmasına səbəb ənənəvi qidalanmanın dəyişdirilməsi və GMO-lu məhsullardan gündəlik istifadə olunmasıdır. «Mən həkimlərin məlumatlarına istinad edirəm. Bu gün uşaqların 30 faizinin genetik çatışmazlıqla doğulması əsassız deyil», - deyə Baranov bildirib.
«Biz son qırx ildə ərzaq qiymətlərinin azalmasının fermer təsərrüfatı məhsuldarlığının davamlı artımına səbəb olmasının şahidi olmuşuq. Kənd təsərrüfatında kənd təsərrüfatı (Yaxşı məhsuldarlıq göstəriciləri ilə ştamm seçimi) kimyası (Gübrə, genisey) və biologiyasından istifadə kimi, mexanikləşdirmə də fermer təsərrüfatının artan istehsal potensialı üçün böyük əhəmiyyət kəsb edir», - deyə Hudson İnstitutu Dünya Ərzaq Problemləri Mərkəzinin direktoru Hanter bildirib.
«Nəzəriyyəyə görə, müxtəlif kənd təsərrüfatı bitkiləri ziyanvericilərə, quru iqlim şəraitinə daha davamlı olmalı, pestisidlərə az xərc tələb etməlidir. Biz yalnız indi istehlakçıların tələblərini ödəməkdə fermerlərə kömək edəcək biotexnologiyanın potensial imkanlarını başa düşməyə başlayırıq. Dünyada becərmə torpaq sahələrinin məhdudluğu ilə əlaqədar, biz artan ərzaq tələbatını ödəmək üçün bu torpaqları daha da məhsuldar etməkçün yeni ixtiralardan istifadə etməliyik»- deyə Hanter bildirib.
Ekspert güman edir ki, şübhə yoxdur ki, istehlakçılar ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarına daha çox pul ödəməyə hazırdırlar. «Üzvi məhsul bazarında daha çox təlabat Avropa və ABŞ-da müşahidə olunur. Lakin «üzvi məhsulların» istehsalı qarşısında köhnə kənd təsərrüfatı texnologiyalarının dəyər üstünlüyü var və bütün istehlakçılar qiymət fərqini ödəməyə hazır deyillər», - deyə ekspert hesab edir. Hanterin rəyinə görə, bundan əlavə, bir çox biotexnoloji bitkilər ətraf mühit üçün onların adi analogiyasından az zərərlidir. O bildirib ki, bu məsələnin həlli açarı, seçimin istehsalçıların öhdəsinə buraxılmasından ibarətdir.
Amerikalı ekspert Denis Averi (Dennis T. Avery) hesab edir ki, ümumiyyətlə, üzvi fermerlilik nəticəsində alınan məhsul adi yolla əldə olunan məhsulun yarısını təşkil edir. «Bu o deməkdir ki, üzvi kənd təsərrüfatının inkişafı nəticəsində, dünya əhalisinin yarısı ac qalacaq, toxunulmamış təbiətin salamat qalan hissəsi isə, külli miqdarda az məhsuldar bitkilərin becərilməsi üçün məhv ediləcək», - deyə Hudson İnstitutunun Dünya Ərzaq Problemləri Mərkəzinin direktoru Averi bildirib. O hesab edir ki, üzvi qida sağlamlıq və qida təhlükəsizliyi baxımından üstünlük vəd etmir.
«Bu, bu günə qədər tarixdə müşahidə olunan ən pis qiymət-faydası nisbətlərindən biridir», - deyə Averi bildirib.- Digər tərəfdən, GMO da çıxış yolu deyil. Ekspert misal olaraq «Science» jurnalında dərc olunan «Qızıl Düyü» (Genetik cəhətdən şəklini dəyişmiş məhsul) layihəsinin uğursuzluqla nəticələnməsi barədə məqaləni göstərib. Onu hazırlayanlar milyonlarla uşağın kor olmasının və avitaminozun qarşısını alacaqlarına ümid edirdilər.
Avropa İttifaqının 25 ölkəsində aparılan sorğu Avropa İttifaqı vətəndaşları arasında GMO ilə bağlı təhlükənin yüksək səviyyədə olmasını göstərir.

Firəngiz Suleymanova
Zamina Agayeva

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ