KQB-nin "Gecə Kəpənəkləri ":dosyedəki  "elit fahişələr" , "valyuta alverçiləri", "beş ulduz" mehmanxanalar, bahalı restoranlar
Tarix: 9-03-2020, 02:21
Google+ Paylaş
Tumblr Paylaş

KQB-nin "Gecə Kəpənəkləri ":dosyedəki "elit fahişələr" , "valyuta alverçiləri", "beş ulduz" mehmanxanalar, bahalı restoranlar

9-03-2020, 02:21

Bir zamanlar insanlar fahişəliyin SSRİ-də mövcud olmadığına inanır və bu məsələni qəbul belə etmirdilər. Çünki sovet adamı obrazına zorla salınmış kütlələr ideoloji təbliğatın təsiri altına salınır, beyin yuma texnologiyaları bir çox məsələrdə insanların şüur altına bu cür güclü sirayət edir, ardıncaa da adıgedən təbliğat maşını siyasi idarəçilik sisteminin işini çox sürətlə asanlaşdırmaqla, kütlələri əsl həqiqətdən uzaq salmaqa müvəffəq ola bilirdilər.Ancaq əsl həqiqət bir çox gizlinlər, çirkablarla müşayat edilən hadisələr, sovet xalqı deyilən kütlənin düz burunun ucundaca dövr edirdi. Fahişəlik adlandırılan ən qədim peşənin sahibləri də həmçinin bu dönəmlər də özünün çiçəklənmə dövrünü yaşayırdı. Əlbəttə, bu çox qapalı şəkildə baş verirdi, insanların diqqətini kütləvi cəlb etməməklə sakit dinməz lal həyatını yaşamaqla məşğul idi.
Sovet ideoloqlarının "çürüyən qərb " adlandırdıqları Avropa ölkələrində olduğu kimi burda da fahişəlik daha mürəkkəb, bahalı, və təhlükəli yollarla öz ehtiyacını təmin etmyə səy göstırirdi.

Ünvanlı, ünvansız fahişələr

1956-cı ildə Sovet Cinayət Axtarış İdarəsinin 9-cu şöbəsinin əməliyyatçıları tərəfindən Leninqradda qeyri-leqal fahişəliklə məşğul olan 600 qadın haqqında tərtib etdikləri çox maraqlı bir sənəd olduqca diqqətçəkəndir; beləki əməlliyyat-istintaq qrupunun tərtib etdiyi bu sənəddə adıgedən fahişələrin daha çox Leninqradın,(indiki Sankt Peterburq) qatar stansiyalarında, şəhər meydanlarında,, bahalı restoranlarda müştəri cəlb etmələri haqqında danışılrdı.

Leninqradda fahişələrinin izinə düşən əməliyyatçıların araşdırmalarına görə, fahişələrin iş metodu praktiki olaraq digər ölkələrdə olduğu kimi eyni idi ; yəni qızlar müştərilərini ya öz evlərinə, ya da xüsusi zibilxanlara dəvət edir,əksər hallarda isə əvvəlcədən sövdələşdikləri və tək yaşayan yaşlı " nənə " lərin mənzillərinə çağırırdılar.





Hətta taksidə, sakit bir binanın girişində, pilləkənlərdə, gediş- gəlişi az olan həyətlərdə də (Leninqradda belə məkanlar çox idi) fahişələr müştəriləri ilə cinsi əlaqədə olmağa səy göstərirdilər.

SSRİ-də bir fahişənin qiyməti neçəyə başa gəlirdi ?

Əllinci illərdə "gecə kəpənəkləri" xidmətlərinin müqabilində qiymətlər 25-100 rubl arasında dəyişirdi, bu 1961-ci il islahatından əvvəl pul baxımından 2.5 ilə 10 rubl arasında idi. SSRİ-də bir şüşə araq (Əfqanıstandakı müharibədən əvvəl) 2.87 rubla başa gəlirdi, yeməkxanada yaxşı bir nahar bir rubl idi. Buna görə də bu qiymətlərin kiçik və ya böyüklüyü həmən illərin sosial yaşayışı ilə daha çox müəyyənləşirdi.

Ən maraqlısı isə bu illərdə sovet sosialist sisteminin dəmir qanunları bütün sahəlrdə, cəmiyyətdə öz sərtliyi ilə seçilsə də, ancaq fahişəlik bu dəmir əlin ovcuna düşmürdü.Yəni de-yure fahişələr haqqında qanun hələki bu peşənin sahiblərindən çox aralı ötüb keçirdi. Sovet mətbuatı ümumiyyətlə fahişəliklə bağlı bir kəlmə də yazmır, bu məsələnin üstündən sanki heç nə baş vermir kimi susub adlayırdı.Ancaq əvəzində fahişələr onlar üçün nəzərdə tutulmayan qanunların boşluğundan sui- istifadə edir, tez- tez fəaliyyət göstərdikləri məkanlarda sərxoşluq edir, səs-küy salır, xırda xuliqanlıqa da əl atmaqdan çəkinmirdilər.

Ancaq zaman keçdigcə fahişələrin daha fəal mövqe tutması, ideoloji sistemə uyğun gəlməyən, cəmiyyətə zidd zərərli peşəni leqallaşdırmağa cəhd etmələri güc strukturlarını hərəkətə gətirməyə sövq etdi. Artıq SSRİ-nin bir çox iri şəhərlərində fahişəliklə məşğul olanlara qarşı mübarizə metodları genişləndirildi, mütamadi reydlər həyata keçirildi, mətbuatda ara-sıra bu məsələ gündəmə belə gətirilməyə başladı.Təkcə milis deyil, həmçinin " könüllü drujinaçılar "," milisə dəstək briqadaları " da bu işdə fəal işitirak edirdilər.Get-gedə fahişəliklə məşğul olanların yolu milis bölmələrinə düşməyə başladı.
Sovet fahişələrinin həyatında maraqlı bir mərhələ 1970-ci illərin əvvəllərində özünün növbəti mərhələsinə addım atdı. Kriminalistlərin apardığı araşdırmalara görə, sözügedən illərdə xarici ölkə vətəndasşları ilə valyutaya işləyən qondarma "elit fahişə" kateqoriyasına aid təbəqə meydana çıxdı. Qaçaqmalçıılqda olduğu kimi, otellərin idarə edilməsi, görüşlər üçün yerlərin verilməsi, restoranlara nəzarət(tabellərdə himayədarlıq şərtləri verilmiş şəxslər) və s. işlərdə bütün strukturlar bu məsləyə cəlb edilmişdi.

KQB-də fahişələrin işi
Bu illərdə KQB vəziyyətdən yararlanmağın fürsətini qaçırmamağı qarşısına məqsəd kimi qoydu; beləki KQB, SSRİ-yə gizli valyuta gətirənləri ovlamaq və onları gələcəkdə əməkdaşlıqa cəlb etmək ünün "elit fahişə"lərin yağlı müştəri "tutmaq " məharətindən çox asanlıqla istifadı edə bildi.
Beləcə," elit fahişə " deyilən qruppa bundan sonra KQB-yə işləməyə başladı.Tapşırıqlar çox fərqli idi; bu və digər məlumatı gələcək müştəridən almağı bacarmaq, onları izləmək, lazımi adamların sənədlərinin surətlərini çıxarmaq və s.

Fahişələrin KQB ilə əlaqəsi xüsusilə SSRİ-də keçirilən bir neçə beynəlxalq tədbirdə daha yadda qalan olmuşdur. 1980-cı ildə SSRİ-də keçirilən Yay Olimpiadasında "elit fahişə "lər KQB-nin bütün göstəriş və təlıimatlarını uğurla həyat keçirmiş və bu işdə KQB- nin işinə əməllicə yaramışdır. Olimpiadanın keçirildiyi müddətdə işə cəlb edilən fahişələr Moskvanın "Rusiya", "Metropol", "İnturist", "Belqrad "otellərində gecə- gündüz işləmiş və həmçinin, Kiyevin "Rus" otelindəki bütün fahişələr Kiyevdən Olimpiadaya aparılmış, yalnız onlara valyuta buraxararaq, rahat işləmələri üçün girişlərinə imkanı vermişdir. Ancaq rejim, siravi vətəndaşlar üzünə həmən müddətdə oteli bağlamışdı.

Fahişəlikdə iyerarxiya haqqında da bir az danışmaq yerinə düşəndir.Beləki, bu təbəqələşmə həmən illərində ortaya çıxdı və indikindən çox da fərqlənmir. Üst bağlantda yer alan fahişələr, daha bahalı otellərdə işləyən "elit valyuta tacirləri"dir.Bu kateqoriyadan olanlar daha çox xüsusi xidmətə bağlı fahişə təbəqəsidir. Bu təbəqə ən çox xüsusi məxfi sifarişləri yerinə yetirir və fəaliyyət göstrərdiyi yeri göz bəbəyi kimi qoruyur. Aşağı qatda olanlar adi rublla işləyən fahişələr idi; əksər hallarda bu aşağı kateqoriyanın sahibləri ucuz restoran və kafelərdə, kasıb mənzillərdə, zibilxanalarda müştərilərlə alış-veriş edirdi. "Valyuta tacirlərindən" fərqli olaraq, ucuz fahişəliklə məşğul olanlar, əlavə gəlir əldə etmək üçün
bütün çirkli sifarişləri belə qəbul etməyə hazır idi.

Ən "aşağı kasta" ya məxsus qadınlar, adi küçə, qatar və ya yol fahişələri hesab edilirdi. Bu kateqoriyaya aid fahişələr ən çox sürücülərin cinsi tələbatının ödənilməsi müqabilində pul qazanırdılar. "Aşağı kasta" da qərar tutanlar, bəzən yaxşı pul da qazana bilirdilər. Çünki Bu tip fahişələr cinayət dünyası ilə bağlı idilər və oğrular, quldurlarla iş birliyinə getməkdən belə çəkinmirdilər.



Nəhayət, səksəninci illərin sonlarında, perestroykanın başlanğıcı ilə fahişələr də cəmiyyətdə daha cəsarətli və açıq fəaliyyətə başladəlar.


Runetdəki forumlardan birində həmin illəri xatırladıqlarıbelə bir tezis yada düşür:

"1983-1989-cu illərdə bir valyuta uğrunda savaş 50 dollara, bir sovet fahişəsinin gecə 200-300 dollara başa gəldi ... şünki qızlar ekstra sinif idi,- ali təhsilli, dilləri yaxşı bilirdi və hər kəs xüsusi şöbədə qeydiyyata alındı ​​ ”
Forpost Təhlil Mərkəzi
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ