Tərs paralellərdə itmiş (itirilmiş) dünya
Tarix: 25-02-2020, 23:15
Google+ Paylaş
Tumblr Paylaş

Tərs paralellərdə itmiş (itirilmiş) dünya

25-02-2020, 23:15

Elşad M. Turan




və ya Orta Doğudan Böyük Qafqaz Aşırımına kimi uzanan savaşın görünməyən gizlinləri


Nəzərə alsaq ki, Tarix,- bütün zamanlar üçün Vahid Dünya İdarəçiliyi üzərindəki Dəyişilməyən Qaydalar Çərçivəsində Təkrar Olunandır, bu zaman tünd, həmçinin kəskin siyasi boyalarla boyanıb, qarışıq rəng palitrası ilə seçilməyə zorlanan hazırki dünyanın geosiyasi və geostrateji peyzajı, bizi həmən gerçək, ziddiyyətli prosseslərə əyri və kor bucaqlar altından deyil, məhz düz və iti bucaqların prizmasından baxmağımıza sürükləyib, bir daha fürsət verir.Ardınca, gerçək realıqlar toplusu kimi diqqətçəkən və günümüzün içindən keçərək, növbəti yaşanmış prosseslər kimi artıq tarixə çevriləcək, ancaq həmən görəcəklərin və gerçəylərin nəticələrinin bu gün necə də PərdəArxası Qlobal Güclərin Maraqları konteksində fokuslaşdırılıb, fabrikasiya edildiyinin, hələ qabaqda gözlənilən daha ziddiyyətli, daha qabarıq, daha paradoksal, daha dağıdıcı, hətta bəşəriyyəti fəlakətlərin ağzına qədər itələyəcək hadisələrin tərs-perpendukilyar müstəvidə baş verəcəyinin də şahidinə çevrilməyimizi, bizi həmən tarixi prosseslər üçün ayaqda saxlamaqı özündə ehtiva edir.
Çünki Zamanın Ən Təhlükəli,Ən Paradoksal, Ən Daqıdıcı PərdəArxası Qlobal Güc və Söz Sahibləri, içində yaşadığımız hazırki real, köhnə dünyanı Uçurub, həmən Uçurduqları Köhnə Dünyanın Xarabalıqları Üstündə növbəti, daha Yeni, daha Təzə Dizayn, daha Fokuslaşdırılmış, daha fərqli Parametirlər ilə Seçilən GeoSiyasi, Geoİqtisadi, GeoStrateji( vahid siyasət, vahid iqtisadiyyat, vahid din, vahid mədəniyyət) konteksində Dizaynını Qlobal Projelərin Forma və Məzmununda Cızmaq uğrunda çox təhlükəli, sərt döngələri ilə diqqətçəkən, həmçinin total fəlakətlərə yol açmaqa meyillənən planlarının baş tutmasında görürlər. Bu konteksdə də, həmən Qlobal Güc Mərkəzləri uzun zaman Perioduna Hesabladıqları Strateji Planlarının Müstəvisində Paradoksal Gərginlik üçün Faydalı İş Əmsalına Çevrilən həmən mövcud və təhlüklərlə dolu gerçəklərin gətirdiyi( gətirəcəyi) total fəlakətlərin Mənfi Dinamik İndeksinin ölçü miqyasının hər gün, hətta hər an artmasına, dağıdıcı xarakter almasına da durmadan Qeyri-Sabit, ancaq Ənənəvi, İşə Yarayan Stimul verib, əndişələnməkdədirlər.
Bu gün real yaşanacaq total fəlakətlərlə üstündə yaşadığımız Yeri, içində yaşadıqımız dünyanı həyasızcasına yükləyib,insanlıqı daim qorxu və təhdid altında saxladıqlarını ciddi faktor kimi nəzərə alsaq, bu zaman həmən Qlobal PərdəArxası Güc Mərkəzlərinin istədiklıəri Siyasi Dividenti Qazanmaq Fürsətinə Sahib Çıxana qədər, SözüGedən və Mahiyyəti bütün Periodlar üçün Gizli Saxlanılan Planların Aktiv Pozada Qalacaqı Arqumentini də AdıÇəkilən Faktorlar SilSiləsinə əlavə etmək, düşüncəmizə görə AqlaBatan hesab ediləndir.
Beləcə,bu minvalla da, hazırki yaşanan reallıq,yaxın, ən yeni tarixin hələ bundan sonrakı mərhələlərdə də ağlasığmaz qlobal, bəşəri fəlakətlər, bəşəri cinayətlərə yol açacaqı, həmçinin şahidlik edəcəyi Faktorunun labüd, qaçılmazlığını get-gedə həqiqətə çevirmək gücünü Üçüncü Gözlə necə də çılpaqlığı ilə açıb göstərməkdədir. Çünki bu gün dünyanın ən iri, nəhəng media maşınlarının çarxında fırlanan( fırladılan) informasiya yalanları da məhz bu aspektən dezinformasiya şəklində de-şifrə edilib, Sürətli və Yüksək İnformasiya Texnologiyaları Vasitəsi ilə ötrülərək, gələcək Gizli Planların Alt Qatdakı Mahiyyətini Üst Qatının həmən de-şifrə edilən yalan xəbərləri ilə ört-basdır edib, uzaq hədəfə çatmanın predmetini həmən de-şifrə edilmiş yalanlarla dolu, üstəlik sentimentallığı ilə seçilən informasiyanın gücündə axtarırlar və bu istiqamətdə də Vahid Dünya İdarəçiliyi prinsiplərinin sərt, həm də bütün zamanlara Hesablanmış Pozulmaz Qanunlarını Tətbiq Etməyə Gecikmədən Tələsirlər.
Bu üzdən də, hazırki real, tərs paralellərdə İtmiş(İtirilmiş) dünyanın qarışıq rəng palitrası müstəvisində bütün baş verən paradoksal prosseslərin düzgün təhlili trayektoriyasını Siyasi Ritorik yox, Soyuq, həm də Məntiqi, Sağlam Siyasi Təfəkkürün Süzgəçindən Dupduru Keçirməyə bu gün çox Ehtiyac Duyulduqunun zorundayıq ; çünki dağıdıcı, həm də təhlükəlik əmsalı ilə seçilən, tez-tez dəyişilən Siyasi Anti-siklonlar ilə Müşayət Edilən prosseslərin içində yaşadığımız( dəyişdirilməyə məruz qalan) dünyanın üstündə istiqamət götürməsi(istiqamətləndirilməsi),labüd səciyyə daşıyandır. Bu üzdən də həm Dağıdıcılığı , həm də törədəcəyi Fəlakətləri ilə Seçilən, üstəlik Uzun Zaman Kəsiyində Dərin İz Buraxaraq, Yaddaşlardan Silinməyəcək sözügedən Siyasi Anti-siklonların qarşısında bundan sonra hansı ölkələrin,hansı rejimlərin,hansı Siyasi İdarəçilərin Davamlı Əks-Təsir Göstərib Dayanacaqı Ritorik yox, olduqca daha çox Loqik xarakterizə ediləndir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ