Xalqları kökündən qopartma və kökünə qaytarma sindromu
Tarix: 7-02-2020, 10:55
Google+ Paylaş
Tumblr Paylaş

Xalqları kökündən qopartma və kökünə qaytarma sindromu

7-02-2020, 10:55

yaxud ABŞ-ın növbəti pərdəarxası xüsusi xidmət projesi

Giriş əvəzi


ETİ üçün istehsalın ekstensiv artımından intensiv artıma keçid və iqtisadi inkşafın kəskin şəkildə surətlənməsi səciyyəvidir. Bunun da sayəsində fundamental elmlərin inkişafı tətbiqi biliklərin inkişafını qabaqlayır, öz növbəsində yeni texnikanın təkmilləşməsi istehsalın artımını qabaqlayır. Bunun da nəticəsində sürətli modernizasiya prosesi baş verir. Belə bir şəraitdə insan nəsillərinə nisbətən «maşın nəsilləri» bir-birini daha sürətlə əvəz edir, işçilərin ixtisaslaşmasına tələblər daha ciddi və daha yüksək olur, onların yeni peşələrə yiyələnmək qabiliyyətinə tələblər sürətlə artır. İstehsalın avtomatlaşması və əməyin intellektuallaşması gedişində ETİ-nin əsas aparıcı istiqamətləri elektron və aerokosmik sənaye, robot quruculuğu, atom energetikası, sputnik əlaqələri materialların işlənməsi, yeni metod və üsulların yaradılması (əvvəlcədən tələb olunan xassələrlə yaradılan süni materiallar da bura aiddir) və s. tutur. Sənaye tamamilə elmi biliklər sisteminə daxil oldu. Yəni istehsal prosesinə elmi biliklər cəlb edilir. Təbii elmlərlə (fizika, kimya, biologiya və s.) yanaşı sosial və humanitar elmlər də (iqtisadiyyat, sosiologiya, sosial psixologiya, texniki estetika və s.) istehsalata tətbiqini genişləndirir. Mühafizəkar fiziki və əqli əməyin istehsal prosesindən kənarlaşdırılmasına baxmayaraq bütövlükdə iqtisadi fəaliyyətdə insan faktoru artmaqda davam edir, çünki canlı bilik daşıyıcıları olan insanlar öz inkişaflarında maddiləşmiş biliyi qabaqlayırlar. 20-ci əsrin 70-ci illərin sonlarından başlayaraq ETİ–nin yeni mərhələsi özünü göstərir. Bu mərhələ mikro elektronika «süni intellekt» yaradılması ilə kosmosun tətbiqi, gen mühəndisliyi və s. istiqamətlərlə fərqlənir. İnsanın təbiət və ictimai proseslər üzərində artmaqda olan hakimiyyətinin planetar ekoloji şüurun inkişafı zərurətinin alimlərin öz fəaliyyəti üçün yüksək əxlaqi məsuliyətini və ciddi etikanı nəzərdə tutur. ETİ bəşəriyyətin ümumi inkişafında dərin və hərtərəfli dönüşdür. ETİ dünya qlobal prosesidir. Hazırda dünya görünməmiş və eşidilməmiş texnoloji çevriliş ərəfəsindədir. Yeni sivilizasiya yaranır ki, kommunikasiya əlaqələri insanların tam həyat fəliyyəti üçün lazım olan şərati yaradır.

Müasir və informasiya texnologiyaları

XXI əsr özünün qeyri-adiliyi ilə fərqlənməsə də, XX əsrdəkiləri davam etdirsə də, bir sıra hallarda öz spesifikası ilə özünü göstərməyə başladı. 11 sentyabr 2001-ci il ABŞ-da təyyarələrlə terror əməliyyatları, Əfqanıstanda antiterror müharibələri, İraqın hədələnməsi, İsrail-Fələstin münaqişələrinin daha da kəskinləşməsi III minilliyin əvvəllərində başlanan mühüm hadisələrin tam olmayan siyahısıdır. Lakin son 20-30-cu illərin ən mühüm xüsusiyyətlərindən biri «maşın-avtomatların» fantastik nağıllardan çıxıb real həyatda özlərini göstərməsidir. Fantastik hekayə və romanlarda həmin «ağıllı maşınlar» fəal «personajlar» kimi bəzən insanlara kömək edir, onlara yardımçı rolunda çıxış edir, bəzən isə onların inkişafına mane olur. Bəzən şəxsiyyətin yüksəlməsinə şərait yaradır, bəzən isə şəxsiyyətin deqradasiyasına imkan verir.
Fantastik əsərləri vərəqlədikcə nələrə rast gəlmirik. Maşınların qiyamı, dünyanı ələ keçirən kibernetik şüur. Yeni kəşflər sayəsində yaranan universal silahlar, şəxsiyyətin mövqelərini itirməsi, onun gen təbiətinə müdaxilə və s.
Fantastik yazıçıların arxasında filosoflar, sosioloqlar, ekoloqlar, iqtisadçılar və s. də getməyə başladılar. Artıq hamıya aydın oldu ki, avtomatlaşmış texnika olmadan keçinmək olmaz. İnkişafı sosial cəhətdən şərtlənən müasir texnologiya istehsalı və bütün həyat tərzini dəyişdirir. Artıq robotlar onlarla incə peşələri mənimsəyir «əllərin» bir neçə dəfə hərəkəti elektron saatın yığılması üçün kifayət edir. Əvvəllər isə bu işi onlarla yığıcı yerinə yetirməli olurdu. Avtomat-zavodlar inşa edilir. Elektron-hesablama texnikasının inkişafı informasiyadan təkcə istehsalda deyil, cəmiyyətin həyatının bütün sahələrində: idarəçilikdə, xidmət, təbiət, ətraf mühitin mühafizəsi və s. də istifadə olunur.
Ümumiyyətlə, XX əsrin ikinci yarısında kommunikasiya vasitələrinin rolu XXI əsrdə getdikcə daha da artmaqdadır. Yeni informasiya texnologiyaları mülkiyyət anlayışı haqqında ənənəvi surətdə hakim olan baxışları dəyişdirməyə qadir olmuşdur. Torpağı satarkən adətən o onu alana məxsus olur. İnformasiyanı satdıqda isə alıcıya keçdikdən sonra demək olar ki, ona məxsus olmur. Bu əmtəənin bazarda özünü aparmasının yeni variantı deyildir. Əsrlər, min illər boyu xalqların başlıca resursları onların həyati məkanı və qızıl olmuşdur. Ən yeni dövrdə isə yeni resurs-informasiya resursları yaranmışdır. XXI əsrdə yalnız bu resurs həlledici resurs olacaqdır.
İndustrial cəmiyyətin maşınları mexaniki aqreqatlar olmuşdur. Onlar əvvəlcə buxarla sonra isə elektriklə hərəkətə gətirilmişlər. Hazırda əksər mexaniki sistemlər öz mahiyyətinə görə elektron-maşınlarla əvəz olunmuşdur. Lakin informasiya sivilizasiyası təkcə böyük uğurları nümayiş etdirmir. Bir çox filosoflar onun sosial tənqidçiləri rolunda çıxış edirlər. Onlar hazırda diqqətdən kənarda qalan təhlükəli məsələləri nəzərdən keçirməyə cəhd edirlər. Hər şeydən əvvəl, qeyd olunur ki, bütün dünyada vahid informasiya axını sistemi yaratmaq gözlənilməz çətinliklərlə müşaiyət olunur. Sosial və iqtisadi faktorları həmişə nəzərdə saxlamaq olmur, səhvlər isə bütün sistemi sıradan çıxarmağa qadir olur. Digər tədqiqatçılar, xüsusilə Amerika alimi, E.Toffler xəbərdarlıq edirki ki, bu sürətli dəyişikliklər cəmiyyətdə şok vəziyyəti doğura bilər. Dünyada baş verən dəyişikliklərə adamlar psixoloji cəhətdən hazır olmaya bilər. Mütəfəkkirlər onu da qeyd edirlər ki, adamlar cəmiyyətdən özgələşmiş vəziyyətdə ola bilərlər. Sürətlə sosial tərəqqinin ziddiyyətləri üzə çıxa bilər. Hələ XX əsrin 70-ci illərində E.Fromm informasiya imperializmi yaradıla biləcəyini qeyd etmişdi. Bu zaman informasiya insanlar üzərində ağalıq etmək üçün təzyiq vasitəsinə çevriləcəkdir.
İndi çox adam belə hesab edir ki, yeni texnologiyaların insana necə təsir edəcəyini qabaqcadan bilmək olmaz. Filosoflar informasiya resurslarına surətlə yüksək dövlətlərin yiyələnəcəyi və bununla da onların siyasi diktata malik olacaqları haqqında xəbərdarlıq edirlər. İnformasiya vasitələri ilə təmin olunan yeni siyasi texnologiyaların köməyi ilə hər bir ictimai rəyi formalaşdırmaq insan şüuru ilə manipulyasiya etmək mümkündür. İnformasiya texnologiyalarının ağalığının bütün ictimai həyatı dəyişdirməyə qadir olduğu artıq çoxlarına məlumdur.
İnsan informasiya məkanında yaşamağa qadirdirmi? Hələ insan psixologiyasında yeni texnologiyaların təsiri haqqında ciddi tədqiqatlar yoxdur. Əksinə, bir çox tədqiqatçılar belə hesab edir ki, kompyuterləşmə insan təbiətinə təsir edir, onun şüurunu dəyişdirir. Tamamilə və yaxud qismən emosional dünyadan məhrum olan insanlar yaranır. Bu kompyuterləşmə epoxasının uşaqlarıdır. Yeni texnika ilə ünsiyyət insan ölçüləri ilə nəzərdən keçirilməlidir.
cəmiyyətin informasiyalaşmasının nəticəsi böyük texnoloji inqilabların nəticələri kimi müxtəlif xalqlar, regionlar və ölkələr üçün müxtəlif olacaqdır.

Şüurun planetarlaşması

Müasir proseslər şüurun rolu haqqında fikirlərin köklü surətdə dəyişdirilməsini tələb edir. Şüur məlum olduğu kimi fəlsəfənin, psixologiyanın və sosiologiyanın fundamental anlayışıdır. O insan psixikasının mühüm komponentini xarakterizə edir.
Şüurun genişlənməsi həm ruh istiqamətində arxetiplərin təsiri altında, həm də instinktlər sahəsində, öz gölgəsini dərk etməsi yolu ilə onu işıqlandıraraq və addım- addım onu assimilizasiya edərək baş verir. Əks istiqamətlər həm yaxşı, həm də pis ola bilr. Onlar etikanın əsasında xeyir- şər cütü kimi, cəmiyyətin etik qiymətləndirilməsinin predmeti kimi çıxış edir. Əgər bir sivilizasiya üçün (atsteklər) Günəş Allahına qurban verilməsi- həmin Allah üçün xeyirxahlıq, şərəf əlaməti və göylərin simvolik iltifatı kimi başa düşülürdüsə digər sivilizasiya (Avropa) üçün bu barbarlıq, amansız və mənasız qətldir.
Şüur sinarxiyanın nə qədər çox səviyyəsini «görürsə» o daha çox səfərbər olur və bununla müxalif cəhəti daha asan müəyyənləşdirə və onların arasında balansı tapa bilir. «Həyat mübarizə olmağı kənara atırsa, getdikcə daha çox maraqlı macəra və oyuna çevrilir».
O maksimum sivilizasiyanın ona təlqin etdiyi şərtinin «uğur» çərçivəsindən kənara çıxır və yaradıcılıq sferasına düşür. Burada isə «sən» və ya «mən» paradiqması yerinə (yalnız güclülər axıra qədər davam gətirirlər) «sən» və «mən» paradiqması qüvvəyə minir. (Hamı qalibdir, məğlub olan yoxdur). Şüur transendental sferaya daxil olmaq təcrübəsi əldə edən zaman dünyanın tam və bütövün görünüşü əldə edilir. Burada xeyir və şər yoxdur, şüurun sonrakı genişlənməsi üçün stimul verir.
Şüurun mürəkkəbliyi ondadır ki, burada Arximed nöqtəsi yoxdur. Biz şüuru şüurun təzahürü vasitəsilə öyrənməyə məcburuq. Tamamilə aydındır ki, təbiət çox səviyyəli və mürəkkəbdir. Şüuru sadələşdirmək cəhdi, onu xətti etmək qərb sivilizasiyasının inkişafında müəyyən rol oynamışdır. Lakin bununla bərabər bu cür model dünyanı əhəmiyyətli dərəcədə sadələşdirməyə doğru aparmışdır. Qloballaşma prosesi tam aydınlığı ilə göstərdi ki, bu model təkcə praktiki deyil, həm də zərərlidir. Münaqişəli situasiyaların artmasının başlıca səbəbi elə budur.
Şərq simvolikası bunu Dao yolundan çıxmaq ilə əlaqələndirir. Sinergetika bu prosesi bəşəriyyətin yeni inkişaf fazasına daxil olması ilə- yeni səviyyəyə keçidlə izah edir. Keçid bifurkasiyanın artması ilə müşayiət olunur. Həm də bu təkcə sosial və dini münaqişələrdə, lokal müharibələrdə deyil, həmçinin kortəbii fəlakətlərin- sunlar, daşqınlar, zəlzələlər və s. gücünün və qüvvəsinin artması ilə özünü göstərir. Bütün bu faktorlar eyni mahiyyətə- dağıdıcı mahiyyətə malikdir. Əslində bəşəriyyətin təkcə elitasının deyil, bütövlükdə kollektiv ağlından onun gələcəyi asılıdır. Onun yeni səviyyələrə keçidi, yaxud da III dünya müharibəsi nəticəsində arxaik dövrə qayıdışı yalnız kollektiv ağılın fəaliyyəti ilə bağlıdır. Burada şüurun müstəsna rolunu qeyd etməmək olmur. Şüurun inkişafında böyük müvəffəqiyyətlərə Şərq sivilizasiyası, xüsusilə məşhur Şao- Lin monastrının monaxları (Çin) nail olmuşlar. Bu istiqamətdə fəal tədqiqatlar ABŞ-da aparılır. Əslində bu tədqiqatlar öz başlanğıcını 20-ci əsrin 60-cı illərindən götürmüşdür. Həmin dövrdə narkotiklərin şüurun genişləndirilməsində rolu tədqiq olunurdu. Bu istiqamətdə mühüm işlər görən, alimlərdən biri «Beynin hüdudlarından kənarda» əsərinin müəllif Stanislav Qrofdur. O həmin kitabında yazırdı ki, şüurun transpersonal təəssüratlarının böyük bir qrupunda elə bil ki, fenomenal dünya hüdudlarını və zaman- məkan kontinumunu aşıb keçir. Adətən gündəlik həyatda biz bunu olduğu kimi qəbul edirik. Müəyyən formada fərdi şüur- mövcudluğun bütün tam şəklini qəbul edir və özünü universal ağılla və yaxud mütləqlə eyniləşdirir. Bütün təəssüratların yüksək nöqtəsi görünür, fövqəlkosmik və yaxud metakosmik boşluq, sirli əbədi heç nə olacaqdır. Fərdi şüur özü- özünü dərk edir, bütün ekzistensiyanı rüşeym formasında özündə saxlayır.
Stanislav Qrof və Ken Uilber «Heç bir sərhəd olmayan» əsərində şüurun təkamülünün transpersonal sferalarına təsvir edirlər.
Göründüyü kimi V.Vernadski və Teyyar de Şardenin irəli sürdükləri ideyalar praktiki tədqiqatlarda öz təsdiqini taparaq ikinci həyat əldə edir.
Sivilizasiya nəzəriyyəsi üzrə xarici ölkə tədqiqatçılarından biri V.Kvalis şüurun 5 strukturunu ayırır.
1) Köklü sözlərin dərin mahiyyətində və yarıdərkedilmiş assosiasiyalarda saxlanılan arxaik, ekstrasensor şüur strukturu;
2) Magik şüur strukturu varlığın məkan və zamandan kənarda qavrayışı eyni dəyərə malik olan bütün şeylərlə daimi kontakt;
3) Zaman ölçüsü üzərində qurulan, zamanın içərisində hərəkət edən yolçu kimi ruh haqqında təsəvvürlərlə əlaqədar olan mifik şüur strukturu;
4) Xətti məkan və zaman ölçüsünə istiqamətlənən mental (rasional) struktur. Ona məqsədəuyğun fikir, fərdi iradə və dünyanın səbəb- nəticə nizamı anlayışları müvafiqdir;
5) İnteqral şüur strukturu çərçivəsində hal- hazırda xarici dünyanın bütün mümkün olan nöqteyi- nəzərdən intuitiv rasional qavrayışının perspektiv müxtəlifliyi işlənib hazırlanır.
Lakin bu bölgü həm psixologiya baxımından, həm də sivilizasiya nəzəriyyələri mövqeyindən olduqca mübahisəlidir. Ona görə də onlar digər yanaşmalarla çıxış edirlər. E.Noyman «Şüurun mənşəyi və inkişafı adlı» monoqrafiyasında yazırdı: insan psixologiyasının mədəni sərvətlərin və dünyaya baxışların insanın psixi strukturunun enerjisi ilə yaradılan sonsuz müxtəlifliyin təzahürünün çoxsaylı forma və hadisələri əvvəlcə ümumi yanaşmanın yaradılmasının hər hansı bir cəhdini riskli görünməyə məcbur edir. Lakin bu cür cəhdə əl atmaq zəruridir. Hətta dərk etsək də bilməliyik ki, bizim spesifik qərb oriyentasiyası mümkün olan çoxun yalnız biridir. Yaradıcılıq təkamülünün forması kimi şüurun təkamülü qərb adamının özünəməxsus nailiyyətidir. Qərb mədəniyyətində, xüsusilə, Uzaq Şərqdə biz son min il ərzində şüurun irəliyə doğru inkişafını (hərdən fasilələrlə) izləyə bilərik. Əslində şüurun yaradıcı xarakteri qərbin mədəniyyət kriteriyasının mərkəzi xüsusiyyətlərindən biridir. İlkin bəşər sivilizasiyasının cizgiləri saxlanılar. Donmuş mədəniyyətlərdə və yaxud primitiv cəmiyyətlərdə insan psixologiyasının ibtidai mərhələləri o qədər üstün olur ki, fərdi yaradıcılıq cizgiləri kollektiv psixologiya tərəfindən assimilasiya olunmur. Əslində daha çox inkişaf edən şüura malik olan yaradıcı şəxsiyyət kollektiv tərəfindən antisosial kimi mühakimə oluna bilər.
Müəllif şüurun təhlilində Avropa mövqeyindən elə bir nəticəyə gəlir ki, burada dünyanın differensial qavrayışı və rasionalizm mühüm yer tutur.

Sivilizasiyaların münaqişəsi



Tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, bütün sivilizasiyalar təkrarolunmazdır. Bu gün onların birliyindən, bir dəfəlik bir-birinin içərisində əriməsindən söhbət belə gedə bilməz. Müasir dövrün bir-çox filosofları əmindirlər ki, XXI əsrdə bu sivilizasiyaların olduqca kəskin qarşıdurması baş verəcəkdir. Hazırda bütün dünyada Harvard Universitetinin professoru Samuel Xantinqtonun (1928-ci ildə anadan olmuşdur) olduqca maraqlı hipotezi müzakirə olunur. Onun fikrincə dünya siyasəti yeni fazaya girmişdir. S. Xantinqton qeyd edirdi ki, dünyada yaranan münaqişələrin mənbəyi ideologiya və yaxud iqtisadiyyat deyil, mədəniyyət olacaqdır.
Professor öz konsepsiyasını necə əsaslandırır? Birincisi, sivilizasiyalar arasındakı fərq göz qabağındadır. Və onlar olduqca mühümdür. Sivilizasiyalar öz tarixi dil, mədəniyyət və ənənələri ilə oxşar deyildir. Xantinqton hesab edirdi ki, ən başlıcası onlar dinlərlə fərqlənir. Müxtəlif sivilizasiyaların adamları Allahla insan, fərdlə qrup, vətəndaşla dövlət, valideynlərlə övladlar, kişi ilə qadın arasındakı münasibətləri müxtəlif cür qiymətləndirirlər. Onlar hüquq və vəzifələrin nisbəti, azadlıq və məcburiyyət, bərabərlik və iyerarxiya haqqında müxtəlif təsəvvürlərə malikdir. Nəhayət, sivilizasiya fərqləri siyasi ideologiyalar və siyasi rejimlər arasındakı fərqlərə nisbətən daha fundamentaldır. İkincisi, dünya getdikcə daha çox darısqal olur. Müxtəlif sivilizasiyalı xalqlar arasında qarşılıqlı təsir prosesi getdikcə güclənir. Lakin bu təkcə qlobal şüurun formalaşmasına gətirib çıxarmır. Eyni zamanda əks tendensiyanın-sivilizasiyalar arasındakı fərqlərin dərk edilməsidir.
Üçüncüsü, iqtisadi modernizasiya və sosial dəyişikliklər prosesləri adamların yaşayış yeri ilə ənənəvi eyniləşdirilməsi məsələsini aradan qaldırır. Adamlar yaşadıqları konkret dövlətlə getdikcə daha az əlaqələrlə bağlanırlar. Deyək ki, çinlilər ABŞ-da yaşaya bilər, ölkələrinə qayıda, yaxud da başqa bir ölkəyə köçə bilərlər. Lakin onlar hər yerdə özlərini çinli kimi hiss edəcəklər. Dünya onlar üçün vahiddir.
Dördüncüsü, Qərb öz qüdrətinin zirvəsinə çatmışdır. ABŞ öz iradəsini dünyanın bir çox xalqlarına diqtə edir, həqiqətən bu ən güclü və ən zəngin dövlətdir. Lakin bu situasiya təbii olaraq əks reyaksiyanı doğurur. Bir çox qeyri-qərb sivilizasiyaları Qərbin arxasınca getmək əvəzinə öz köklərinə qayıtmalı olurlar. İndi tez-tez eşitdiyimiz fikirlərdən, «Yaponiyanın Asiyaya qayıtması Hindistanın hinduizmləşməsi prosesi», «Şərqin təzədən islamlaşması» və s. xüsusi qeyd etməmək olmaz. Bu gün Qərb iradə və resursları çox olan qeyri-Qərb ölkələri ilə intensiv sürətdə ünsiyyətə girir və bununla da dünyaya qeyri-qərb siması verilir.
Beşincisi, mədəni xüsusiyyətlər iqtisadi və siyasi xüsusiyyətlərə nisbətdə daha gec və daha az dəyişikliyə məruz qalır. Elə buna görə də onların həlli mürəkkəbləşir və kompromis qeyri-mümkün olur.
Beləliklə, Xantinqtonun fikrincə sivilizasiyaların münaqişəsi iki səviyyədə özünü göstərir. Bunlar mikrosəviyyə və makrosəviyyələrdir. Sivilizasiyalar arasında ayrılma xətti boyu yaşayan qrupların mikrosəviyyəsi fakt olaraq qalır. Həmin qruplar digərləri ilə qanlı, ölüm-dirim müharibələri və mübarizələr aparırlar. Əsas məqsəd torpaq və bir-biri üzərində hakimiyyət məsələsidir. Müxtəlif sivilizasiyalara mənsub olan ölkələr makrosəviyyədə hərbi və iqtisadi sferalarda təsir uğrunda rəqabət aparırlar. Bura beynəlxalq təşkilatlar və üçüncü qrup ölkələr üzərində nəzarət, özünün iqtisadi, siyasi, ideoloji, dini və s. norma və dəyərlərin təsdiqi də daxildir.
Təbii olaraq Xantinqton təsdiq etmir ki, sivilizasiya identikliyi (daha dəqiq desək, özünü müəyyən sivilizasiyaya aid etmək) identikliyin digər formalarını əvəz edir. Millət-dövlət yox olur, hər bir sivilizasiya siyasi cəhətdən vahid və bütöv, sivilizasiyalar daxilində isə müxtəlif sosial qruplar arasında münaqişə və mübarizə sona çatır. Onun hipotezinin əsas prinsipləri aşağıdakılardır: 1) Sivilizasiyalar arasında ziddiyyətlər vacibdir və realdır; 2) Sivilizasiyalar özünü dərki gücləndirir; 3) Sivilizasiyalar arasındakı münaqişənin əvəzinə qlobal münaqişənin aparıcı forması kimi ideoloji və digər münaqişə formaları gələcəkdir; 4) Tarixən qərb sivilizasiyası çərçivəsində oyun olan beynəlxalq münasibətlər getdikcə daha çox Avropa modelindən uzaqlaşır.
Beləliklə, bir çox müasir filosoflar əmindirlər ki, XXI əsrdə sivilizasiyaların olduqca kəskin şəkildə qarşıdurması baş verəcəkdir. Əslində dünya unifikasiyaya uğramamalıdır. Əksər tədqiqatçıların fikrincə mədəniyyət dinamik xarakterə malikdir. Onun inkişafı daxili kolliziyalarla şərtlənir. Mədəniyyətdə eyni vaxtda müxtəlif tendensiyalar, müxtəlif dəyər oriyentasiyaları qonşu olur. Onların qarşıdurması mədəniyyətə daxili gərginlik, dinamika verir. Mədəniyyətin universal təcrübəsi onun müxtəlif fenomenlərinə aradan çıxmağa, başqalarının içərisində əriməyə imkan vermir. Əksinə, təzədən dirçəlməyə şərait yaradır. Dünya unifikasiyaya məruz qalmamalıdır. Əgər son 100 ildə bütöv mədəniyyətlər ümumi axına daxil olmayacaqsa bundan da böyük fəlakət ola bilməz. Bu bir daha onu göstərir ki, dünya getdikcə daha çox «mozaik» olacaqdır. Lakin bu «mozaiklik» heç də dünyanın vəhdətinin itirilməsi demək deyildi.

Alp Qafqazlarскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ