" Kitayski düşüncənin " Çin olmayan(olmayacaq) yuxusu  və ya divi aldada bilməyən Cırtdanın, artığ çoxdandır göydən düşməyən üç almayla oxşarlığı
Tarix: 7-11-2021, 02:44
Google+ Paylaş
Tumblr Paylaş

" Kitayski düşüncənin " Çin olmayan(olmayacaq) yuxusu və ya divi aldada bilməyən Cırtdanın, artığ çoxdandır göydən düşməyən üç almayla oxşarlığı

7-11-2021, 02:44

Forpost Təhlil Qrupu






Çinin Şanxay və Urumçi kimi nəhəng sənaye istehsalçıları ilə ticarət yapan azərbaycanlı işbazlar haqqında adıgedən ölkə isanlarında çox dəhşətli fikirlər formalaşıb; beləki çinlilər deyir, bizimlə ticarət edən azərbaycanlılar istehsal etdiyimiz ucuz və keyfiyyətsiz malları alarkən, bu malların üzərinə brend firmaların saxta etiketlərini vurmağımızı xahiş edirlər.


Çünki illərdir, bu yolla onlar öz ölkədaşlarını Çindən daşıyıb gətirdikləri bu zir-zibilləri hesabına yaxşıca aldadıb, böyük qazanc sahibi olublar. Ancaq heç fərqində olmayıblar ki. axı bu şübhəli və mənşəyi məlum olmayan mal(mallar), gələcəkdə mənsub olduqları xalqın milli genefondunu məhv edən məhsullardır.


Çin istehsalçıları sonra da deyirlər ki. bizimlə ticarət edən azərbaycanlılarla hansısa kafe və restoranlara nahar etməyə gedəndə, onlar yeməklərin halal olub-olmadığını çox israrla soruşurlar.(?)


Bəli illərdir Çinin saxta və keyfiyyətsiz. mənşəyi məlum olmayan, əsası genefondumuzu məhv edən "kitayski" mallarını alıb. satıb. geyinə-geyinə(geyindirə- geyindirə), azərbaycanlı düşüncəsini də bax beləcə " kitayski" zay ediblər.
Bu həm də bizim toplum olaraq Milli Faciəmizdir. Artığ geriyə də Yol Qalmayıb. Çünki Geriyə Qayıdan Körpüləri də elə öz əlimizlə Uçurublar(Uçurmuşuq).


P.S. Sabaha milli konsepsiya və strategiyası olmayan bir xalqın,
toplum olaraq sabahkı faciələri elə Qapısının Ağzındaca onu Haqlayandır.


P.S.P. Boş və Mənasız Siyasi Boşboğazlıqlar isə, sadəcə bu başı bəlalı toplumu "Div Yuxusu"na verməkdən başqa bir şeyə yaramayandır; indi artığ Cırtdanın divi aldatması kimi nağılı da, göydən düşməyən(düşməyəcək) üç alma kimi çürük və saxta təcəssüm ediləndir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ