Bu haqda Türkiyənin hakimiyyət orqanlarına yaxınlığı ilə tanınan "Sabah " qəzeti xəbər yayıb. Beləki. Milli İstibarat Təşkilatı(MİT) İsrailə casusluq edən və MOSSAD- la bir başa əlaqədə olan qrupun üzvlərini keçirdiyi əməlliyat nəticəsində həbs edib.
15 nəfərdən ibarət həmin qrup, İsrailin xeyrinə casusluq fəaliyyəti ilə məşğul imiş. MOSSAD şəbəkəsi kimi Türkiyə ərazisində iş görən bu təşkilat. bir ilə kimi MİT-in nəzarətində saxlanılıb və nəhayət qrupun gizli və casusluq əməlləri ifşa edilərək. zərərsizləşdirilib.
MOSSAD tərəfindən formalaşdırlıan və təlimatlandırılan həmin casus şəbəkəsinin məqsədi, Türkiyə vətəndaşlarından, bu ölkədə yaşayan şəxslər, həmçinin xarici tələbələrdən məlumatın toplanması və onlardan casusluq edilməsi olub.
Qeyd olunan şəxslər üç nəfərlik dəstələrə bölünərək. lokal şəkildə fəaliyyət göstəriblər.. MİT onların hərəkətlərini izlədikdən sonra,
oktyabrın 7-də keçirdiyi gizli xüsusi xidmət əməliyyatı ilə qrup üzvlərini bütünlüklə həbs edə bilib.
Həmin on beş nəfərin istintaq edilməsindən sonra məlum olubdur ki, onların hamısı ərəb mənşəli olublar və pul qarşılığında MOSSAD-ın tapşırığ və təlimatlarına əsasan mühüm informasiyaları toplayıb, İsrailin kəşfiyyat servisinə ötürürmüşlər.
MİT-in casus şəbəkəsini zərərsizləşdirmək istiqamətində keçirdiyi əməlliyyat nəticəsində şəbəkə üzvlərindən olduqca mühüm sənədlər və məlumatlar götürülüb.
«A.P.» adlandırılan şəbəkənin mühüm üzvlərindən birinin, İsrailə qarşı Türkiyə tərəfindən fələstinlilərə göstərilən maliyyə yardımları haqda informasiya toplamaq tapşırığının aldığı da məlum olub..
Həmçinin, MOSSAD-a işləyən A.P. adlı casusun, MOSSAD-a bağlı yerli məsul şəxslərdən olan A.Z. adlı bir şəxslə əlaqədə olub və ona mütamadi xüsusi ilə mühüm informasiyalar göndərdiyi də aşkarlanıb. Agentin. MOSSADA ötürdüyü informasiyaların müqabilində İsraildən on minlərlə dollar pul alıbğı da ortaya çıxıb.
Hətta bunun da aşkara çıxması maraqlı faktlardandır ki. casus şəbəkəsi Türk xüsusi xidmət orqanlarından yayınmaq üçün, MOSSAD-da ötürəcəkləri informasiyaları Türkiyə ərazisindən yox, daha çox Xorvatiya və İsveçrəyə səfərlər edərək. bu ölkələrin rabitə texnologiyalarından istifadə etməklə göndərirmişlər.
Şəbəkə üzvlərinin İsrailin xeyrinə casusluq yolu ilə əldə etdikləri informasiyalar, parol qoyulmuş xüsusi proqramlar formatında, gizli şifrələrlə MOSSAD- ötürülürmüş.
Qrup üzvlərinin həmçinin, Türkiyədə fəaliyyət göstərən xarici təşkilat və orqanlardan da informasiyalar toplaması və rahat MOSSAD-a ötürülməsi faktı üzə çıxıb.
Forpost Təhlil Qrupu
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi