Azərbaycanı Məxfi Bölmə Planı
Tarix: 13-11-2019, 16:35
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanı Məxfi Bölmə Planı

13-11-2019, 16:35

Xüsusi Xidmətlərin Gen Mühəndisləri, Adı Gedən Məxfi Planı,-“Genetik Kod” Məxfi İşarəsi Adı Altında Gerçəklədirirlər

Azərbaycanla qonşu dövlətlərin hər birinin xüsusi xidmət orqanında «Azərbaycanı məxfi bölünmə planı var...
Genotipin maraqlı bir reanimasiya konsepsiyasını xatırladım:


PS) İrsilik
PN) Dəyişkənlik - PF) Seleksiya
İrsilik dedikdə - cəmiyyətdə hökmran olan genetik nəsil qrupu və onun əhatə dairəsini düşünmək lazımdır. Onu da düşünmək lazımdır ki, bu genetik kodlar sabahkı nəslə miras qala bilərmi? Onun qorunması mümkündürmü? Bu ərəfədə həmin genetik kodların məhvini, yandırılmasını, birdəfəlik yer üzündən silinməsini istəyən antaqonist qrupları isə yaddan çıxarmamaq lazımdır.
Dəyişkənlik mərhələsində isə gen kodlarının depressiyaya, korroziyaya və deformasiyaya uğraması yolları araşdırılır. Nəticədə, gcn kodları qan qarışıqlığı, nəslin itməsi ilə üz-üzə dayanır. Azərbaycan ərazisində qan qarışıqlığı və nəticədə nəslin itməsi, genetik kodun məhv olması belə qruplaşdırılır: A) Azərbaycanlı qanı - erməni qanı - rus qanı. B) Azərbaycanlı qanı – yəhudi qanı - gürcü qanı. C) Azərbaycanlı qanı - Mozambik qanı (və yaxud Nigeriya qanı) - ərəb qanı...
Nəticədə, millətin genində qan yaddaşının, yaddaş kodunun çürüməsi, yanması. Digər tərəfdən də qan yaddaşı pozulmuş ərazilərdə və nəsil qrupunda istənilən məsələləri, istənilən şəkildə həyata keçirmək mümkündür.
Seleksiyaya gəlincə, burada yeni nəslin, gen qrupunun, məqsədli «İnkubator genləri»nin yctişdirilməsi nəzərdə tutulur.
ABŞ-ın Dövlət Departamentinin Kəşfiyyat və Araşdırmalar idarəsi MDB ölkələrində, xüsusən geosiyasi nöqteyi,nəzərdən əsas siyasi və iqtisadi, strateji mərkəzlərdən olan Azərbaycanda bu konsepsiya ilə bağlı analitik-informasiya hesabatı hazırlayıb. Bəzi kəşfiyyat sənədlərində Azərbaycan «perspektivsiz ölkə» kimi qeyd edilib (buna qayıdacağıq). Məhz bu baxımdan adı MKİ-nin mötəbər səhifəsində qalan, kəşfiyyatçı, vaxtilə ATƏT-in Minsk qrupundakı (ABŞ-ın) nümayəndəsi cənab Cozef Pressel bir neçə dəfə Vaşinqtonda dərc olunan «Armenian Weekly» qəzetində elan edib: «...Münaqişənin həlli ondadır ki, Azərbaycanlılan Qarabağ üzərindəki nəzarəti faktiki itirdiklərinə inandırmaq lazımdır (O, başqa bir yazısında isə göstərir ki, ermənilərin Qarabağdakı qan yaddaşmı qaytarmaq vacibdir. Erməni diasporu ABŞ-da böyük və güclüdür. O, seçkilərdə iştirak edir, Konqresə və Dövlət Departamentinə güclü təsiri olur...»
Cənab Cozef Pressel daha sonra deyir: «...Ermənilərin mövqeləri lazımi dərəcədə böyükdür, güclüdür. Buna baxmayaraq onlar bir sıra məsələlərdən əl çəkməli olacaqlar. Azərbaycanlılara gəlincə isə, onlar qapıldıqları illüziyaları ilə vidalaşınalıdırlar...»
Maraqlıdır ki, cənab Cozef Presselin dediklərini politoloq Pol Qobl da deyir. Bu zaman müxtəlif «Amerikasayağı» Dağlıq Qarabağın bölünmə planlarını» meydana çıxarır. Maraq üçün onu da deyim ki, politoloqun rəngli portreti Ermənistanm və Xankəndinin xüsusi xidmət orqanlarında çalışanların otaqlarından asılıb. Qəribə və düşündürücü məlumatdır.
Bu arada isə Almaniyada çıxan «Di Velt» qəzeti «Azərbaycandakı islahatlar» məqaləsində xatırladır:
«...Dağlıq Qarabağın diskussiya mövzusuna çevrildiyi bir anda Prezidentə yaxın olan idarələrdən birində keçirilən islahatlardan mənə söz açdılar. Prezident yeni fərman verir. O, bir nəfəri vəzifəyə qoyur. Həmin şəxs isə işə başladığı birinci gündən tabeçiliyində olan işçiləri yığıb deyir: «Prezident dedi ki, gedən kimi o idarəni təmizlə» (əslində heç bir sivil ölkənin başçısı belə deməzdi. Mən inanmırdım)... Təmizləmə aparıldı. Nəticədə, maraqlı bir mənzərə yarandı. Təyin olunmuş şəxs idarənin potensial, mövcud kadrlarmı işdən uzaqlaşdırdı. Təcrübəli və dünyagörmüş, təmiz, namuslu adamları özündən küsdürdü. İdarəyə yeni kadrlar götürüldü ki, bunların da əksəriyyəti öz işini bilməyən, vaxtilə həbsdə yatmış adamlar, qatar bələdçiləri, narkotik maddə alverçisi, mənəvi cəhətdən pozulmuş adamlar idi... Təyin olunmuş şəxs isə, bütün bunları özünün «islahat proqramı» hesab edirdi... Azərbaycanda Dağlıq Qarabağ məsələsini bu gün məhz belə... adamlar həll edir...»(?)
Ermənistanın bağlı qapıları arxasında isə heç bir beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə, saziş və danışıqlara məhəl qoymadan Dağlıq Qarabağ və Naxçıvan əraziləri bölünür, yeni məxfi xəritələr cızılır.
Digər tərəfdən, Azərbaycan ərazisinin məxfi bölünmə planları həm Türkiyənin, həm Rusiya Federasiyasının, həm İranın, həm də Gürcüstanın xüsusi xidmət orqanlarında olması haqqında da məlumatımız az deyil. Artıq həmin ölkələrin Parlamentlərində bu haqda qərarlar çıxarılır, qanunlar qəbul edilir. Bu da var və fakt olaraq qalır. Və belə bir məntiqi sual çıxır: Kimdir işğalçı və ya terrorçu dövlət? Azərbaycan, yoxsa başda Ermənistan olmaqla digər qonşu dövlətlər?
Zənnimcə, Azərbaycan düşünməli və özünə belə bir sual verməlidir: - Bütün bunlar nədən doğur? Fikrimizcə, bundan doğur ki, bəzi rütbəli məmurlar Respublika Prezidentinin Dağlıq Qarabağ yönümündə apardığı siyasəti kölgə altına alaraq, tutduqları mövqeləri, vəzifələri... müvəqqəti hesab edirlər... Erməniləri isə xəyalında olduqları «Böyük Ermənistan...» fikri məşğul edir. Başqa cür düşünə bilmədim. Dağlıq Qarabağ fonunda, milli maraqlarımızın qorunması ilə (əgər varsa) məşğul olan məmurların hansı qan yaddaşı qrupuna mənsub olmaları məni çox düşündürür. Hansı qan yaddaşına mənsubdurlar: A?, B?, yoxsa V?..
Mədinəli alim, IX əsrin filosofu Şeyx Möhsün Bəkir Əl Sehli yazır: «...Mədinə varlısı bir gün mənə dəli deyib, güldü. Dinmədim. Ertəsi gün böyük bir xalqa dəli deyib, güldü. Yenə dinmədim. Sonra ən məşhur din xadimlərini dəli deyib, çağırdı. Yenə dinmədim. Bir müddət ötdü. Həmin varlının varı dağıldı, Allah ona nə vermişdi, əlindən aldı. O xəstələndi, havalandı, dəli oldu. Adamlar onu barmaqla göstərib, dedilər: Dəli!.. Bu dəfə dindim. -Yox, - dedim, o dəli deyil. O, yazıq və tənhadır...» Mədinə hökmdarı Əbu Salaha yazdım: «Necə ola bilər ki, sənin adamların bir-birilərinə dəli deyib, ittiham edir. Onlar doğrudanmı dəlidirlər? Bəlkə elə, sənin hökmdarı olduğun bu cəmiyyət dəlidir?.. Görünür, sənin fərman və düşüncələrində insan amili yoxdur və yaxud unudulub. İnsan, onun faciəsini doğuran səbəblər axtarılmayıb, tapılmayıb...»
Bir neçə gün ötdü, hökmdar məni yanına çağırdı: - Sən, - dedi, məni düşündürdün. Mənim ətrafım, görünür, qudurub və hər şeyi, insanı da yaddan çıxarıb. Bəziləri quduzluq dərmanı içir... Mənə insan amili ilə bağlı bir fərmanın mətnini yaz...»
İnsan amili Yaxın Şərq fəlsəfəsində həmişə «müdriklər amili» olub. Çünki, insan rəngindən, irqindən, adət və ənənəsindən, dilindən... asılı olmayaraq, doğulduğu gündən ölən gününədək gözəldir.
«...0, həmişə gözəldir və bu gözəlliyi görməmək, bu fəlsəfəni dərk etməmək faciələrə, dağıntılara səbəb olur...» (Alman alimi İohann Kapler). Bu gözəlliyi, bu fəlsəfi anlayışı ilkin dərk edən də başçı, rəhbər, böyük, əlahəzrət, prezident olmalı, imzaladığı bütün fərman və sərəncamlarda da bu məsələ qabardırmalıdır.
Tanınmış ingilis filosofu Uilyam Qordinqin fikirlərinə nəzər salın: «...İnsanı «düşünməyən cəmiyyət» məfhumunu anlamıram. Öz övladını dərk etməyi bacarmayan başçı üçün qanunların aliliyindən danışmaq olmaz. Övladının əxlaqi və mənəvi təhlükəsizliyini təmin etməyi bacarmayan cəmiyyət tez sıradan çıxır... Cəmiyyət o vaxt rüşvətə aludə olur ki, onda insan və onun düşüncəsi qiymətdən düşür, o, heçə enir... Belə olanda cəmiyyət xəstələnir. Sarsıntılar içərisində qalan cəmiyyətdə isə yaxşı heç nə axtarmağa dəyməz...».
Azərbaycan məmurları arasında yayılmış «ruhi xəstə»liyin səbəbləri bir az keçmişə söykənir. Yadınıza salım ki, hələ 80-ci illərin əvvəllərində Azərbaycana yağlı tikə kimi tamah salan bir sıra xüsusi xidmət orqanlarının məxfi planlarında neft Bakısının sarsıntıları üçün məqsədli düyünlər yavaş-yavaş açılırdı. Vaşinqtonda 6,Los-Ancelesdə 3, Leyptsiq və Bonnda 2, Londonda 1, Parisdə 1, Tol-Əvivdə 2, Tehranda 2, Moskvada 1, İsveçrədə, İstanbul, Ankarada isə 3 xarici kəşfiyyat mərkəzləri, analitik informasiya büroları (1998-2000-ci illər) yaradılıdı.
Azərbaycanda regionlar üzrə keçirilən mitinqləri, piketləri və digər siyasi yığıncaqları araşdırmaq üçün Bakıya xüsusi qrııplar göndərildi. Bu xüsusi hərbi-strateji informasiyalar toplayan qrupların biri isə 1988-ci il noyabr aymın 3-də ABŞ MKİ-dən gəlmişdi. Ondan 4 ay sonra, 1989-cu ilin fevralın 15-də isə Almaniyanın «BND» kəşfiyyat xidməti avqust ayının 9-da İngiltərənin «Mİ-6» kəşfiyyat xidməti 1991-ci ilin iyun ayının 13-də İranın «Ettelaat» xüsusi xidməti, 1992-ci ilin dekabr ayının 19-da isə Moskvanın (RF) Federal Təhlükəsizlik Xidməti tərəfindən yaradıldı. Onlar neft Bakısında, regionda baş verən siyasi hadisələri araşdırmaq üçün xüsusi «İnformator» kəşfiyyatçılar (əslində kəşfiyyatçı dəstəsi) hazırlayırdılar. Hər birinin də özlərinə məxsus kəşfiyyat proqramı var idi. Məsələn, əgər MKİ-nin qrupu Bakıda «Mitinq və mitinqçilərin psixoloji durumları»nı izləyirdilərsə, Londonun «Mİ-6» kəşfiyyat xidmətinin əməkdaşları neft sənayesi ilə bağlı elmi-tədqiqat institutlarında «çalışırdılar», ən zəngin neft yataqları olan sahələri araşdırmaqla məşğul idilər.
Əgər İranın «Ettelaat»ı üçün regionun etnik qrupları arasındakı münaqişə səbəbləri nəzarətə götürülüb, tədqiq edilirdisə, Rusiyanın FTX-nin nəzərində bütöv Azərbaycan məsələsi dayanırdı. Strateji proqramlar ayrı olsa da, məqsəd və vəzifələr eyni idi. Bu məxfi işlərin də əsasında insan amili və hər bir ölkənin öz siyasi-iqtisadi, hərbi-ideoloji maraqları dayanırdı. ABŞ-ın gen araşdırıcısı, bilik və savadına görə Nobel mükafatı almış cənab Cozef Monard Qoldstayn yazır: «...Mən MDB məkanında keçən mitinqləri və mitinqçiləri tanıyıram (?). Yəni, onların geni mənə tanış gəlir. Onlar hər yerdə eyni məsələdən danışır.Ancaq, danışılan məsələlər və problemlər həll olunmur. Çünki, o problemlərin kökü onların öz genlərindədir... Qurmadan, tikmədən... dağıtmaq. Bu ən böyük gen xəstəliyidir. Cəmiyyət hələ uzun müddət bu xəstəlikdən əziyyət çəkəcək».
Hər bir dövlətin milli maraqlarını əks etdirən təhlükəsizlik konsepsiyasında «insan amili» əsas strateji xətlərdən birini təşkil edir.
ABŞ-ın Milli Maraqları çərçivəsində yazılmış proqramda insan amili «ölkənin sağlam gələcəyi» fonunda araşdırılırsa, Rusiyanın təhlükəsizlik proqramında insan amili «Sabahkı Rusiya, Böyük və Müdrik Rusiya» fonunda təsvir olunur ...

E.M.Alqurd скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ