Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə indiyədək 2260 obyektdə monitorinq aparılıb.
Forpost.az
Bu günədək monitorinq aparılan tədbirlərdə iştirak edən 276 mindən çox qonağın müvafiq sənədlərinə baxılıb, 27 mindən yuxarı şəxsin sənədində nöqsanlar aşkarlanıb. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 1350 nəfərinin tələblərə əməl etmədiyi müəyyən olunub.
Monitorinqlər zamanı məkan və toy sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll edilə bilən pozuntu halları aradan qaldırılıb, tədbirlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.
Bir daha bildirilir ki, tədbirlərin təşkili zamanı vətəndaşlar tərəfindən karantin rejiminin qayda və tələblərinə ciddi əməl edilməli, xidmət personalının vaksinləşməsinə xüsusi diqqət yetirilməlidir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi