Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb.
Dövlət Statistika Komitəsindən Forpost.az
Bitki yağları idxalı isə 9,1 faiz, təzə meyvə 1,4 faiz, kərə yağı, digər süd yağları və pastaları 6,6 faiz, quş əti və onun əlavə məhsulları – 38 faiz, mal əti 41,7 faiz, siqaretlər 0,1 faiz, qara metallardan borular 37,2 faiz, polad prokatı 50,7 faiz, mineral gübrələr 40,6 faiz, qara metallardan çubuqlar 66,3 faiz, polietilen 46,5 faiz, qara metallardan künclüklər 29 faiz, avtobuslar 28,2 faiz, sement və sement klinkerləri 44,4 faiz azalıb.
Cari ilin yanvar-may aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 51,6 faiz, şəkər 2,2 dəfə, bitki yağları 43,3 faiz, meyvə və tərəvəz şirələri 15,1 faiz, meyvə və tərəvəz konservləri 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu 14,5 faiz, pambıq lifi 2,1 dəfə, pambıq ipliyi 1,6 dəfə artıb.
Təzə tərəvəz ixracı 27,3 faiz, kartof 11,5 faiz, çay 22,8 faiz, tütün 54,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 29,4 faiz, polietilen 10,9 faiz, emal olunmamış alüminium 25,9 faiz, qara metallardan borular 1,7 faiz, bentonit gili isə 1,7 faiz azalıb.