Türkiyədən Azərbaycana hazır geyim ixracı
Tarix: 6-02-2026, 08:49
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədən Azərbaycana hazır geyim ixracı

6-02-2026, 08:49

BAKI, Forpost.az
[u]2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalaraq, 3 milyon 180 min 12 dollara bərabər olub.

Məlumatı Türkiyə Ticarət Nazirliyi verib.

2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 699 milyon 760 min dollara bərabər olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ