Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi Türkiyədə Zəif Tendensiya ilə Müşahidə Edilir
Tarix: 21-11-2025, 12:15
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi Türkiyədə Zəif Tendensiya ilə Müşahidə Edilir

21-11-2025, 12:15


BAKI,Forpost.az
2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 101 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 65 şirkət azdır.

Məlumatı Türkiyə Ticarət və Sənaye Palatası(TOBB)verib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 486 milyon 350 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 290 milyon 740 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (85) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 454 milyon 900 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - oktyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 46 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ