İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak" MMC Türkmənistana 100 ton həcmində elektrod məhsulu olan ikinci partiyanı ixrac edib.
Eyni həcmdə olan ilk partiya bir necə gün öncə bu ölkəyə yola salınıb.
Şirkət ümumilikdə Türkmənistana mərhələli şəkildə 600 ton elektrod göndərməyi nəzərdə tutur.
"Gedik Kaynak"ın direktoru Taleh Salmanov bildirib ki, şirkət 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və müəssisədə hazırda 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir.
Onun sözlərinə görə, növbəti mərhələdə müəssisədə paslanmayan və alüminium elektrodların istehsalına başlanılması planlaşdırılır.
Azərbaycanın yeganə elektrod istehsalçısı olan müəssisənin aylıq istehsal gücü 330 tondur. İnvestisiya dəyəri 7,5 milyon manat olan zavodda 20-dən artıq daimi iş yeri yaradılıb.
Müəssisədə istehsal edilən məhsullar "Geka" brendi altında daxili bazara çıxarılmaqla yanaşı, İraq, Özbəkistan və Türkmənistana ixrac edilir. Hazırda Rusiya və Qazaxıstana satış istiqamətində də danışıqlar aparılır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi